CƏ­­MA­­LƏD­­DİN. CA­­MAL

Tarix: 25-06-2021 16:26
Baxış sayı: 590

 

M

ə­­ni yan­­dı­­ran əsas şey Cə­­ma­­ləd­­di­­nin ae­­ro­­port­dan bir­­ba­­şa Lən­­kə­­ra­­na «yü­­yür»­mə­­si ol­­du. Sə­­kib get­­di, ça­­pıb var­­dı. Bi­­zə dəy­­mə­­di. Sə­­məd on­­suz elə mə­­nim nə­­zə­­rim­­də də fər­­li-baş­­lı bir in­­san de­­yil­­di; Ca­­ma­­lın onu say­­ma­­ma­­sı tə­­bii və düz­­gün idi. An­­caq bə mən? Axı, o mə­­nə də vız at­­ma­­mış­­dı. Ölən­­də in­­san də­­yi­­şi­­lər­­miş. Ölü­­də di­­ri­­lik­­də­­ki xü­­su­­siy­­yət­­lə­­rin bir­­cə­­ci­­yi də qal­­mır. Əşi, axı, biz onun­­la bir­gə ən azı bir ton çö­­rək ye­­mi­­şik. Bə bun­­la­­rın hör­­mə­­ti ne­­col­­du? Ha­­ya­­na get­­di? Ye­­rə, həm də gö­­yə pa­­ra­­lel tərz­də, iz­­lə­­nir­­miş kimi - Ba­­kı kü­­çə­­lə­­ri­­ni oğ­­run-oğ­­run, sink ta­­but­­da giz­­lə­­nə-giz­­lə­­nə ke­­çib­. Elə bil Lən­­kə­­ran qa­­çır­­dı - da­­lın­­ca qaç­­dı.

- İşə bax, Cə­­ma­­ləd­­din al­­tı-yed­­di gün qa­­baq or­­dan ke­­çib, - Sə­­məd­­lə çay­­xa­­na­­da otu­­ran sa­­at əli­­mi oraq ki­­mi əy­­ri küçə səm­tinə sarı uzat­dım.

- Kim ke­­çib?

- De­­dim axı: Ca­­mal.

- Har­­dan?

- Or­­dan.

- Ora ha­­ra­­dır?

- Ora elə ora­­dır: gö­­zü­­nün içi. Do­­la­­ma­­ğa adam tap­­ma­­dın?

- ...Bil­­səy­­dik, qa­­ba­­ğı­­nı kə­­sər­­dik. Gə­­lin ma­­şı­­nı ki­­mi.

- Əb­­ləh adam, heç za­ra­fa­tın ye­ri­dir? Guya sən bil­­mir­sən kim­­dən söh­­bət ge­­dir?

- Sən öl, mən öl­­səy­­dim, elə et­­məz­­dim.

"Qu­­rum­­saq - bi­­lir­­miş".

- ...Özü də mən onu sən­­dən fərq­li, öl­­müş san­­mı­­ram.

- Val­­lah, sən da­­nı­­şan­­da biş­­miş to­­yu­­ğun gül­­mə­­yi gə­­lir. Bə rəh­­mə­­tə get­­mək nə olan şey­­di? Öl­mək de­mək de­yil?

- Hər hal­­da, o öl­mə­yib.

- Sağ­dır?

Ca­­mal Mosk­va­­ya ge­­də­­nə­­cən hər ba­­zar üç­­lük­­də bul­­va­­ra çı­­xıb ha­­va­­mı­­zı də­­yi­­şər­­dik. Söh­bət­lə­ri­mizi gö­­rən­­lər bi­­zə "üç­­qar­daş" adı qoy­­muş­­du­­lar. Mosk­va­­ya öl­­mə­­yə ge­­dib­­miş - al­­nı­­na ya­­zıl­­an av­­to­­mo­­bil qə­­za­­sı­­nı be­­cid re­­al­­laş­­dır­­ma­­­ğa. Əl­­bət­­tə, Mosk­va­­nın ya­­nın­­da kən­də ox­­şa­­yan Ba­­kı­­­da av­­to­­mo­­bil qə­­za­­sı eh­­ti­­ma­­lı az­­dı. An­­caq in­­di Cə­­ma­­ləd­­din yox­­du­­sa da, həm­ta­yı­nın başı üzül­müş to­­yuq­­lar ki­­mi bu­­nu ve­­ci­­mi­­zə al­­mır­­dıq. Ay bu­­du ha, ye­­nə tə­­miz ha­­va­­ya çıx­­mı­­şıq! Sər­gü­zəşt­lə­ri­miz­dən qal­­mı­­rıq. Mən­­cə, tə­­miz ha­­va - əh­li­kef­­lik əla­­mə­­ti­­dir. Hələ tə­­miz ha­­va­­ya əla­­və ki­­mi də çay­­la­­ma­­ğa otur­­duq. Elə çay da kef-da­maq rəm­­zi­­dir. Düz­­dü, Sə­­məd bunu in­­kar edir, be­­lə şey­­lə­­rə heç də mə­nim kimi bax­mır. De­­di­­yim ki­­mi, mən­sə hət­ta ar­sız­lıq kimi ba­­xı­ram və de­di­yimi sü­­but edə­­rəm də. Tə­­miz ha­­va - or­­qa­­niz­­mi möh­­kəm­­lət­­mək is­­tə­­yi­­dir ki, dost ölü­­mün­­dən son­­ra­­kı ba­­sa­­bas­­da bu, qə­­ba­­hət­­dir. Tə­­miz na­­mərd­lik­­dir.

