Külək ağzında yarpaq

Tarix: 21-05-2019 12:27
Baxış sayı: 1397

Kürü ke­­çib, in­­di da­­ha heç kə­­sin vu­­rul­­ma­­ya­­ca­­ğı yaş­­da, kim­­lə­­rin­­sə mə­­nə vu­­rul­­du­­ğu iyir­­mi il əv­­və­­lə qa­­yı­­dı­­ram. Bəl­­kə bəxt qu­­şu ye­­nə ba­­şı­­ma qo­­na - bir də vu­­ru­­lan ta­­pı­­la. Se­­vil­­mə­­yin da­­dı hə­­lə da­­ma­­ğım­­da­­dır.

Çox­­dan mək­­tub­­laş­­ma­­dı­­ğım yer­­də göz­­lə­­yə­­nim yox­­du­­sa da, yə­­qin iki il ki­­ra­­yədə qal­­dı­­ğım evəsə get­­mə­­yə üzüm gə­­lər­­di. Or­­da kim xəs­­tə­­lə­­nir­­di­­sə, ba­­xan­­la­­rı mən idim. Xəs­­tə də ki, nə­­zə­­ri cə­­hət­­cə öz hə­­ki­­miy­­lə dost olar.

Üs­­tün­­dən bir igid öm­­rü vaxt ke­­çib, mən hə­­lə dü­­rüst kəs­dir­­mi­­rəm də - bəl­­kə ca­­ma­­at or­­dan kö­­çüb? Ya kənd quş ki­­mi uçub qo­­nub ay­­rı ye­­rə? Ay­­rı ye­­rə qo­­nub­­sa, bat­­dım, onu bir də ta­­pa bil­­mə­­yə­­cə­­yəm.

Çox­­dan niy­­yət tut­­muş­­dum: bun­­dan son­­ra­­kı mə­­zu­­niy­­yət­­lə­­rimi ya­­şa­n­mış öm­­rü tə­­zə­­dən ya­­şa­­ma­­ğa sərf edim. Ona gö­­rə də hər tə­­zə iş ye­­ri­­nə ge­­dən­­də (kü­­lək ağ­­zın­­da­­kı yar­­paq ki­­mi mə­­nim da­­i­­mi məs­­kə­­nim yox­­du), köh­­nə dö­­nüb olur­­du mə­­zu­­niy­­yət­­lər­­də ge­­də­­cə­­yim yer. Mən Göy­­dəki ki­şiyə fı­­rıl­­daq gə­­lib, onun ver­­di­­yi öm­­rü qı­­sa şə­­kil­­də ol­­sa da, tək­­rar-tək­­rar ya­­şa­­maq niy­­yə­­tin­­dəy­­dim. Bu ya­­yı bir vaxt əs­­gər­­lik­­də ol­­du­­ğum hər­­bi his­­sə­­yə hök­­mən baş çək­­mə­­li­­yəm. On­­dan əv­­vəl­­sə ilk ma­­aş al­­dı­­ğım ye­­rə dəy­­mək­­lə.

Bu müd­­dət­­də Al­­lah bi­­lir kim ölüb, kim qa­­lıb. Yax­­şı­­sı heç, or­­da­­kı­­la­­rın pi­­sin­­dən öt­­rü də bur­­nu­­mun ucu göy­­nə­­yir­­di. Əcəb ge­­dib gö­­rə­­sən ha­­mı sap­­pa­­sağ­­dır; bir­­cə­­ci­yi­­nin bur­­nu da qa­­na­­ma­­yıb. Sağ-sa­­la­­mat ol­­ma­­la­­rı na­­mi­­nə ra­­zıy­­dım elə pi­­si pis də qal­­sın, lap əv­­vəl­­kin­­dən də be­­tər. An­­caq nağd bi­­lir­­dim: hök­­mən kim­­lər­­sə ölüb də. Heç ada­­mı öl­­mə­­yən yer olar?

Uzaq­­dan kənd qa­­ra xətt şək­­lin­­də gör­­sə­­nir­­di. Son­­ra get-ge­­də ev­­lər ayırd ol­­du. Bə­­zi hə­­yət­­lər­­də pal­­tar-pa­­laz sə­­ril­­miş­­di. Bə­­zi ey­­van­­lar­­da uşaq-mu­­şaq qa­­çı­­şır­­dı.

