BÖ­­YÜK BA­­CI

Tarix: 25-06-2021 16:43
Baxış sayı: 895

 

Y

ə­­qin da­­ha heç kəs Gü­­la­­rə­­nin adı­­nı tut­­maz: otuz yaş qız üçün az de­­yil, aza­­cıq de­­yil. Onun ya­­şıd­­la­­rı­­nı mək­­tə­­bi qur­­ta­­rar-qur­­tar­­maz qa­­paz­­la­­mış­­dı­­lar. Ma­­şal­­lah, in­­di uşaq­­la­­rı boy-bu­­xun­­da vu­­rub öz­­lə­­ri­­ni də ke­­çir. Am­­ma ba­­rı tə­­səl­­li üçün bir­­cə­­ciyi on­­la­­rın qa­­pı­­sı­­nı aç­­ma­­dı. Özün­­dən ki­­çik ba­­cı­­sının da qa­­ba­­ğı­­nı kö­­tük ki­­mi kə­­sib. Sə­­da­­qə­­tin de­­mə­­si­­nə gö­­rə, bir­­cə yol kir­­pik en­­dir­­sə, onun el­­çi­­lə­­ri yüz yer­­dən tö­­kü­­lüb gə­­lər. An­­caq oğ­­lan­­lar hə­­lə­­lik qə­­lət­ elə­­yə­­cək. On­­lar­­dan mi­­ni gə­­lə ha, o, bö­­yük ba­­cı­­sı­­nı tap­da­­yıb keç­­məz. Özü də mək­­tə­­bi qur­­ta­­ra­­lı "mü­­vəq­­qəti" iş­­lə­­mir­­di. Onun ipək də­­ri­­si hö­­ku­­mət nö­­kər­­çi­­li­­yi­­nə ya­­ran­­ma­­yıb, de­­yir­­di. Ax­­şam­­ları da naz-qəm­­zə­­li rə­­fi­­qə­­si­y­lə toy­­la­­ra ge­­dən­­də, Gü­­la­­rə­­ni gö­­tür­­məz­­di­­lər. Gu­­ya hər ev­­dən to­­ya bi­­ri ge­­dər, yü­­zü yox. İs­­tə­­mir di­­lə-di­­şə düş­­ə­­lər ki, bun­­lar qa­­rın­­la­­rı­­nı otar­­ma­­ğa yer gə­zir. Am­­ma əs­­lin­­də iş alayı cür­­dü: Gü­­la­­rə on­­la­­rın nə­­zə­­rin­­də qo­­ca inək ki­­mi bir şey­­di - onun­­la ya­­na­­şı gö­­rün­­mə­­yi öz­­lə­­ri­­nə rə­­va bil­­mir­­di­­lər.

Sə­­da­­qə­­tin ye­­ri­­nə kolxoz işinə son­­be­­şik ba­­cı ge­­dir­­di. Yə­­ni Sa­­mi­­rə iş­­lə­­yir­­di, "ve­­do­­mos"la­r­­da Sə­­da­­qə­­tin adı ya­­zı­­lır­­dı. Ço­­pur bri­­qa­­dir bu işə "yox" de­­mə­­miş­­di: mən ra­­zı, an­­caq gə­­rək bir az gö­­rüm-bi­­lim edə­­lər; gə­­lib-ge­­də­­nin ağ­­zı­­na bir şey ata­­caq.

"İna­­nan da­­şa dön­­sün".

- Əgər ve­­rə­­cə­­yi­­niz­­də gö­­züm var­­sa, ba­la­la­rım öl­sün.

"Öl­sün".

İns­ti­­tut üçün staj Sə­­da­­qə­­tə ha­­va-su ki­­mi la­­zım­­dı; sta­­jı ola­­na bi­­lik ikin­ci də­rə­cə­lidi. On­­suz Sa­­mi­­rə öz­dö­­şü­­nə nə­­in­­ki ins­ti­­tu­­ta, ya tex­­ni­­ku­­ma, heç "pe­­şə"yə də gi­­rə bil­­məz. Al­­lah gö­­zəl­­lik pay­­la­­yan­­da da, ge­­cik­­miş­­di: boy­­da iki Sə­­da­­qət uzun­­luq­­da, di gəl, qıl­­ça­­la­­rı - çöp.