Har­­da­­san-bur­­da­­san, növ­­bə­­ti gö­­rü­­şü­­müz­­də Cə­­ma­­ləd­­din söh­­bə­­ti­mi­zin əv­­və­­lin­­dən or­­ta­­sı­­na sü­­rüş­­dü­­rül­­dü. Ca­­mal söh­­bə­­tin an­­caq or­­ta­­sın­­da ya­­dı­­mı­­za düş­­dü. "Ya­­dı­­mı­­za" de­­yən­­də - bir tək mə­nim ya­­dı­­ma. Sə­­məd öz­­lü­­yün­­də Ca­­ma­­lı bəl­­kə heç xa­­tır­­la­­ma­­ya­­caq­­dı da. Bir növ, onu xa­­ti­­rə­­lə­­rə biz­­lə­­mək­­lə qat­­dım. Və­­zi­­fə­­si res­­pub­­li­­ka əhə­miy­­yət­­li bir adam ölüb özü­­nü söh­­bə­­ti­­mi­­zin əv­­və­­li­­nə so­­xuş­­dur­­muş­­du. On­dan xey­laq da­­nış­­dıq. Bö­­yük adam­­lar di­­ri­­lik­­də də özü­­nü qa­­ba­­ğa so­­xur, ölü­­lük­­də də. "Bö­­yük adam" hət­­ta yüz ilin dos­­tu­­nu da söh­­bə­­tin əv­­və­­lin­­dən or­­ta­­sı­­na, hət­­ta axı­­rı­­na sı­­xış­­dır­­maq qa­­bi­­liy­­yə­­ti­­nə ma­­lik­­dir. Sə­­məd­­lə iki­­miz söh­­bət­­lər­­də iye­­rar­­xi­­ya prin­­si­­pi­­ni hə­­mi­­şə göz­­lə­­yən ol­­mu­­şuq. Bu həm də bir az bi­­zim bü­­rok­­rat­­lı­­ğı­­mı­­za də­­la­­lət edən şey­­di. Ca­­ma­­lın sağ­­lı­­ğın­­da söh­­bət­­lə­­ri­­miz­­də­­ki de­­mok­­ra­­tizm bəl­kə yal­­nız onun sa­­yə­­sin­­də idi. İn­­di et­­mə­­sin, Ca­­mal adi dıl­­ğı­­rı da şi­­şir­­dib bi­­rin­­ci söh­­bət möv­­zu­­su edə bi­­lir­­di. Ca­­mal dıl­­ğı­­rı qal­­dı­­rıb dağ ba­­şı­­na qo­­yan­­dı. Sə­­məd isə onu hök­­mən ya axı­­ra qıs­­na­­yar, ya da söh­­bət­­dən ta­­mam si­­lər­­di.

Hə, Ca­­mal bir­cə həf­­tə­nin için­də əl­­li-alt­mış fa­­iz unu­­dul­­muş­du. Bu, çox pis gös­­tə­­ri­­ci idi. Tez yad­­dan çıx­­maq­­da, bil­­mə­­mi­­şik, ya Ca­­mal özü zay imiş, ya da biz zay ol­­mu­­şuq və elə in­­di də za­­yıq. Ya zəl­­zə­­lə­­dən, ya vəl­­və­­lə­­dən, hər hal­­da, Ca­­ma­l öl­müş­dü və onun yox­­lu­­ğu sar­­sı­­dı­­cı de­­yil­­di. Hət­­ta mə­­nim üçün də. Hələ onu söh­­bə­­tin barı or­­ta­­sın­­dasa qa­­nı­­ma iş­­lə­­miş ümum­­mil­­li əx­­laq sax­­la­­dı, heç mən  yox. De­­di­­yim ki­­mi, bun­­da Ca­­ma­­lın öz gü­­na­­hı da az de­­yil­miş. Ki­m­lər­­lə­­sə dost­lu­­ğu tək­­cə on­ları ye­­dir­­dib-içirt­­mək­­­lə et­­məz­­di­lər ki. Həm də mə­­ət­­tə­­ləm, o bi­­zi nə sa­­yır­­dı! Bəl­­kə hey­­van sa­­yır­­mış? Yal­­nız itə yal ve­­rib on­­dan sə­­da­­qət göz­­lə­­yər­­lər! An­­caq biz sə­­da­­qət­­siz­­li­­yi­­miz­­lə əs­­lin­­də it­­lər­­dən yük­­sək­­li­­yi­­mi­­zi sü­­but et­­miş olur­­duq. Hər­­çənd it sə­­da­­qə­­ti ef­­fek­­ti mən­­də Sə­­məd­­dən güc­­lü alın­­mış­­dı - onu söh­­bə­­tin or­­ta­­sın­­da mən xa­­tır­­la­­mış­­dım. Mən Sə­­məd­­dən da­­ha çox it i­­dim. Unut­­maq­lı­­ğın son­­ra­­kı qırx-əl­­li fa­­i­­zi tez ba­­­şa va­­ra­­caq­­dı. Son­­ra­­kı unut­maq­­lıq­lar əv­­vəl­­kin­­dən hə­­mi­­şə tez ha­­si­­lə gə­­lir. Biz hə­­lə qır­­xın or­­ta­­sı­­na­­sa ge­­dib çıx­­ma­­mış­­dıq. Hə­­lə "ya­­ra"nın bu is­­ti ça­­ğın­­da ar­­tıq o, söh­­bə­­tin or­­ta­­sın­­day­­dı. Söh­­bə­­tin or­­ta­­sı qır­­xın or­­ta­­sı ilə düz gəl­­mir­­di. Söh­­bə­­tin or­­ta­­sı qır­­xın or­­ta­­sın­­dan xey­­li əv­­vəl­­də idi. Qır­­­­­xın or­­ta­­sı bəl­­kə yal­nız söh­­bə­­tin axı­­rı ilə uz­­la­­şa. Biz qır­­xa yüz fa­­iz unut­­qan­­lıq­­la ge­dib çı­­xa­­caq­­dıq. Yə­­ni on­­da Cə­­ma­­ləd­­din qə­­ti ya­­da düş­­mə­­yə­­cək­­di. Biz heç qır­­xın fər­­qi­­nə var­­ma­­ya­­caq­­dıq da. İn­­dən be­­lə Ca­­mal yal­nız hə­yət­­lər­­də-kü­çə­lər­də tə­­sa­­dü­­fən ölü-zad gö­­rər­­kən ya­­da dü­­şə­­cək­. Hə, axı, ölü­­lər di­­ri­­lər ara­­sın­­da da­­im son gə­­zin­­ti­­də bu­­lu­­nur­­lar. Hə­yət­dən-kü­çə­dən tək­­cə di­­ri keç­­mir ki - ölü də ke­­çir. Üs­­tə­­lik, hər bir ölü özün­­dən əv­­vəl­­ki­­lə­­ri ya­­da sa­­lır. Ölü­­lər həm­­rəy­­dir­­lər. Di­­ri­­lər­­də həm­rəy­lik qa­­bi­­liy­­yəti yox­­dur; hət­­ta ol­­sa da, bu xü­­su­­siy­­yət on­­lar­­da ya­­maq ki­­mi­­dir.

