ADI ARIQ

Tarix: 25-06-2021 16:27
Baxış sayı: 1054

 

Q

or­­xur ya­­sı so­­yuq ke­­çə. Əcəb ölə­­nə­­cən heç kə­­si sə­­ni unut­­ma­­ğa qoy­­ma­­ya­­san.

...Arıq ba­­rı "pe­­şə"də­­sə oxu­­ma­­dı. Bil­­mir də bu­­nun gü­­na­­hı­­nı kim­­də gör­­sün. Oxu­­muş­­lar­­dan söz dü­­şən­­də, on­­la­­rın öz­­lə­­ri­­ni yox, ata­­la­­rı­­nı tə­rif­­lə­­yir­­di­­lər; be­­lə çı­­xır, gü­­nah ata­­sın­­da idi. An­­caq ya­­dı­­na gə­­lir, in­­di is­­tə­­mə­­sin, rəh­­mət­­lik onu dün­­ya­­lar­­ca is­­tə­­yər­­di. Yə­­qin oxu­­ma­­ğı ona əziy­­yət bi­­lib oxut­­ma­­mış­­dı. Baş­­qa nə sə­­bəb ola bi­­lər. On­da sə­­bəb­­kar mü­­əl­­lim­­lər­­di! Oxu­­day­­dı­­lar, oxu­­yay­­dı! Hö­­ku­­mət on­­la­­ra mə­va­cib ve­­rib. Lo­puğ­nan iş­lə­mə­yib­lər ki! Yox, öz iş­­lə­­ri­­nə bar­­ma­­qa­­ra­­sı ba­­xıb­­lar! Bir-iki sa­­at­­lı­­ğa gü­­nah on­­la­­rın boy­­nun­­da olan­­da, ke­­fi ala bu­­lu­­da qal­­xır. La­­kin se­­vin­­ci du­­man ki­­mi tez də çə­­ki­­lir. Axı, in­­saf da di­­nin ya­­rı­­sı­­dır. Düz on il sə­­ra­­sər ya­­zıq­­la­­rın dil­­lə­­ri qa­­bar bağ­­la­­ma­­dımı de­­mək­­dən: "Arıq, oxu! Sə­­ni kö­­kə­­lə­­sən, ay arıq Arıq, oxu!" Bə ney­­lə­­mə­­li idi­­lər! "Adı Arıq, özü arıq, oxu­­sa­­na, da­ba­nı­qı­­rıq!" San­­cı­­cı-acı söz­­lər­­lə ol­­muş ol­­sa da, ha­­çan­­sa ona yax­­şı­­lıq ar­­zu­­la­­mış in­­san­­la­­rın da­­lın­­ca söy­­lən­­mə­­yə in­­di ne­­cə di­­li dön­­sün! Bu olar şər at­­maq. Həm də hər­­dən ona elə gə­­lir ki, iş­­di, gü­­nah­­kar say­­sa, ya­­zıq­­lar çor dəy­­miş ki­­mi ha­­mı­­lıq­­ca yas­­tı­­la­­na bi­­lər. On­­suz bir uc­­dan ge­­dir­­di­­lər. Yox, ək­­si­­nə, on­­la­­rın qa­­da­­la­­rı­­nı al­­ma­­lı­­dır! Bəl­­kə hət­­ta qa­­baq­­la­­rın­­da mil dur­­ma­­lı­­dır!