Bir­­dən mə­­nim vax­­tım­­da ölən­­lə­­ri xa­­tır­­la­­dım. Di­­ri­­lə­­ri bəl­­kə qa­­rı­­şıq sa­­lar­­dım da, an­­caq ölən­­lər üz­­lə­­ri­­nin xır­­da ciz­­gi­­lə­­ri­­nə­­cən ya­­dım­­day­­dı­­lar.

Sə­­ma­­yə ca­­van öl­­dü. Qə­­bir boy­­da yor­­ğan-dö­­şək mən­­dən əv­­vəl də - düz on il onun məs­­kə­­ni ol­­muş­­du. Hə­­yat onun gə­­lə­­cək qəb­­ri­­ni yor­­ğan-dö­­şək şək­­lin­­də əks elə­­miş­­di. Sev­­mək də, ərə get­­mək də san­­ki öl­­mə­­si üçün la­­zım imiş; o, öm­­rü bo­­yu öl­­mək üçün ya­­şa­­mış­­dı. Öv­­lad­­la­­rın ona kö­­mə­­yi dün­­ya­­da­­kı ən mü­­qəd­­dəs iş­­lər­­dən­­di ki, mən şa­­hi­­di ol­­muş­­dum.

Də­­li Gül­­zar. Onun dax­­ma­­sı yo­­lun qı­­ra­­ğın­­da­­kı tə­­pə üs­­tün­­dəy­­di. Yu­­xu­­dan du­­ran­­dan ta yu­­xu­­ya ge­­də­­nə­­cən öz-özü­­nə da­­nı­­şar­­dı. İn­­sa­­na özün­­dən yax­­şı həm­­söh­­bət kim ola bi­­lər? "Gec-tez mə­­ni Mir­­cə­­fər ağa ala­­caq!" - gün ax­­şa­­ma­­can gü­­cü-qüv­­və­­si bu söz­­lə­­rə ge­­dir­­di. Qız vax­­tın­­da in­­di ha­­mı­­nın hör­­mət­­li­­si, ağ­­saq­­qal bir adam olan Mir­­cə­­fər ağa əv­vəl özü­­nü ona sev­­di­­rib, son­­ra at­­mış, o da atıl­­ma­­ğa döz­­mə­­yib də­­li ol­­muş­­du. Yol­­dan ke­­çən­­lər onun dax­­ma­­sı­­na qal­­xıb, əlin­­dən gə­­lən kö­­mə­­yi əsir­­gə­­məz­­di. Evin or­­ta­­sın­­da­­kı na­­xış­­lı mis ka­­sa­­ya əs­­a­­sən pul qo­­yur­­du­­lar. An­­caq ona da­­i­­mi kö­­mə­­yi üs­­tü­­nə gö­­tü­­rən və bu­­na gö­­rə də hö­­ku­­mət­­dən ma­­aş alan qon­­şu­luq­dakı ar­vad hər ax­­şam gə­­lib o pul­­la­­rı yı­­ğış­­dı­­rıb apa­­rar­­dı. On­­suz Gül­­zar adı­­na pul de­­yi­­lən şe­­yi ta­­nı­­maz­­dı. Mil­­yon ol­­sun, ya bir ma­­nat - onun üçün ey­­ni şey­­di. Də­­li­­li­­yi - ən ali duy­­ğu­­lar­­la ya­­şa­­dı­­ğın­­dan­­dı. Onu bit-bi­­rə bas­­dı; o, acın­­dan və sev­­gi­­dən öl­­dü.