- Rəh­­mət­­lik plo­­vu be­­şəl­­li ye­­yər­­di.

- İki or­­du ilə də.

- Yox, be­­şəl­­li, an­­caq tək ord­la. Bu­­ra­­sı­­nı düz de.

Hə, ağ­­zı­­na nə sa­­lır­­dı­­sa, ça­­ta­­çat sol ən­­gə ötü­­rər­­di. Sağ­ diş­ləri xa­rab­dı.

Mə­­nim ara­­da iş­­lət­­di­­yim "rəh­­mət­­lik" də uni­­ver­­sal söz­­dü; unu­­du­­lan­­lar üçün ad əvə­­zi idi. "Rəh­­mət­­lik" - əs­­lin­­də "şey" və "zad" kəl­mə­lə­­ri­­nin si­­no­­ni­­mi­­dir. Oğul ki­­mi də axı­ra­can diş­­lə­­ri­­ni dü­­zəlt­dir­­mə­­di. Ona vaxt sərf et­mə­­di; be­­lə şe­­yi hə­­­dər bil­­di. Əl­bət­tə, on­­suz da ço­­xu ge­­dib azı qal­­mış ömür­­­­də bu, boş it­­ki ola­­caq­­mış. Diş­­lə­­rə ve­­rə­­cə­­yi­­ni  kef-da­­ma­­ğa ver­­di. Eyş-iş­rətə. Mi­­ni­­mum ömür­­də mak­­si­­mum dəm­­lər sür­­dü.

- Diş­­lə­­ri­­ni dü­­zəlt­dir­­səy­­di, ma­­ya­­sı bat­­mış­­dı. Qə­­bir­­də saf dişi ney­lə­yəcək­di? - Sə­­məd bu­­nu öz diş­­lə­­ri­­ni ağar­­da-ağar­­da de­­­di. An­­caq onun bu çirk­li tə­­bəs­­sü­­mü yo­­lu­­xu­­cu imiş - mə­­­nə də keç­­di. Son­ra da tə­bəs­süm­lər hı­rıl­tı­lar­la əvəz­­lən­­di. Hər hal­­da, bi­­zim onun yox­­lu­­ğu ba­­rə­­sin­­də ağ­­la­ş­­ma­mız nə­­zə­­ri-uy­­dur­­ma bir şey­­di­­sə də, bu cü­­rə­­si şey­­tan­­da da olan hı­­rıl­tı­la­rı­mız re­­al­­dı. Biz in­­di eş­­şək­lər ki­­mi Cə­­ma­­ləd­­din sa­­rı­­dan qəlb ağ­­rı­­sı-zad duy­­mur­­duq. Sağ­­lı­­ğın­­da söh­­bə­­ti­­mi­­zin əv­­və­­li də o idi, axı­­rı da. İn­­di yox­­du­­sa, san­­ki ar­­tıq bu­­nun üs­­tü­­nü vur­­ma­­ğa, on­dan da­nış­mağa eh­­ti­­yac qal­­mır­­dı. Xa­­ti­­rə­­lə­­ri cis­mi­­nə­­cə qo­­şu­­lub get­­miş­­di. Xa­­ti­­rə­­lə­­ri­­miz san­ki onun bə­­də­­ni­­nə ya­­pı­­şıq­­lı imiş. İn­­di mən Sə­­mə­­di söh­­bə­­tə zor­­la dar­­tır­­dım. Bu ava­­ra ar­­tıq ən­­gi­­ni yor­­maq, keç­miş dos­tuna ener­­ji sərf et­­mək is­­tə­­mir­­di. Cə­­ma­­ləd­­din di­­şə vaxt öl­­dür­­mək is­­tə­­mə­­di­­yi ki­­mi, o da Cə­­ma­­ləd­­di­­nə vaxt öl­­dür­­mək niy­­yə­­tin­­dən uzaq­­dı. Ölü­­yə - nə vaxt! Bir növ, dost­luq sağ adam­­la­­rın is­­ti­­ra­­hət va­­si­­tə­­si­­dir. Sə­­mə­­din Cə­­ma­­ləd­­di­­nə mü­­na­­si­­bə­­tin­­dən mən özüm üçün əməl­­li­­cə dərs gö­­tür­­düm. Mən öl­­səm, o, qır­­xım çıx­­ma­­mış mə­­ni də unu­­da­­caq­­dı. İn­­di­­yə­­cən mən gə­­rək on­­dan şüb­­hə­­lə­­nəy­­dim. Ən azı zövq müx­­tə­­lif­­li­­yi­­mi­­zə gö­­rə: mən ar­­vad­­la­­rın nər­­mə-na­­zi­­yi­­ni xoş­­­la­­yan­­am, o - gon­­bu­­lu­­nu. Utan­­maz - gör hər­­dən mə­­nə nə de­­yir: "quş"lar nər­­mə-na­­zik vax­­tı sə­­nin ol­­sun, on­­suz son­­ra kö­kə­lə­cək­lər - gon­bul vax­­tı mə­­nim. Ko­­bu­­dun bi­­ri! Oğul ki­­mi də, «gor evi» de­di­yi­miz, da­­i­­mi çay­­xa­­na­­mız­­da ən­­gə ve­­rə-ve­­rə Ca­­ma­­lın hü­­zü­­rü­­nə get­­mə­­dik. Hü­zürə get­­mə­­mə­­yə hər də­­fə də üzür­­lü bir sə­­bəb tap­­dıq. Uşaq-mu­­şaq­­la­­rı­­mı­­zın "azar-be­­zar"ı büs­­bü­­tün bu döv­­rə düş­­dü. Ata-ana­­la­­rı­­mız az qal­­dı qı­­rı­­lıb-ça­­tı­­la. Bay, ha­­mı­­sı da gop. Mən an­­caq in­­di qa­nı­ram  ki, sa­la­mat­lıq nə gö­­zəl şey­­dir. Sağ­­lı­­ğın­­da Ca­­mal ha­­çan - "get­­dik Lən­­kə­­ra­­na", de­­miş­­di­­sə, biz yə­­hər­­lə­nib-at­­la­­nıb on­­dan qa­­baq get­­miş­­dik. Sən demə, bu­­nu aya­­ğı­­mız al­­tın­­da kə­­si­­lə­­si qoç­­la­rın eş­­qi­­nə edər­mi­şik. Bir də­­fə Sə­­məd hət­­ta uşa­­ğı­­nı qı­­çı sın­­mış hal­­da ev­də qo­­yub yü­yür­müş­dü.