İn­­di­­yə­­cən Gü­­la­­rə­­nin əli­­nə ki­­şi əli, üzü­­nə ki­­şi nə­­fə­­si dəy­­mə­­miş­­di. Bu yal­­nız ərə ge­­dən­­də müm­­kün­­dü. Ərə ge­­də­­nə­­cən ki­­şi xey­­la­­ğı­­nı gə­­rək qur­­ba­­ğa cil­din­­də gö­­rə­­sən. Əgər is­­tə­­yir­­sən kənd­də adın tə­­miz­­li­­yə çə­­kil­­sin, ba­­şı­­nı sal aşa­­ğı, biş-dü­­şün­­də, sə­­li­­qə-sah­­ma­­nın­­da ol. Ti­­kiş tik! Qis­­mə­­tin özü gə­­lib sə­­ni ta­­par.

Bir vaxt bay­­ram­­lar­­da Va­­qif ona Ba­­kı­­dan təb­­rik­­lər gön­­də­­rər­­di. Hər­­dən uzun-uzun mək­­tub­­lar da ya­­zar­­dı. Gü­­la­­rə özü­­nü lal-kar ki­­mi apa­­rır­­dı. Kənd­çi­­lə­­ri eşi­­dib onu məs­­xə­­rə­­yə qo­­yar, "özü­­nə müş­­tə­­ri gə­­zir", de­­yər­­di­­lər. Cü­­rə­­ti çat­­ma­­dı ca­vab yaz­­ma­­ğa. Qoy elə Va­­qif özü də elə xə­­yal et­­mə­­sin ki, Gü­­la­­rə on­­dan öt­­rü ölür. Özü­­nü dart­ma­­sın. Ev­­lə­­nən­­də onun mək­­tub­­la­­rı­­nı xa­­nı­­mı­­na gös­­tə­­rib si­­nə­­si­­nə döy­­mə­­sin.

Üç il be­­lə, beş il be­­lə, Va­­qif gör­­dü ona mə­­həl qo­­yan yox­­du, təb­­rik­­lə­­ri­­nin ara­­sı­­nı kəs­­di. İn­­di düz iki il­­di Gü­­la­­rə bay­­ram­lar ərə­­fə­­sin­­də Va­­qi­­fin gül­­lü "otk­rıt­­ka"­la­­rın­­dan öt­­rü da­­rı­­xır. Özü­­nü hey dan­­la­­yır, sö­­yür: "Al­­lah sə­­ni eş­­şək ya­­ra­­dıb! Şalban daşımağa. Tə­­nək di­­bi bel­­lə­­mə­­yə. Gün ba­şını deşə-deşə üzüm yığmağa. Qa­­ra iş­­lər adı­­na ya­­zı­­lıb. Anan sə­­ni do­ğun­ca, kaş elə qa­­ra bir daş do­­ğay­­dı". Te­­le­­vi­­zor­­da öpüş­­mə səh­­nə­­lə­­ri gös­­tə­­ri­­lən­­də də, xə­­ca­­lət­­dən bil­­məz ca­­nı­­nı ha­­ra qoy­­sun. Ölüb ye­­rə gir­­mək is­­tə­­yir. Gu­­ya iş gö­­rür: qab-qa­­ca­­ğı cin­­gil­­də­­dir­­di. Sə­­da­­qət isə bir söz de­­mə­­sə də, gö­­zü­­nü ek­­ran­­dan çək­­məz. Özü də hə­­mi­­şə mo­­da­­baz dik­­tor­­la­­rın pal­­tar­­la­­rın­­dan nü­­mu­­nə gö­­tü­­rür. Həf­­tə sək­­kiz, mən doq­­quz çö­­kür ev­­də­­ki­­lə­­rin si­­nə­­si­­nə: "ma­­ni-ma­­ni"dən dü­­şün bə­­ri. Bir az ana­­sı­­nın tə­­qa­­ü­­dün­­dən çır­­pış­­dı­r­sa, ço­­xu­­nu Gü­­la­­rə­­dən, azı­­nı Sa­­mi­­rə­­dən qo­­par­­dan­­da, ən son dəbdə do­­nun işi dü­­zə­­lir­­di.

