Tarix: 13-04-2021 22:00
                Baxış sayı: 880 
         
                
                
                    
Tiranları qınamırdı.
Həmçinin -
"Tiran qaniçən
deyil artıq", -
deyirdi
İosif Brodski.
Yəqin odur ki,
mən də qorxmuram
ömrü göz önümdə
keçən tiranlardan.
"Bəni-adəm" deyirəm,
hətta
"baba", "əmi" deyirəm
onlara.
Tarixçələrini amma
triller kasetləri kimi 
saxlamışam.
Bir gün özüm də
köçəcəyim Avropada,
yəni vətənində
həmişəqoca Papaların,
hey onlardan
danışacağam
gözlərinin rənginə
varmadan
sevəcəyim qadına
Bununla da,
paralel olaraq,
qədim tiranları
salacağam yadına.
 
29.I.1998