Qırx­dan xə­­bə­­ri­­miz ol­­ma­­dı. Bəl­­kə hə­­lə üs­­tün­­dən bir qırx da keç­­di. Bir­­cə onu elə­­yə bil­­dik ki, Lən­­kə­­ra­­na ge­­dib çat­­ma­­sı gü­­man olu­­nan bir qə­­zet­­də baş­­sağ­­lı­­ğı ver­­dik. Bir baş­­sağ­­lı­­ğı ilə Ca­­ma­­lı ba­­şı­­mız­­dan elə­­dik, onun da­lın­dan dəy­dik. Ya­­rəb, Cə­­ma­­ləd­­di­­nin ata-ana­­sı da qə­­zet oxu­­ya, ya oxu­­ma­­ya. An­­caq nə­­yi­­mi­­zə gə­­rək: oxu­­du, ya oxu­­ma­­dı. Can­ları çı­xıb oxu­­yay­­dı­lar. Biz borc­dan çıx­­ma­­lı idik, çıx­­mış­­dıq: nek­­ro­­loq­­la da yox, baş­­sağ­­lı­­ğı ilə. Baş­­sağ­­lı­­ğı ki­­şi­­yə çat­­ma­­ya­­caq­­dı­­sa da, bi­­zim ona qi­­ya­­bi-nə­­zə­­ri tə­­səl­­li­­miz i­di. Bu bi­­zim özü­­mü­­zü in­­san say­­ma­­ğı­­mız üçün ki­­fa­­yət­di. Bi­­zim onun­­la dost­lu­­ğu­­muz on­­suz ar­­tıq ta­­nış­­lıq sə­­viy­­yə­­si­­nə en­­miş­­di. Hət­ta on­dan da aşağı.

- Yax­­şı ki ev­­lən­­mə­­miş­­di. Uşaq­­la­­rı ye­­tim qa­­la­­caq­­dı.

- Ək­­si­­nə, uşaq on­­dan ya­­di­­gar olar­­dı.

- ...Ar­­vad da, hop, atı­­lıb ge­­də­­cək­­di bir baş­­qa­­sı­­na.

- Qo­­cal­­dıq­­ca ya­man iman­­sız olur­­san ha!

- Bə­yəm ar­­vad­­lar­­da eti­­bar var?

- Bə yox­­dur?

Bu­­nun sö­­zü­­nün ucun­­dan tu­­tub baş­­qa mət­­ləb­­lə­­rə ge­­dib çıx­­maq olar­­dı. An­­caq ta də­­ri­­nə get­­mə­­dim; in­­sa­­fım yol ver­­mə­­di. 

Ya­­zın or­­ta­­sın­­da san­­ki qəf­­lət yu­­xu­­sun­­dan ayıl­­dım: bay, Ca­ma­lın ili çox­­dan öt­­üb. Ke­­çən il sink ta­­bu­t­da Mos­­k­va­­dan "gə­lən­­də" hə­­lə yaz gir­­mə­­miş­­di. De­mək, qış­da ölüb. Be­­­lə çı­­xır, onun də­qiq ölüm ta­­ri­­xi unu­­dul­­muş­, bir­cə fə­sil şək­lin­də yad­da qal­mış­dı. Ney­lə­yək, yə­­qin ar­­tıq yad­­daş üçün önəm­­li de­­yil­ də-ə. Di gəl, onun av­­to­­mo­­bil qə­­za­­sı­­na dü­­şüb öl­­mə­­si sə­­hih ya­­dım­­da­dır. Hə, bir il nağd ke­­çib, an­­caq hə­­lə üç də de­­yil. İki­­nin için­­də­yik. Cə­­ma­­ləd­­di­­nin ta­­le­­yi­­nin rə­­qəm­­lə bə­­sit iza­­hı bu cür­­dü. İn­­di Cə­­ma­­ləd­­di­­nə aid ta­­rix­­lə­­rin bir­­cə­­si­­nin də ro­­lu-əhə­­miy­­yə­­ti yox­­du - biz bu qə­­­­na­­ə­­tə gəl­­miş­­dik.