...Am­­ma də­­li Mir­­za­­ğa­­nın ha­­çan­­sa de­­di­­yi söz də vaxt-bi­­vaxt Gü­­la­­rə­­nin qu­­laq­­la­­rın­­da cin­­gil­­də­­yir - "Ca­­nı­­nı ye­­yim!"

Mir­­za­­ğa­­gi­­lin evi də­­mir yo­­lu stan­­si­­ya­­sın­­da, yo­­lun lap qı­­ra­­ğın­­da­­dır. O, ax­­şa­­ma­­can ta­­xıl mən­­tə­­qə­­si­­nin, də­­mir yo­­lu xət­­ti­­nin hən­­də­­və­­rin­­də gi­­rə­­lə­­nər. İki əli­­ni birdən yel­­lə­­mək­­lə də gə­­lib-ge­­dən qa­­tar­­la­­ra yax­­şı yol ar­­zu­­la­­yır. Qo­­ca-ca­­van­­lı­­ğı­­na bax­­ma­z, pən­­cə­­rə­­lər­­də gö­­rü­­nən qır­­mı­­zı-sa­­rı pal­­tar­­lı qa­­dın­­la­­rın ha­­mı­­sı­­na öpüş gön­­də­­rər. Çər­­pə­­lən­­gi­­ni də qa­­ta­­ra "ili­­şib gə­­lən" kü­­lə­­yə tu­­tur. On­­da pər­­lə­­r iti-iti fır­­la­­nır.

"Kü­­lək­­lə­­ri qa­­tar apar­­dı", - bür­­kü­­lü gün­­lər­­də bi­­kef gə­­zəcək.

Ana­­dan­­gəl­­mə ağ­­lı çat­­ma­­dı­­ğın­­dan, əlin­­dən nə yava iş çıx­­a, ona gül­­dən ağır söz de­­məz­­lər. Ağır söz de­­yə­­ni də el qınayar­­dı. Dərs­dən-mək­­təb­­dən, hər­­bi­­dən, ai­­lə ham­­bal­­çı­­lı­­ğın­­dan azad­­dı.

Bir gün o, qız­­lar iş­­dən dö­­nən­­də, əlin­­də ver­­tol­­yo­­ta bən­­zər çər­­pə­­ləng, kü­­lə­­yi yox­­la­­ya-yox­laya qa­­çıb Gü­­la­­rə­­nin qən­­şə­­rin­­də dim­dik da­­ya­­nan­­da, hə­­min ca­­na­­lıcı söz­ləri de­­miş­­di: "Ca­­nı­­nı ye­­yim!" On­­da Gü­­la­­rə turp kimi qı­­zar­­mış­­dı. Qız­­lar­­sa göz­­lə­­ri ya­­şa­­ra­­na­­can, qəşş elə­­yə­­nə­­cən gül­­müş­­dü­­lər. Am­­ma ax­­şa­­mı Gü­­la­­rə ev­­də ke­­fi­­saz, da­ma­ğı­çağ gəz­­di. Bəd­­xərc­lik edib Sə­­da­­qə­­tin ov­­cu­­na pul da bas­­dı ki, ge­­dib özü­­nə ha­­zır don al­­sın. Ya par­ça alıb əyninə tik­­dir­­sin. Həm də qəl­­b  sir­­rin­­dən onu agah elə­­di: mə­­ba­­da ins­ti­­tut sa­­rı­­dan ürə­­yi­­ni sı­­xa. Bö­­yük ba­­cı­­sı hə­­lə öl­­mə­­yib. Qorx­ma­sın, al­­dı­­ğı mü­­ka­­fat­­lar­­dan giz­­li­­cə bu iş üçün ayı­­rıb. Mə­­qa­­mı ça­­tan­­da, gö­tür­sün, onun­­dur. Sə­­da­­qət də bu söz­­lə­­rin əvə­­zin­­də onu öpü­­şə qərq et­­di.