Çox baş sın­­dı­­rıb - onun mü­­əl­­lim­­lə­­ri­­nə yax­­şı­­lı­­ğı nə ola bi­­lər: bəl­kə dü­­şən­­də, iş­­lə­­di­­yi stan­­si­­ya ye­­mək­­xa­­na­­sın­­a çə­­kib, hə­­rə­­si­­nə yün­gü­lün­dən bir qo­­naq­­lıq ver­­mək? Bu sa­­rı­­dan "pa­­da­­vaç­­çi"lik əlin­­də yax­şı für­­sət­­di. Bö­­yük adam ol­­say­­dı, əl­­bət­­tə, bö­­yük də yax­­şı­­lıq­­lar edər­­di. Öz­­lə­­ri və­­ziy­­yə­­ti gö­­rür. Onun ar­­zu­­su elə yax­­şı­­lıq­­dı ki, ömür-bil­­lah yad­­daş­­lar­­dan si­­lin­­mə­­sin. Yox­­sa bir qab boz­­baş, ya bir bar­­daq pi­­ti­­ni qo­­yur­­san qa­­baq­­la­­rı­­na, tu­­taq, haq­­qı­­nı al­­mır­­san, bun­dan nə çı­xar? Düz­­dü, na­­şü­­kür de­­yil­­lər, mü­­əl­­lim­­lə­­ri bu­­nun da qəd­­ri­­ni bi­­lir, du­­rub ge­­dən­­də ona yüz yol baş en­­di­­rir, "sağ ol"u "sağ ol" üs­tün­dən yağ­­dı­rır­lar. Stan­­si­­ya­­dan çı­­xa­­na­­can, göz­dən itə­nə­cən də hey qan­­rı­­lıb ba­­xır, qa­­na­­caq-qa­­bi­­liy­­yət­­lə qar­­şı­­la­­rı­­na xö­rək qoy­­muş bu keç­­miş "zə­­if" şa­­gird­lə­­ri­­nin üzü­­nə gü­­lüm­­sə­­yir­di­­lər. Oğ­­lan on­­da özü özün­­dən hür­­kür, üz­­lər­­də kə­­pə­­nək ki­­mi gör­­sə­­nən bu zə­­rif, azö­mür­lü tə­­bəs­­süm­­lər­­də öz yax­­şı­­lı­­ğı­­nın ucuz­­lu­­ğu­­na, ki­­çik­­li­­yi­­nə da­­ir bir əla­­mət ax­­ta­­rır. "Val­­lah, əlim­­dən gə­­lən bu­­dur..." - bu söz­­lə­­ri də öz tə­­bəs­­süm­­lə­­ri üzə­­rin­­də -"ya­­zı­­lı şə­­kil­­də" on­lara gös­­tə­­rir.

Müəl­lim­ləri bə­zən per­­ron­­da rast­la­şıb, si­­qa­­ret yan­­dı­­ra-yan­­dı­­ra, ərk­lə ona söz atır­­lar.

- Ay arıq Arıq, bu ət­­li-yağ­­lı xö­­rək­­lər­­dən özün də ye­­yib ca­­na gəl­­sə­­nə! Bir ha­­ça­­san, bir pa­­ça! - bi­­ri be­­lə de­­yir.

- Uşaq­­lıq­­da de­­dik bö­­yü­­yüb kö­­kə­­lər. Bu elə qa­­mış ki­­mi uza­­nıb qal­­dı, - baş­­qa­­sı be­­lə.

- Yə­­qin dün­­ya­­ya ağır­­lıq sal­­maq is­­tə­­mir.

- Doğ­ru­dan da, Ye­ri­miz ağır­la­yar!

Gö­­rür­­sən, Al­­lah can­­la­­rı­­nı sa­­la­­mat elə­­sin, onun ba­­rə­­sin­­də na­­ra­­hat­­dı­r­lar.