Ya­­yın cır­­ra­­ma­­sın­­da Sə­­məd­­lə tə­­zə oyun tap­­dıq. Əy­­lən­­mək-gül­­mək üçün hər də­­fə bi­­ri­­miz ev­dən bir yu­­mur­­ta gö­­tü­­rər, çay­­xa­­na­­da yar­­paq­­lar ara­­sın­­dan sü­zü­lən gün işı­­ğı al­­tı­­na qo­­yar­­dıq. Şü­­a­­lar yu­­mur­­ta­­ya ox ki­­mi san­­cı­­lar­­dı. Ya­­lan ol­­ma­­sın, biz bir, uzaq ba­­şı, iki çay­­ni­­ki bo­­şal­­da­­na­­can yu­­mur­­ta bi­­şər, an­­caq düz­­dü, meh əsib yar­­paq­­la­­rı yel­­lən­­di­r­­dik­cə də - so­yu­yar­dı. Pa­­yı­­za­­can yı­­ğı­­lan yu­­mur­­ta­­la­­rın sa­­yı­­na gö­­rə həm gö­­rüş­­lə­­ri­­mi­­zi he­­sab­­la­­ya­­caq, həm də on­la­rın "biş­­miş"ləri sa­­yə­­sin­­də ara­­da ne­­çə qız­­mar ba­­zar ol­­du­­ğu­­nu öy­rə­nə­cək­­dik. Hə, Cə­­ma­­ləd­­din bir də sent­yab­­rın 3-də - düz yed­­di "yu­­mur­­ta"dan son­­ra ya­­dı­­mı­­za düş­­dü. Onu ya­­dı­­mı­­za heç ad gü­­nüm də yox, bu "va­­cib ta­­rix"i boş çay­­la ötüş­­dür­­mə­­yi­­miz sal­­dı. Mə­­nim ad gü­­nü­­mü hər il Ca­­mal ke­­çi­­rər­­di. Dos­­tum­­du­­sa da, həm də elə bil atam­ idi. Hər ilin 3 sent­yab­­rı bi­­zim res­­to­­ran gü­­nü­­müz­­dü. Üçü­­mü­­zün bir­­lik­­də üç ad gü­­nü­­müz ol­­du­­ğun­­dan, ilin mi­­ni­­mum 3 gü­­nü­­nü res­­to­­ran­­da ke­­çi­­rər­­dik. Yax­­şı­­dı da ad gün­­lə­­ri­­miz üst-üs­­tə düş­­mə­­yib. Yox­­­­sa res­­to­­ra­­nın ən azı bi­­ri, ən ço­­xu iki­­si ix­­ti­­sa­­ra dü­­şə­­cək­­di. İn­­di Ca­­mal yox­­du, res­­to­­ra­­nın üçü də get­­miş­­di işi­­nin da­­lın­­ca. İraq ol­­sun, elə bil tək Ca­­mal yox, biz üçü­­müz də öl­­müş­­dük. Ya da san­­ki öl­­kə­­də hər­­bi və­­ziy­­yət­­di - res­­to­­ran­­lar "bağ­­lan­­mış­­dı". Sə­­məd­­lə mən lü­­tüş­­lər sin­­fi­­nə mən­­sub idik. Elə in­­di də res­­to­­ran gö­­rən­­də, Cə­ma­ləd­­di­nin sağ­lı­­ğın­dakı ad gü­n­lə­rim ya­­dı­­ma dü­­şür. Cə­­ma­­ləd­­din ol­­ma­­say­­dı, biz hə­­yat­­da res­­to­­ran­­la­­rı yal­­nız dı­­şa­­rı­­dan gö­­rə­­cək­­dik. Tə­­sa­­dü­­fən ai­­lə­­nin tək oğ­­lu ilə dost­lu­­ğu­­muz bi­­zi bu bi­­a­­bır­­çı­­lıq­­dan qur­­tar­­mış­­dı. Mən yal­­nız onun sa­­yə­­sin­­də men­­yü de­­yi­­lən şe­­yin nə ol­­du­­ğu­­nu bil­­mi­­şəm. Res­­to­­ran da hə­­yat mək­­təb­­lə­­ri sı­­ra­­sın­­da­­dır.

Onu de­­yi­­rəm axı, bu il­ki "ad gü­­nü"m tən­­ha arı ki­­mi  vı­­zıl­­da­­yıb ötdü; elə şe­­yin "qeyd edil­məsi" bir də qal­­dı qır­­nan-qi­­ya­­mə­­tə. Da­­ha doğ­­ru­­su, gə­­lən ilə. An­­caq yox, hə­­lə Sə­­mə­­din­­ki qa­­lır. Bə Ca­­mal? Öl­­müş­­dü­­sə də, onun da ad gü­­nü du­­rur­­du. Onun ölüm gü­­nü yad­­dan çıx­­mış­­dı, olum gü­­nüsə - yox. Ad gün­­lə­­ri "res­­to­­ran şər­­ti ref­­leks" gün­­lə­­ri idi: ye­­mək­lə dop­do­­lu stol­­lar hər ya­­da dü­­şən­­də ağ­­zım ye­­nə bərk su­­la­­nır. Ca­­ma­­lın hət­­ta adı yad­­dan çı­­xa­­caq­dı­­sa da, ad gü­­nü - çıx­­ma­­ya­­caq­dı.

