Tarix: 13-04-2021 22:14
Baxış sayı: 793
Süjetli,
melodram oxşarlı
sevgi faciələri
ən həyəcanlısıdı
faciələrin.
Birbaşa
Allahla
bağlı olanlarıdı.
Min voltlu
elektrik xəttində
işləyən
montyor kimidilər,
ya səhnədə
gözəl aktyor kimidilər
sevgi faciəli
adamlar.
Acıdısa da
həyatları,
heç biri ancaq
əsirgəməz bacardığını -
insanlığı ucaldar
faciələriylə.
4.V.1998