Hər ax­­şam iş­­dən qa­­yı­­dan­­da, öz xır­­da-mır­da yax­­şı­­lıq­­lar­­ıy­la gə­­lə­­cək­­də ne­­cə ya­­şa­­ya­­ca­­ğı­­nın fik­­ri­­ni çə­­kir. Bəl­­kə də saç-saq­­qa­­lı ax­­şam­­lar evə dö­­nən çağ­­lar­­da ağart­mış­­dı. Ömür şim­­şək ki­­mi ça­­xıb ke­­çir; he­­sab edir də ki, ya­­şı­­nın ço­­xu ge­­dib, azı qa­­lır. Ev­­də də da­­im "so­­yuq mü­­ha­­ri­­bə"di. Am­­ma ar­­vad­­la di­­di­­şib-çə­­ki­­şən əs­­na­­da heç ai­­lə­­yə dön­­mək is­­tə­­mir­­sən. Beş uşa­­ğın be­­şi də, lap al­­tı, yed­­di ola, gö­­zün­­də ol­­mur. Ha­­çan­­sa be­­lə bir quz­­ğu­­nu ne­­cə se­­vib-se­­çib, bu mü­­əm­­ma­­dan in­­di­­nin özü­­nə­­cən baş aç­­mır. Bir vaxt­lar rəh­­mət­­lik ki­­şi, in­di da­nış­ma­sın, mü­­ha­­ri­­bə­­də və elə son­­ra­­lar da, nə­­dən­­sə, an­­caq Al­­ma­­ni­­ya­­ya et­diyi tu­­rist sə­­fər­­lə­­rin­dən ağız do­lusu da­­nı­­şar­, "al­man­lar sev­­gi ba­­rə­­sin­­də qə­­ti səhv et­­mir­­lər", de­yər­di. Bu onun, o bu­­nun xa­­siy­­yə­­ti­­ni qo­­yur tə­­rə­­zi­­yə, sər­­­fə­­li­­di­­sə, "bir­­gə­­ya­­şa­­yış" sa­­zi­­şi bağ­­la­­yır­­lar. Ona gö­­rə də heç gör ay­­rı­­la­­nı olur! On­­lar­­da yal­­nız biz­­də­­ki ki­­mi ha­çan­sa də­­li­­cə­­si­­nə se­­vən­­lər ay­­rı­­lır­­lar.

- Ha­­mı sə­­ni ba­­sıb ye­­yir.

- Heç elə şey yox­­dur.

- Al­­la­­hın ölü­­vay mü­­əl­­lim­­lə­­ri də sə­­ni xam­la­yıb - acan-acanı yü­­yü­­rür üs­­tü­­nə.

- İşi­­miz var ki! Bu da on­­la­­ra düş­­mən çıx­­dı.

- Hə­­lə bu toy­­lar!

- Bə sən­­cə, qo­hum-qar­da­şın ba­­şı­­na şa­­baş tök­­mə­­li de­­yi­­ləm? Qar­­şım­­da qol aça­­nı qız ki­­mi əl ça­­lıb ötür­­mə­­li­­yəm?

- Mən heç nə bil­­mi­­rəm!

- ...Mil­­li adə­t­lə­ri­­mi­­zin ək­­si­­nə çı­­xım?

- O sə­­nin mil­­li adə­­tin­­di ki, ev­­də uşaq­­lar acın­dan di­­şi­­nin di­­bi­­ni so­­rur?

- Gö­­rər­­sən, bir gün ya­­lan da­­nış­­ma­­ğın üs­­tün­­də di­­lin­­dən ya­­man çı­­xa­­caq.

Arı­­ğın de­­di­­yi nə­dir: gə­­rək dün­­ya­­da uc­­dan­­tut­­ma ha­­mı­­nı se­­vin­­di­­rə­­sən. Tək özü­­nün­­kü­­nü yox. Bir tək öz evi, öz ai­­ləsi üçün əl­­lə­­şən­­də, adam da­­rı­­xır. Həm də uta­­nır­san. Elə bi­l ha­­mı­­dan ay­­rı dü­­şüb­­sən, heç kəs sə­­ni sev­­mir. Hə­­mi­­şə də qor­­xur  ayaq­la­rını qə­­fil uzada, tir­­rə­­nib ölə, üs­­tü­­nə bir kəs gəl­­mə­­yə, el için­­də bi­­a­­bır ola. On­­da qəb­­ri də ya­­nar.

- Əl­­lə­­şib-vu­­ruş­­du­­ğum axır gün üçün­­dür.

- Ay sağ ol! Ba­­rı on­­da hə­­min "axır gün"ə bir şey at­­sa­­na!

- İşi­­miz var ki! Bu­­nun də­­də­-nə­­nə­­si pul imiş.

- Bə nə?