Mən öl­­səm, Sə­­məd mə­­ni də Ca­­mal ki­­mi tez­­cə­­nə unu­­da­­caq­. Ca­­ma­­lın ölü­­mü mə­­nim üçün bir təc­­rü­­bə, bö­­yük sı­­naq­­dı. Mən Ca­­mal­­dan fərq­li, onun na­­mərd­li­­yi­­ni öl­­mə­­miş­­dən gö­­rür­­düm. Ar­­tıq onun xoş tə­­bəs­­sü­­mü də mə­­nə iriş­­mək ki­­mi gör­­sə­­nir­­di. Elə bi­­lir­­dim ki, Sə­­məd tə­­bəs­­süm­­lə­­ri­­ni yal­­taq­­lıq üçün iş­­lə­­dir. Mə­­nim­­lə otu­­rub-dur­­maq­­lı­­ğın­­da da, Al­­lah bi­­lir, nə fı­­rıl­­da­­ğı var. Bu fı­­rıl­­daq bəl­­kə yal­­nız öm­­rün axı­­rın­­da bi­­li­­nə­­cək­­di. On­­da da gec ola­­caq. Hər­­çənd bu fı­­rıl­­daq hə­­lə­­lik heç cür baş tut­­mur­­du. İn­­di­­yə­­cən baş tut­­ma­­yan fı­­rıl­­daq yə­­qin son­­ra da baş tut­­maz, in­­şal­­lah. Ümi­­dim bu­­na­­dır. On­suz in­­san qo­­cal­­dıq­­ca fı­­rıl­­daq­­çı­­lıq qa­­bi­­liy­­yə­­ti dü­­şür. Öl, Sə­­məd, hə­­qi­­qə­­tən, na­­mərd imiş­­sən! Əs­­lin­­də mən özüm də na­­mərd idim, an­­caq Sə­­məd bu­­nu sez­­mir­­di. Mə­­nim na­­mərd­li­­yi­­mi nə o rəh­­mət­­lik gö­­rər­­di, nə də bu eş­­şək gö­rür. Mən on­­la­rın nə­zə­rin­də və on­lar­dan da "tə­­miz"dim. Sən de­­mə, biz üç na­­mərd in­­di­­yə­­cən bir-bi­­ri­­mi­­zə kəf gəl­­mək üçün gö­­rü­­şüb­­mü­­şük. Mən Ca­­ma­­lı unut­­duq­­ca, elə ona da acı­­ğım tu­­tur­­du. Əgər mən on­­dan əv­­vəl öl­­səy­­dim, o da mə­­ni unu­­da­­caq­­dı. Mən onu qa­­baq­­la­­mış­­dım. Qa­­li­­biy­­yət mə­­nim tə­­rə­­fim­­də idi. İki na­­mərd­dən bi­­ri qa­­lib gəl­­di. Mən bəl­­kə Sə­­mə­­də də qa­­lib gə­­lə­­cək­­dim. Ölər­­sə, ikin­­ci ilin­­də unu­­dul­­maq ba­­rə­­sin­­də əlim­­dən qa­­ça bil­­mə­­yə­­cək. Yə­­qin elə mən də onun gü­­nün­­dəy­­dim. O da mə­­qam göz­­lə­­yir­­di. Qa­­li­­biy­­yət əcə­­lin han­­sı səm­­tə üz tut­­ma­­sın­­dan ası­­lı idi. Biz yal­­nız əcə­­lin yıx­­dı­­ğı­­na qa­­lib gə­­lə bi­­lər­­dik. Onun böy­­rə­­yin­­də qum var­­dı. Qum­­dan öl­­mək eh­­ti­­ma­­lı da hə­­lə­­lik sı­­fı­­ra bə­­ra­­bər­­di. Qum da­­şa çev­­ri­­lə­­si, böy­­rək çü­­rü­­yə­­si - bu get­­di çıx­­dı həş­­ta­­da. Onun həş­­tad­­da öl­­mə­­si də mə­­nə ləz­­zət elə­­mə­­yə­­cək. Qo­­ca­­lıq­­da­­kı ölüm­­lə qə­­lə­­bə­­yə çat­­maq müm­­kün iş de­­yil. Öl­­səm, dos­­tu­­nu bir ilə unu­­da­­sı bu əc­­laf­­dan in­­ti­­qam his­­si mə­­ni ra­­hat bu­­rax­­mır. De­­nən, bur­­da boş-bo­­şu­­na mə­­nim­­lə nə otu­­rub­­san, ay qo­­duq! O, boş vax­­tı­­nı dol­­dur­­maq üçün mən­­dən sui-is­­ti­­fa­­də edir­­di. An­­caq biz­­də­­ki sax­­ta­­lıq­­lar ta­­mam üzə çıx­­mış­­dı. Ca­­ma­­lın tim­­sa­­lın­­da mü­­na­­si­­bət­­lə­­ri­­miz­­də­­ki qəlp­lik əyan ol­­muş­­du. İn­­di bir-bi­­ri­­miz­­dən şüb­­hə­­lə­­nir­­dik. Bu tək­­cə boş vax­­tı dol­­dur­­maq mə­­sə­­lə­­si ol­­say­­dı, nə var­­dı ki. İnan, Sə­­məd ha­­çan­­sa gi­­rib mə­­nim evi­­mi ça­­pa da bi­­lər­­di. Hər­­çənd on­­suz iki cüt-bir tək qiy­­mət­­li şey tap­­ma­­ya­­caq­­dı. Mü­­tək­­kə­­lə­­ri apa­­ra­­caq­­dı­­sa, qoy apar­­sın. Hər ev­­də mi­­ni­­mum qiy­­mət­­li şey ni­­şan üzü­­yü­­dür: bəl­­kə onu kön­­lü çək­­di, bu­­yur­­sun. Ya bəl­­kə o, "dost­luq"la-zad­­la ba­­şı­­mı tov­­la­­yır, mə­­nim var­­la­­na­­ca­­ğım gü­­nü göz­­lə­­yir. Mən var­­lan­­sam, o da av­­to­­ma­­tik var­­la­­na­­caq: ya öl­­dü­­rüb so­­ya­­caq, ya elə-be­­lə - diri sax­la­maq­la. Bəl­­kə ni­­şan üzü­­yü­­nü qar­­da­­şım­­gi­­lə yol­­la­­yım. Mən Sə­­məd­­dən elə so­­yu­­muş­­dum ki, ar­­tıq üzü­­nü gör­­mək də is­­tə­­mir­­dim. An­­caq bu zır­­ra­­ma elə bi­­lir on­­dan küs­­mü­­şəm. Gör­­mə­­miş oğ­­lu bir də­­fə çı­­xa­­rıb sto­­lun üs­­tü­­nə, özü de­­miş, ya­­rım­­qab qoy­­du. Çay­­xa­­na­­da­­ca. Yə­­qin mə­­ni də öz ta­­yı bi­­lir, öz­­lü­­yün­­də mən­­də də al­­çaq şey­­lər zənn edir. İla­­hi, bu al­­çaq­­lıq­­lar bəl­­kə mən­­də hə­­qi­­qə­­tən var­­dı! Araq, ya­­nın­­da da kol­­ba­­sa, ya tər­sinə. Gö­rən, hə­yat­da bun­­dan da irə­liyə get­­mək ol­­maz­­dımı! Yox, yüz il ot ot­­la­­yaq, biz Ca­­ma­­lın ye­­ri­­şi­­ni ye­­ri­­yə bil­­mə­­rik. Hə­­mi­­şə­­ki vər­­diş üz­­rə bir­­gə ye­­dik-iç­­dik­­sə də, onun­­la "ba­­rış­­ma­­dım". Süf­­rə­­dən "şad-xür­­rəm" qalx­dıq. An­­caq o mə­­nim üçün elə hə­­min­­ki ki­­mi - yad və na­­mərd qal­­dı. Ar­­tıq heç nə­­yin xey­­ri yox­­du. Hər şey lü­­zum­­suz­­du.