Son­­ra­­lar ac­­qa­­rı­­na yüz yol gör­­müş­­dü­­sə də, Mir­­za­­ğa de­­dik­­lə­­ri­­ni bir də di­­li­­nə gə­­tir­­mə­­miş­­di. Eh, o da bir iş­­di. Başı çatmır. Də­­li şey­­di. İn­­di  Mir­­za­­ğa ona heç vız at­­mır da. Si­­nop­­tik­­lər sa­­ya­­ğı elə­­cə ha­­va­­nı yox­­la­­yır­­dı.

An­­caq onun kəl­­mə­­lə­­ri Gü­­la­­rə­­nin qu­­la­­ğın­­dan heç cür getmir. Ki­­şi ad­­lı məx­­luq­­dan eşit­­di­­yi ye­­ga­­nə ləz­­zət­­li söz bu idi. Gör in­­di ki­­şi­­lər­­də ne­­cə şi­­rin söz­­lər olur! Ba­­şı düz iş­­lə­­sə, val­­lah, Mir­­za­­ğa kon­­fet ki­­mi oğ­­lan­­dı: qədd-qa­­mət­­li, üs­­tə­­lik də, qa­­ra­­qaş-qa­­ra­­göz və qa­­ra­­bığ. Gö­­zəl­­lik üçün ta nə gə­rək­di. Am­­ma öz ara­­mız­­dır, adama bi­­ca ye­­rə ni­­yə "ca­­nı­­nı ye­­yim" de­­yər­­miş­­lər. Yə­­qin onun da hüsn-ca­­ma­­lın­­da gö­­zəl­­lik adın­­da bir şey var. Yə­­qin onu da bə­­yə­­nir­lər. Kənd­çi oğ­­lan­­lar yün­­gül-yün­­gül gə­­lib de­­mə­­yə­­cək­­di­­lər ki, Gü­­la­­rə, sə­­nin oran nə yax­­şı­­dı, ay Gü­­la­­rə, sə­­nin bu­­ran nə göy­­çək­­di və biz də sə­­nin ca­­nı­­nı ye­­yək. Bu olar­­dı zırramalıq. Özü­nün də xoşu gəl­məz­di. Sö­­zün doğ­­ru­­su­­nu an­­caq də­­li­­dən eşit.

İki il­­dən çox­­du da Sa­­mi­­rə Sə­­da­­qə­­tə il top­­la­­maq­­day­­dı. Sə­­da­­qət hə­­lə­­lik  qə­­bu­­la iki də­­fə get­­miş­­di­­sə də, iki­­sin­­də də al­­nı­­na iki ya­­pış­­dı­­rıb qay­­tar­­mış­­dı­­lar ge­­ri. Am­­ma gu­­ya fi­­qu­­ra­­sıy­­la ins­ti­­tut mü­­əl­­lim­­lə­­ri­­ni də ha­­yıl-ma­­yıl elə­­yib gəl­­miş­­di.

Ki­­çik "yax­­şı iş­­çi" ol­­du­­ğun­­dan, bri­­qa­­dir or­­tan­­cıl ba­­cı­­nı par­­ti­­ya sı­ra­­la­­rı­­na na­­mi­­zəd gös­­tər­­di. "Yu­­xa­­rı­­da Al­­lah, aşa­­ğı­­da bu qa­­ra əmi­­nin sa­­yə­­sin­­də get irə­­li! Part­bi­­let irə­liyə bö­­yük tə­­kan­­dı". Bu də­­fə ba­­la­­la­­rı­­nın öl­­mü­­şü­­nə and iç­­di ki, in­­di­­yə­­cən part­bi­­let­­dən bir kəs zi­­yan gör­­mə­­yib. Özü də hələ onun "ən ucu­­zu" biz­­də ba­­şa gə­­lir.

