Dünya qlobal oldu

Tarix: 25-03-2015 11:23
Baxış sayı: 2339

Nənəm öldü.

Düzbucaqlı qəbriylə onun

dünya qlobal oldu

bir az da.

Keçmişi özüylə apardı getdi...

Üstümə yeridi

lüzumsuz gələcək.

Xoşbəxtliyə dair

proqnozları

düz çıxmaz daha

öncəgörənlərin –

istər

Pavel Qloba ola.

Nənəm öldü.

Düzbucaqlı qəbriylə onun

dünya qlobal oldu

bir az da.

                               

                   9. V. 2007

Digər xəbərlər

QO­­­CA OĞ­­­LAN

Həmişəlik dinc tramvaylı şəhər

İMAM HÜ­­SEYN VƏ QAR­­DA­­ŞIM

Adı arıq

Rafiq Tağının cinayət işi dayandırıldı

Şərhlər