Ölən­­də bir-bi­­ri­­ni unu­­da­­sı in­­san­­la­­rın dost­lu­­ğu­­na bir quş. Nə dost, əşi! İn­­di dost var?! Cə­­ma­­ləd­­di­­nin bi­­zim­­lə dost­lu­­ğu onun bö­­yük səh­­vi imiş. Bi­­zim onun­­la dost­lu­­ğu­­muz da bi­zim səh­vi­miz­di. Bi­­rin­­ci öl­­səy­­dik, o da bi­­zi unu­­da­­caq­­dı. Bay, on­­da nə tə­­fa­­vü­­tü ol­­du! Yox, an­­caq o  bu ba­­rə­­də dün­­ya­­dan "tə­­miz" get­­di: ağa­­ya­­na tərz­də. Tə­­sa­­dü­­fən biz­­dən saf və üs­­tün çıx­­dı. Lə­­kə­­lə­­nə­­cək­­di, lə­­kə­­lən­­mə­­di. Biz dos­­tu unut­­maq­­lı­­ğı­­mız­­la ar­­tıq tə­­miz lə­­kə­­lən­­miş­­dik. Hər şey çox­­dan gec­­di. Biz elə bu səhv­lə də ölüb ge­­də­­cək­­dik. Ar­­tıq bir-bi­­ri­­mi­­zə eti­­ba­­rı­­mız qal­­ma­­mış­­dı. İn­­di dost­luq bi­­zə an­­caq bir an­­tu­­raj ki­­mi la­­zım­­dı. Rəh­­mət­­lik al­­dan­­dı, bi­­zi ta­­nı­­ma­­dan, bi­­zim­­lə dost­lu­­ğu an­­la­­ma­­dan, bu­­na ina­na­raq get­­di. Ölə­nə­cən sa­­də­­lövh qal­dı. Vax­­tın­­da öl­­mək­­dən qiy­­mət­­li şey yox imiş. İn­­di biz ar­­tıq Sə­­məd­­lə onun haq­­qın­­da da­­nı­­şar­­kən get-ge­­də "rəh­­mət­­lik" sö­­zü­­nü ix­­ti­­sa­­ra sa­­lır­­ıq. "Rəh­­mət­­lik" ye­­ri­­nə bas­­məm­­mə­­di "öl­­dü" de­­yir­­ik. Hə­­lə yax­­şı­­dı, "öl­­dü"nü "çez­­di" ilə əvəz­­lə­­mir­­dik. Bu­­na da şü­­kür. Ona eh­­ti­­ram it­­mək­­də, adı unu­­dul­­maq­­da... Eh, ya­­zıq Ca­­mal... Cə­­ma­­ləd­­di­­nin sağ­­lı­­ğın­­da biz də onun ki­­mi ro­­man­­tik idik. Sə­hih de­sək, o, iki­miz­dən də çox, mən - bir tək Sə­­məd­­dən. Vur-tut iki­­cə il­­di re­­a­­list ol­­muş­­duq. Cüzi ro­­man­­ti­­ka­mız hə­­lə də qal­maq­da; bir gənc­lik əla­­mə­­ti ola­­raq. Qo­­cal­­dıq­­ca ro­­man­­ti­­ka­­nın ye­­ri­­ni büs­bü­tün re­­a­­lizm tu­­ta­caq.

...De­­kabr. Bul­­var. Sə­­məd­­lə ye­­nə Ha­­dı-Bı­­dı ki­­mi bul­­var­­da gə­­zi­­şi­­rik. Ar­­sı­­zıq da-a. Ar­­sı­­zın buy­­nu­­zu ol­­mur ki.

- Sən ca­­nın, bir o şax ge­dənə bax. Əyəm bil­­din ki­­mə ox­­şa­­yır?

- Ki­­mə? Özün de. Mən boş şe­y­lərə baş iş­­lət­­mək is­­tə­­mi­­rəm.

- Bir dos­­tu­­muz var­­dı ha...

- İşə düş­­mə­­dik! Han­­sı? 

- Adı di­­li­­min ucun­­da­­dı.

- Sağ­­dı, yox­­sa ölüb? Da­­yan, bəl­­kə biri var, onu de­­yir­­sən?

- Ə, ke­­çən il, ya ini­­şil öl­­mə­­di­­mi?

- Ke­­çəl de­­yil­­di?

- Ke­­çəl özün­­sən. Yox.

- Hə, on­­da zad ola­­caq: Cə­­lal.

- Bax, tap­­dın. An­­caq Cə­­lal yox, Ca­­mal!

- On­­da Ca­­mal da yox, Cə­­ma­­ləd­­din.

- Cə­­ma­­ləd­­din, ya Ca­­mal - bə­­yəm bun­­lar bir ad de­­yil­di?

İla­­hi, sə­­ni ta­­nı­­ma­­ya­­na lə­­nət, axır "dost"umu­­zun adı bər­­pa olun­­du. Ad öz yi­­yə­­si­­nə qa­­yıt­­dı. Az qal­­mış­­dı bi­­a­­bır olaq. De­­yi­­rəm, ye­­nə sağ ol­­sun yol­­dan ötən "Cə­­ma­­ləd­­din"i - bi­­zə Ca­­ma­­lı xa­­tır­­lat­­dı. Doğ­­ru­­dan da, on­­lar bir al­­ma­­nın iki üzü ki­­mi bir-bi­­ri­­nə ox­­şa­­yır­­dı­­lar. İn­­tə­­ha­­sı, in­di al­­ma­­nın bir üzü tor­­pa­­ğın üs­­tün­­dəy­­di, bi­­ri - al­­tın­­da. Al­­ma­­nın bir üzü ölü idi, bi­­ri - di­­ri. Cə­­ma­­ləd­­din üçün xa­­tır­­lan­­ma­­ğa tə­­zə şans öz­ba­şına ya­­ran­­mış­­dı. Tək­­cə bu adam yenə ha­­çan­­sa qa­­ba­­ğı­­mı­­za çı­­xar­­sa, Cə­­ma­­ləd­­din hök­­mən ya­­dı­­mı­­za dü­­şə­­cək­­di. Mosk­va­­dan çox-çox ki­­çik olan bu şə­­hər­­də onun tez-tez qa­­ba­­ğı­­mı­­za çıx­­ma­­sı eh­­ti­­ma­­lı az de­­yil­­di.