- Ax­­maq adam, əsas şey ölən­­də adam­­la­­rın sə­­nin üs­­tü­­nə gəl­­mə­­yi­­dir. Ha­­mı­­ya pis­­lik edər­­sən, bi­­ri qa­­pı­­na ayaq qoy­­maz. Eləcə or­ta­lıq­da qa­­lar­­san.

- Kim de­­yir pis­­lik elə?

- Yax­­şı­­lıq elə­­mə­­mək elə pis­­lik elə­­mək­­dir.

- Ucuz ətin şor­­ba­­sı ol­­maz: on­­suz biz ölə­­nə­­cən sə­­nin ava­­ra yax­­şı­­lıq­­la­­rı­­nın ha­­mı­­sı unu­­du­­la­­caq.

- İn­­san hər gün ölə bi­­lər. Bəl­­kə yat­­dıq, bir də ayağa dur­ma­dıq. Sa­bah səni kim bas­dı­ra­caq?

- De­­mək, sən cidd-cəhd­lə ölü­­mə ha­­zır­­la­­şır­­san? Əşi, it qı­­zı it­­lər ərə ge­­dib bəx­­tə­­vər olur. Daş mə­­nim ba­­şı­­ma! Kül mə­­nim gö­­zü­­mə! Sə­fehə gəl­mi­şəm, ay Al­lah!

Bir şey olan ki­­mi də əl ata­caq üzü­­nə; cı­­rıb qo­­yur ye­­rə.

An­­caq dəng elə­­yir, zəh­­lə­­si­­ni tö­­kür­­sə də, ar­­vad is­­tə­­məz Arı­­ğın aya­­ğı­­na daş də­­yə. İni­­şil böh­­tan atıb onu do­­laş­­dır­­maq is­­tə­­miş­­di­­lər; gu­­ya nə xa­­ta elə­­yib - müş­­tə­­ri­­lər­­dən "qır­­tır". On­­da beş­cə gü­nün için­də fi­­kir­­dən üzü­­lüb çö­­pə dön­­dü. Döş­ləri tor­ba kimi sal­la­nır­dı. Gə­­lib ev­­lə­­ri­­ni yaz­­dı­­lar. Ma­­şal­­lah, ev də nə ev - için­­də iki cüt bir tək şey yox­. Adam xə­­ca­­lət çə­­kir­­di. Tərs­lik­­dən də, yağ­mur­lu pa­­yız­ ola - ban­­da ved­­rə­­lə­­ri-tas­­la­­rı yan-ya­­na düz­­müş­­dü­­lər ki, şə­la­­lə­­lər otaq­­lar­­da yor­­ğan-dö­­şə­­yin üs­­tü­­nə şo­­rul­­da­­ma­­sın. Kər­­pic­­lə­­ri pal­çıq­dan ol­­du­­ğun­­dan, on­suz yay-qış içə­­ri­­dən küm iyi əs­­kil­­məz. Həm də de­­yir­­din bu heç ev de­­yil, sa­dəcə, hər han­­sı ki­çik vul­­kan nə­­ti­­cə­­sin­­də Yer qa­­bı­­ğı bir ba­laca şi­­şib ev şək­­li al­­mış­­dı. Di­­var­­la­­rın­­da köv­­şən­­də­­ki ki­­mi ot bi­­tər. Gu­­ya eş­­şə­­yə min­­miş­­di­­lər ata çat­­sın­­lar, hə­­lə bir şey alın­­mır­­dı. Hə, gə­lən  n ü m a y ə n d ə l ə r  pal­­çıq dö­­şə­­mə­­də hə­­sir üs­­tün­­də bar­­daş qur­­du­­lar. Bi­­ri­­nə kə­­til ta­­pıl­­mış­­dı, iki­­si­­nə yox, ona gö­­rə üçü də, bir-bi­­ri­­nə hör­­mət əla­­mə­­ti ola­­raq, ye­­rə çö­­kə­­si ol­­du. Uşaq­­la­­rın bö­­yü­­yün­­dən tər­­tib edə­­cək­­lə­­ri ak­tın al­tına qoy­mağa ki­­tab is­­tə­­di­­lər. Ya­z­dıq­ca da ki­­tab di­z üs­­tün­­də yır­­ğa­­la­­nır­­dı.