- Ucuz, yəni nə qə­­dər? - Sə­­da­­qə­­tin ana­­sı bir­­ba­­şa qa­­ra qı­­zın dər­­di­­ni so­­ruş­­du.

- ...Mə­­zən­­nə­­dən bir­­cə qə­­pik ar­­tıq gö­­tür­­mə­­rəm!

Axır qan-qır­­mı­­zı bi­­le­­ti alıb ça­­ma­­dan­­da­­kı di­­gər sə­­nə­­da­­tın içə­ri­sin­­də giz­­lə­­dən­­də, Sə­­da­­qə­­tin ürə­­yi ye­­ri­­nə qa­yıt­dı. İn­­şal­­lah, bu il ali mək­­tə­­bə şıp­­pıl­­tıy­­la gi­rə­­cək! Hə­­lə ötən yay bir oğ­­lan özü tə­­lə­­bə bi­­le­­ti alan günü şpar­­qal­­ka­­la­­rı­­nı ona ba­­ğış­­la­­yıb. Am­­ma oğ­­lan nə oğ­­lan, ha­­zır şə­­kil! İn­­di onun­­la mək­­tub­­la­­şır da. Hə­­mi­­şə də mək­­tub­­la­­rı­­nın axı­­rın­­da ya­­zır: "Öpü­­rəm. Gən­­cə­­li ba­­la­­sı".

...Tə­­zə 8 Mart­da Va­­qif­­dən ye­­nə bir səs-so­­raq çıx­­ma­­dı. Gü­­la­­rə ne­­çə gün qa­­nı­­qa­­ra gəz­­di. Özün­­də-sö­­zün­­də ol­­ma­­dı. Ye­­di­­yi­­ni-iç­­di­­yi­­ni bil­­mə­­di. Bə­­li, Va­­qif on­­dan bil­­mər­­rə üz dön­­dər­­miş­­di. Əl­­bət­­tə, bu­­nun gü­­na­­hı­­nı özün­­də gö­­rür: ba­­lıq ki­­mi so­­yuq olar­­san, ha­­mı da sən­­dən qa­­çar. An­­caq onu yan­­dı­­ran bu idi ki, axı, əs­­lin­­də o, Va­­qi­­fə so­­yuq de­­yil­­di. Üz­­dən - hə, ola bi­­lər. Va­­qif uşaq­­lıq­­da bir­­gə qa­­çıb-oy­­na­­dı­­ğı, bir­­gə gül­­dü­­yü oğ­­lan­­dı. Qız ola-ola onun­­la gü­­ləş­­miş­­di də. On il bir si­­nif­­də oxu­­maq sənə za­­ra­­fat gəl­mə­sin. Qı­­na­­yan ol­­ma­­sa, Va­­qi­­fə gün­­də­-günaşırı mək­­tub ya­­zar, onun iş-gü­­cü­­nü so­­ru­­şar. La­­zım gəl­­sə, ona pul da yol­­la­­yar - bəl­­kə elə Ba­­kı­­nın ya­­şa­­yı­­şı çə­­tin­­di. An­­caq gec-tez bu­­nu Va­­qi­­fin söz­­baz ana­­sı hök­­mən eşi­­dər, bi­­ri­nin üs­­tü­­nə be­­şi­­ni də qo­­yub alə­­mə car çə­­kər ki, ay ca­­ma­­at, oğ­­lu­­na eşq­na­­mə oxu­­yan var. Uşa­­ğı­­nı yol­­dan çı­­xa­­rır, əlin­­dən alır­­lar.

Sev­­mək on­­la­­rın kən­­din­­də ayıb­­dı.