- Bəl­­kə elə o özü­­dür?

- Mə­­ni do­­la­­mı­­san, ya özü­­nü?

- Val­­lah və bil­­lah!

- Val­­lah be­­li­­ni qır­­sın, bil­­lah da üs­­tə­­lik!

- Hət­­ta ye­­ri­­şi də ox­­şa­­yır.

- On­­da ni­­yə du­­rub­­san? Get atıl üs­tünə, mar­ça­murç elə.

Əl­­bət­­tə, o, Ca­mal olar­­dı­­sa, özüm se­­vinc­dən ya­nına uçar­, üs­tünə şı­ğı­yar­dım. Hal­­bu­­ki beş yüz fa­­iz o de­­yil. Hət­ta mil­yon faiz. Bu bir ak­­si­­o­­ma­­dır ki, ölü di­­ril­­məz. Di­­ri­­lər­­di­­sə, ma­­ğıl ar­­xa­­yın olar­­dım. Bir növ, onun da­­lın­­dan də­­yər­­dim. Bü­­tün gü­­nah­­lar­­dan ya­­xam qur­­ta­­rar­dı. Əsas da onu unut­­maq­­lı­­ğım­­dan. Ya­­sı­­na get­­mə­­mə­­yi­­min gü­­na­­hı tər­­tə­­miz yu­­yu­­lar­­dı. Həm də onun hə­­ya­­tı­­nın fakt­la­­rı get-ge­­də də­­yər­­siz və ma­­raq­­sız olur­­du. Bi­­zi res­­to­­ra­­na apa­­rar­­dı - nə ol­­sun? Ata-ana­­nın ma­­dar öv­­la­­dı idi - gö­­zü­­müz ay­­dın! Yə­­qin Al­­lah tək öv­­la­­dı da onun va­­li­­deyn­lə­­ri­­nə çox gör­­müş­­dü. Uşaq­­la­­rı vaxt­sız öl­­mək­­də - əc­­laf­­mış­­lar. Tək­­cə bi­­zə ver­­di­­yi qo­­naq­­lıq­­lar­­da gör­­dü­­yü­­müz, da­­im üzü­­mü­­zə xoş ba­­xan ki­­şi çox da yax­­şı in­­san de­­yil­­miş.

Am­­ma Kə­­ma­­ləd­­din (yox, Cə­­ma­­ləd­­din) bu il cə­­mi bir də­­fə ya­­da düş­­dü. Onu tor­­paq ud­­du, Yer ye­­di. Qa­­ra tor­­pa­­ğın üzü so­­yuq­­dur: həm mə­­ca­­zi, həm də elə-be­­lə mə­­na­­da. Əl vu­­rur­­san - bum­­buz­­dur. Ar­­tıq onu hə­­yat­­da tə­­səv­­vür elə­­mir­­dim. Di­­ri­­lib gə­­lər­­sə, bəl­­kə özüm qo­­va­­ram ge­­dər. Onun ölü­­mü qa­­nu­­na­­uy­­ğun imiş. Ka­­mal (yox, Ca­­mal) sağ ol­­say­­dı, bəl­­kə də hə­­yat in­­di­­ki məc­­ra­­sın­­da ol­­ma­­ya­­caq­­dı. Kim bi­­lir, bəl­­kə Sə­­məd­­lə mən onun­­la bağ­­lı lü­­zum­­suz hə­yə­can və əzab­lara dü­­çar ola­­caq­­dıq.

Bir gün ev­­də al­­bo­­mu və­­rəq­­lə­­yər­­kən, şə­­kil­­də ta­­nış bir si­­ma gö­­zü­­mə sa­­taş­­dı. Ba­­lam, bu kim ola? Ay Al­­lah, mən onu har­­da gör­­mü­­şəm? Xə­­ya­­lən iki-üç ada­­mın üs­­tün­­də da­­yan­­dım. Dəli kimi və­­rəq­­lə­­ri dala-qa­­ba­­ğa çe­­vi­­rir­­dim. Bu adam kim­­di­­sə, mən  onu va­­ci­­bən ta­­nı­­yı­­ram! Çox gör­­mü­­şəm onu, lap çox. Onun­­la ha­­çan­­sa üz­­bə­­üz də da­­yan­­mı­­şam. Hət­­ta bəl­­kə üz­­bə­­üz otur­­mu­­şuq da. Han­­dan-ha­­na şə­kil­də­ki­nin "hə­­min adam" ol­­du­­ğu­­nu an­­la­­dım. Sa­­də­­cə, adı ya­­dım­­dan çı­­xıb. Bu sa­­at ya­­dı­­ma dü­­şər, de­­yə­­rəm. Hə, tap­­dım, bu bi­­zim oğ­­lan­­dı - Al­­­lah rəh­­mə­­ti­­nə ge­­dən! Adı özün­­dən xey­­li son­­ra ya­­dı­­ma düş­­dü: Cə­­ma­­ləd­­din. Ona «Ca­­mal» de­yər­dik. Elə bil adı on­­dan qop­muş­du. Adı özü­­nə ge­­ci­­kir­­di. Da­yan, qoy bir əz­­bər­­lə­­yim. Axı, həm də çox ad bil­­mə­­yin nə zi­­ya­­nı! Bir gö­­züm te­­le­­vi­­zor­­da - adı əz­­bər­­lə­­mə­­yə gi­­riş­­dim: Cə-ma-ləd-din - Cə­­ma­­ləd­­din, Ca-mal - Ca...

 

21.06.1997 - 31.05.1999

 

 

Digər xəbərlər

Siyasət və Ədəbiyyat

Qaraçuxa

Qardaşımın sevgiləri

Komediya-satira dairəsi (yarıabsurd). Yüzildaşım Tehran Əlişanoğluna

Əlləri yaşıl

Şərhlər