- Ba­­cı, ba­­ğış­­la, biz buy­­ruq qu­­lu­­yuq, - gə­­lən­­lə­­rin baş­­çı­­sı göz­­lə­­nil­­mə­­dən rast­laş­­dıq­­la­­rı bu qa­­ra ka­­sıb­­lıq­­dan uta­­na-uta­­na dil­­lən­­di.

Gə­­lin ayaq üs­­tə­­cə qu­­ca­­ğın­­da­­kı ağ­lar kör­­pə­­ni sa­kit­­ləş­­di­­rir, gö­­zü­­nü "ka­­mis­­ya"dan çək­­mir­­di.

- Nə­­yi­­miz var ya­­za­­sı­­nız?

An­caq yo-ox, sən de­­mə, var imiş. Nə­­cib­­lik gös­­tə­­rə-gös­­tə­­rə beş-üç şey tap­­dı­­lar. Onun ni­­şan üzü­­yü­­nü, qu­­laq­­la­­rın­­da­­kı ana ya­­di­­ga­­rı as­­ma sır­­ğa­­la­­rı ak­­ta sal­­dı­­lar. Ağ-qa­­ra te­­le­­vi­­zor­­la­­rı­­nı, di­­var ra­­di­­o­­su­­nu da - bun­­la­­rın bi­­rin­­ci­­si­­ni qız ata­­sı evin­­dən gə­­tir­­miş­­di, ikin­­ci­­si­­ni Arıq - öz ata­­sı evin­­dən. Hə­­yət­­də­­ki gö­­zə də­­yən to­­yuq­­la­­rı, ye­­ga­­nə rəng­li xo­­ru­­zu, hət­­ta göz­lə­rinə bə­­zək­­li dəy­miş tu­­a­­le­­ti də - gös­­tə­­riş be­­ləy­­di. İn­­sa­­fən, tu­­a­­let­­də­­ki ya­­şıl af­­ta­­fa təp­­tə­­zə­y­di­­sə də, ona mə­­həl qoy­­ma­­dı­­lar; bu ağ olar­­dı. Bu həm də on­­lar­­da, hə­­qi­­qə­­tən, bir az qan ol­­du­­ğu­­na də­­la­­lət edir­­di. On­­da gə­­lin öz­­lü­­yün­­də bu qə­­na­­ə­­tə gəl­­di ki, ba­­la­­la­­rı  acın­­dan gə­­bə­­rib yan­­ba­­yan uzan­­sa­­lar, onu qiy­­mə-qiy­­mə doğ­­ra­­sa­­lar da, Arıq­­dan əl gö­­tür­­məz. Bun­­dan son­­ra di­­li­­ni də qar­­nı­­na yı­­ğar, onu sanc­maz. Arıq tu­­tu­­lar­­sa, bağ­­rı çat­­lar. Al­­la­­hın kö­­mək­­li­­yi­­lə, əsas da qo­­hum-qar­­daş gü­­cü­­nə, üç­­cə gü­­nün için­­də, kim de­­miş, hər şey müs­­bət həll olun­­du. Həm də du­­a­­la­­rı­ müs­tə­cab ol­­du. Qa­­dın da ol­­dun, gə­­rək güc-qüv­­və­­ni ti­­kan­­lı-zə­­hər­­li söz­­lə­­rə yox, du­­a­­la­­ra ve­­rə­­sən. Bir də axı Arı­­ğın nə­­yi­­ni tut­­ma­­lı idi­­lər ki, qa­­zan­­dı­­ğı onun-bu­­nun qar­­nın­­day­­dı. Hər­­çənd tu­­tu­­lan hə­­mi­­şə be­­lə­­lə­­ri olur, elə düz de­­yir­­lər, tür­­mə pla­­nı ye­­tim-ye­­sir­­lə dol­­du­­ru­­lur.