 

Ne­­çə gün­­dü evin gün­­çı­­xa­­nın­­da­­kı yol­­dan "üç­­tə­­kər" mo­­to­­sikl­də iki ki­­şi elə­­dən elə­­yə ke­­çir, be­­lə­­dəy be­­lə­­yə. On­­lar­­dan bi­­ri­­ni Gü­­la­­rə ta­­nı­­yır - cır Əli­­mux­­tar­­dı. Mo­­to­­sikli sü­­rə­­ni­­sə ilk də­­fə gö­­rür; bə­­dən­­cə də iki Əli­­mux­­tar boy­­da. Gic­­bə­­sər yo­­lu ötüb ke­­çə­­nə­­cən gö­­zü­­nü on­­dan çək­­mir. Elə bil boy­­nu əy­­ri bi­­tib.

Bir də­­fə Gü­­la­­rə iş­­dən tə­­zə­­cə qa­­yı­­dıb qu­­yu­­dan su çə­­kir­­di. Ol­­ma­­yan iş, cır Əli­­mux­­ta­­rın ha­­cı­­ley­­lək ar­­va­­dı on­­la­­rın hə­­yə­­ti­­nə bu­­rul­­du. Gə­­lib onun­­la ax­­şa­­mın­­xe­­yir elə­­di, ana­­sı­­nı da ça­­ğırt­dı­­rıb, xoş-beş­­dən son­­ra dər­­hal mət­­lə­­bə keç­­di:

- Aaz, əmim oğ­­lu bö­­yük qı­­zı­­nı­­zı ar­­vad­­lı­­ğa gö­­tü­­rür.

Vay, vay, ni­­yə be­­lə kön­­töy... bu nə da­­nı­­şıq­­dı! Əs­­li baş­­qa yer­­dən ol­­du­­ğun­­dan, elə ora­­nın da ləh­­cə­­si­­ni sax­­la­­mış­­dı.

- Bi­­rin­­ci­­miz it çıx­­dı, ona gö­­rə da­­lın­­dan dəy­­dik. Məh­­kə­­mə­­nin əliy­­lə uşa­­ğın üçü­­nü özü­­mü­­zə gö­­tür­­mü­­şük. Ço­­xu­­nu ver­­dik ona. Qoy cə­­hən­­nəm ol­­sun! Am­­ma se­­çib qu­­zu ki­­mi sa­­kit­­lə­­ri­­ni gö­­tür­­mü­­şük.

İl­­dı­­rım vu­­rub­­muş ki­­mi, Gü­­la­­rə ye­­rin­­də­­cə qu­­ru­­yub qal­­mış­­dı. Di­­li söz tut­­mur­­du. Ba­­şı gi­­cəl­­lə­­nib göz­­lə­­ri qa­­ran­­lıq ça­­lan­­da, ya­­xın­­lıq­­da­­kı tut ağa­­cı­­na söy­­kən­­di.

- Ba­­cı, bi­­zim dul ki­­şi­­lik qı­­zı­­mız yox­­du, - ana­­sı de­­di.

- Bə­­yəm dul pis­­di? Hə­­ya­­tın hər üzü­­nü gö­­rüb-bi­­lir...

- Bax, elə bu­­ra­­sı pis­­di.

- Özün bil, an­­caq qı­­zın bəx­­ti bir də­­fə açı­­lar. Un çu­­va­­lı­­na tay elə­­mə­­yə­­cək­­sən ki. Qız yü­­kü, duz yü­­kü, ba­­şın­­dan rədd elə get­­sin. Qız qal­­dıq­­ca dər­­d ar­­tı­­rar.