Al­­lah böh­­tan­­çı­­nın da ba­­la­­la­­rı­­nı sax­­la­­sın, şər­lə­mək­lə ol­sa da, on­­la­­rın ai­­lə­­si­­ni də­­mir-be­­ton ki­­mi möh­­kəm et­­di. Səhv-düz, on­­lar na­­ğıl­­lar­­da­­kı sa­­yaq ye­­nə bir-bi­­ri­­ni se­­və­­si ol­­du­­lar. Arıq əv­­vəl­­ki sev­­gi­­nin da­­dı­­nı ye­­nə duy­­du. Tən­­qid­­dən nə­­ti­­cə çı­­xa­­rıb da hər gün evə əli­­do­­lu qa­­yı­­dır­­dı; ar­­tıq uşaq­­lar onu gö­­rən­­də atı­­lıb-dü­­şür­­dü­­lər. Bax, in­­di əsl ata­­ya ox­­şa­­yır. Hər­­çənd on­­la­­rın se­­vin­­ci­­nə özü­­ci­­yəz bərk se­­vi­­nir­­di­­sə də, ge­­cə­­lər ca­­nı­­nı ye­­nə vəs­vəsə alır: yox, dost-aş­­na­­dan gen düş­­dü. Get na­­xı­­ra, gəl axu­­ra - bu­­nun nə ol­­sun axı­­­rı! Adı it dəf­­tə­­rin­­də də yox. Be­­lə çı­­xır, ar­­vad onun ci­­lo­­vu­­nu yığ­­dı. Ar­­vad tay­­fa­­sı, nə­­dən­­sə, gec-tez ki­­şi­­lə­­ri ram edən olur.

An­­caq hər­­dən qəl­­bin­­də ümid şö­lə­­lə­­nir­­di: çə­nə­dən möh­­kəm bu bəd­­bəxt ar­­vad onu güd­­mür ki. Dost-ta­­nı­­şı ye­­di­­rib-içir­­dər, haqq al­­maz, bu ye­­nə olar yax­­şı­­lıq. Ürək­­dən gə­­lən "sağ ol"lar üçün ürə­­yi ge­­dir­­di - bi­­lən bi­­lir, on­­lar ada­­mın ca­­nı­­na yağ ki­­mi ya­­yı­­lır.

...Bir sə­­hər ye­­nə iti-iti işə yol öl­çür­dü. Yə­­qin "sağ ol"a tə­­lə­­sir. Ye­­nə ge­­dib o qə­­dər "bəy tə­ri­­fi" eşit­­sin ha! Ölən­­də gör mə­­ni şah ki­­mi bas­­dı­­rır­­lar, ya yox! Qon­­şu ra­­yon­­lar­­dan, hər yer­­dən axın-axın gə­­lə­­cək­­lər! Ar­­vad mat qa­­la­­caq - heç nə­­yə də yox, tək bir dəfn­də xə­­zəl ki­­mi yı­­ğı­­lan pu­­la gö­­rə özü ona "əh­­sən" de­­yə­­cək. Ha­yıf, özü­­mə bun­­la­­rı gör­­mək nə­­sib ol­­ma­­ya­­caq. Ma­­ğıl ba­­xıb kef çə­­kər­­dim.

An­­caq bir­­dən qəl­­bi­­nə ye­­nə qa­­ra bu­­lud­­lar çö­­kür. Ki­­şi qı­­zı düz bu­­yu­­rur: onun yax­­şı­­lıq­­la­­rı elə cü­zi­dir ki, yə­­qin tez də unu­­du­­la­­caq. Unu­­du­­la­­caq­­sa da, ya­­sı so­­yuq ke­­çə­­cək. Əcəb ölə­­cə­­yin gü­­nü təx­­mi­­ni bi­­lə­­sən, ona­­can par­­ta­­part ha­­mı­­ya yax­­şı­­lıq edib, heç kə­­sə sə­­ni unut­­ma­­ğa ma­­cal ver­­mə­­yə­­sən!