Gü­­la­­rə o ge­­cə yu­­xu­­da də­­li Mir­­za­­ğa­­nı gör­­dü. Gör­­dü Mir­­za­­ğa ye­­nə qa­­ba­­ğı­­nı kə­­sib ona tez-tez de­­yir: "Ca­­nı­­nı ye­­yim! Ca­­nı­­nı ye­­yim!" Hər­­dən də di­­li­­ni çı­­xa­­rıb onun üzü­­nə to­­xun­­du­­rur; bu, Mir­­za­­ğa­­nın öpü­­şü idi. Son­­ra gor­­dü hə­­min sö­­zü ona de­­mək üçün cür­­bə­­cür ki­­şi­­lər­­dən növ­­bə düz­­lə­­nib. Mir­­za­­ğa­­nın ar­­dın­­ca po­­ta mo­­to­­sikl­çi gə­­lir­­di. Bir­­dən qa­­ram­­tıl, üfu­­nət qo­­xu­­yan ağ­­zı­­nı açıb, onun yum­­ru ya­­na­­ğı­­nı ud­­maq ist­yən­­də, Gü­­la­­rə yu­­xu­­dan ərə­­sən qalx­dı. Hə­­lə­­lik ye­­ri­­nin için­­də­­cə otur­­du. Ba­­şı özü­­nün de­­yil­­di.

Am­­ma bu ip­­lə­­mə Mir­­za­­ğa­­nın da söz­­lə­­rin­­də sev­­gi ad­­lı şey­­dən əsər-əla­­mət yox imiş. Onun­­ku qa­­mar­­la­­maq, bas­­mar­­la­­maq­­dı. Bə ne­­cə olub bu­­nu in­­di­­yə­­cən bil­­mə­­yib. Yox, bir də onu se­­vən ol­­ma­­ya­­caq! İn­­dən be­­lə ona ol­­sa-ol­­sa "ca­­nı­­nı ye­­yim" de­­yə­­cək­­lər, vəs­­sa­­lam. Eşşək­­li­­yə bax: ca­­nı­­nı ye­­yim. Varlı-karlı qı­­zı­­na be­­lə söz de­­mə­­yə cü­­rət et­­məz­­lər. Bir tək Va­­qi­­fin söz­­lə­­rin­­də sev­­gi işar­­tı­­sı var­­dı; han­­sı bay­­ram­­da­­sa ona - "bərk-bərk əli­­ni sı­­xı­­ram", yaz­­mış­­dı. O da ki be­­lə. Əcəb kənd­çi­­lə­­ri bil­­mə­­yə, özü­­ci­­yəz Va­­qi­­fə mək­­tub ya­­za. Açıq­­ca ya­­zar­­dı ki...

Bir­­dən ana­­sı­­nın qiy­­yə­­si­­ni eşit­­di:

- Ay-y Gü­­la­­rə!..

- Nə­­di? Nə olub? - xə­lə­tini cəld əy­­ni­­nə ta­­xıb, ey­­va­­na çıx­­dı.

- Evi­­miz yı­­xıl­­dı, Gü­­la­­rə! Ba­­şı­­mı­­za daş düş­­dü!

- Nə­­di yenə, nə şi­vən qo­pa­rıb­san? Bir söz de­­sə­­nə!

- Sə­­da­­qət qo­­şu­­lub qa­­çıb!

Üzdə Gü­­la­­rə bu söz­­lə­­ri so­­yuq qar­­şı­­la­­dı. An­caq birdən-birə havası çatmadı. Yı­­xıl­­ma­­maq üçün çıxacağın üst pilləkənlərindən birinə çöküb oturdu. Hə­­yət­­ə düşsə, qu­­yu­­nun göz ya­­şı ki­­mi ­­du­­ru, bumbuz su­­yun­­dan üzü­­nə çək­­ə bilsə, elə bilirdi hər şey dü­zə­ləcək.

 

1983, yan­­var

 

 

 

 

Digər xəbərlər

Rafiq Tağının "Mərkəz" qəzetinə müsahibəsi, söhbətləşdi Cəlil Cavanşir

“Siyasi üslubda təbiət söhbəti” Konspekt

Eklektik fikirlər

Rafiq Tağı ilə Həmid Herisçi arasında sərt İran polemikası

Mədəniyyət və müharibə

Şərhlər