"Arıq Arığ"ın qis­­mə­­tin­­də bö­­yük yax­­şı­­lıq­­lar yox imiş. Çün­­ki ni­­yə - oxu­­ma­­dı, ni­­yə - oxut­­ma­­dı­­lar. Ye­­nə hər­­dən şüb­­hə­­lə­­nir; qıl kör­­pü­­dən çox­­dan ke­­çib cən­­nət­­də otu­­rub­­sa da, ye­­nə elə bi­­lir gü­­nah ata­­sın­­da­­dır. Hər­­çənd ona tez də bə­­ra­­ət qa­­zan­­dı­­rır. Ki­­şi ney­­lə­­mə­­li idi: mü­­ha­­ri­­bə­­dən qa­­baq, əsa­­sən mü­­ha­­ri­­bə döv­­rün­­də, elə son­­ra da oxu­­maq ki­­min ağ­­lı­­na gə­­lir­­di! On­­da igid­­lik öl­­mə­­mək­­di: özü öl­­mə­­di, on­­la­­rı da ya­­şat­­dı. Bu az iş­­di? Ki­­şi göz­­lə­­yib o vaxt öl­­dü ki, ta öm­­rü uzat­­ma­­ğa bir eh­­ti­­yac gör­­mə­­di. Əs­­lin­­də ona min-min al­­qış dü­­şür (ölü­­mün­­dən son­­ra). Ya­­zıq mü­­əl­­lim­­lə­­ri də ona da­­im yax­­şı­­lıq ar­­zu­­la­­yıb­­lar. Söz­­lə­­ri in­­di­­yə­­cən qu­­laq­­la­­rın­­da cin­­gil­­də­­yir: ay arıq Arıq, oxu, ay sə­­ni kö­­kə­­lə­­sən, oxu. Yax­şı, yox­­sa bu az­­dı? Köh­­nə pe­­şə­­si tə­­zə­­dən işə dü­­şür; on­­lar­­dan kim əli­­nə ke­­çir­­sə, ye­­nə çə­­kir stan­­si­­ya­­nın şü­­şə­­li ye­­mək­­xa­­na­­sı­­na. "Pa­­da­­vaç­­çi"li­­yi Al­­lah ona ver­­gi ki­­mi gön­­də­­rib. Hət­­ta qış­­da qa­­rı ada­­ma çox gö­­rən "xal­­tur­­şik" əmək mü­­əl­­li­­mi­­ni də qoy­­maz əli­­ni ci­­bi­­nə sa­­la. Pul əl çir­­ki­­dir. Mü­­əl­­lim­­lə­­rin ka­­sı­­bı­­na (nə­­dən­­sə, on­­la­­rın döv­­lət­­li­­si də olur) bu hör­­mət bir az bö­­yük yax­­şı­­lı­­ğa bən­­zə­­yir­­sə də, o ye­­nə ra­­hat ol­­mur. Əsas da tez-tez qəl­­bi­­nə çö­­kən qa­­ra bu­­lud­­lar onun gü­­nü­­nü göy əs­­gi­­yə bü­­kür. ...Ax­­tar­­sa, bəl­­kə özün­­dən xə­­bər­­siz bö­­yük yax­­şı­­lıq­­lar da edib. Bir gün bö­­yük yax­­şı­­lıq­­la­­rı­­nı ta­nısa-gör­­sə, xoş­­bəxt ola­­caq. Bu­­nu özü de­­yir.

Arıq öm­­rü uzu­­nu arıq qal­­dı. Adı­­na uy­­ğun.

 

1986 - 1998

 

Digər xəbərlər

Gözəllik və əxlaq mövzusunda yazıb unutduqlarımın davamı

"Münsiflər məşhurlardan yox, vicdanlı adamlardan seçilməlidir"

Aqşin Yenisey: "Rafiq Tağının Hopstopnaməsi"

Heydər Əliyev / QIRMIZI DASTAN

İçi lirikalı polad

Şərhlər