Kən­­də gi­­rən­­də hə­­yə­­can­­dan ürə­­yim tir-tir əsir­­di; həm də bir növ, ca­niyə ox­­şa­­yır­­dım. Oğru-qul­dura. Rast­laş­­dıq­­la­­rı­­mın da heç bi­­ri ayaq sax­­la­­yıb mə­­nim­­lə kef-əh­­val tut­­ma­­dı. Ta­­nı­­mır­­dı­­lar - unut­­muş­­du­­lar. Bəl­­kə yad­­la­­rın­­da ol­­du­­ğum köh­­nə adam­­lar da bil­­məz ki, in­di sa­­ğam, ya yox. Heç özüm də bil­­mi­­rəm, ha­­fi­­zə­­sin­­də qa­­la bil­­dik­­lə­­rim ölü­­dür, yox­sa di­­ri. Qa­­ra­­ba­­qa­­ra ge­­dir­­dim - ya­­rəb, ki­­min bəx­­ti iti­­di­­sə, onu di­­ri gör­­mə­­li­­yəm. Əl­­bət­­tə, öz bəx­­tim güc­­lü­­dür: dip­­di­­ri­­yəm. Mə­­ni öl­­müş sa­­yan­­la­­rın nə­­zə­­rin­­də tez­­lik­­lə xort­da­­ya­­caq­­dım. Özü də xa­­tır­­la­­dıq­­la­­rı gən­­cin üzü­­nü də­­rin qı­­rış­­lar­­la qa­­zıl­­mış, saç­­la­­rı­­nı ağap­­paq gö­r­sə­nir­di.

Qəv­­vas olub ömür dər­­ya­­sı­­na qərq ol­­muş­­dum - hər­­dən ba­­şım iyir­­mi il əv­­vəl­­də gö­­rü­­nür­­dü.

- Qar­­daş, si­­zə kim la­­zım­­dı? - mən hə­­yə­­tə ke­­çən­­də, döş­­lük­­lü bir gə­­lin qu­­yu ba­­şın­­da yu­­du­­ğu qab-qa­­caq­­dan əl çə­­kib di­­kəl­­di və tə­­əc­­cüb­­lə mə­­nə bax­­dı. Əl­­lə­­rin­­dən su dam­­cı­­la­­yır­­dı.

- Bə uşaq­­lar ha­­nı? - do­­da­­qu­­cu gü­­lüm­­sün­­düm.

- Nə uşaq, ay qar­­daş? - gə­­lin, de­­yə­­sən, bir az qor­­xur­­du da.

Bir­­dən ya­­dı­­ma düş­­əsi ki, o vaxt­kı uşaq­­lar in­­di uşaq de­­yil. Bö­­yü­­yüb­­lər. Hə­­rə­­si bir ya­­na sə­­pə­­lə­­nib.

- Əv­­və­­la, sa­­lam.

O, sa­­la­­mı­­mı al­­ma­­dı.

- Uşaq de­­yən­­də... O vaxt uşaq­­dı­­lar - mən bur­­da iş­­lə­­yən­­də.

- Bay, in­­di bil­­dim. Şi­­rə­­li mə­­nə siz­­dən da­­nı­­şıb. Zü­­ley­­xa xa­­la da de­­yib. Evə bu­­yu­­run, - o, əl­­lə­­ri­­ni döş­­lü­­yü­­nə si­­lə-si­­lə mə­n tə­rəfə bir ne­­çə ad­­dım at­­dı.

Hə­­yət də, ev də hə­­min­­kiy­­di­­lər. Düz­­dü, ola bil­sin, bir az də­­yiş­­miş­­di­­lər də. Di­var­lar ya­şıla rəng­lən­miş­di. Yox, bun­­lar əv­­vəl­­kin­­dən yax­­şı ya­­şa­­yır, an­­caq çox da yox.

- Kim­­lər­­dən­­sən? Bu ye­­rin ada­­mı­­na ox­­şa­­mır­­san?

- Sal­­yan­­da­­nam... Şi­­rə­­li Rus­­yə­­tə ge­­dib... - "Şi­­rə­­li" de­­mə­­yin­­dən gö­r­sə­nir­di ki, o, Şi­­rə­­li­­nin "ai­­lə­"si­­dir.

- Nar apa­­rıb?

- ...Zü­­ley­­xa xa­­la da in­­di­­lər­­də gəl­­ər.

Mən onun hə­­yə­­tin düz or­­ta­­sın­­a çı­­xar­­dı­­ğı stul­­da otu­­ran­­da, da­­i­­rə mər­­kə­­zi­­nə ox­­şa­­yır­­dım. Gə­­lin evin da­­lın­­dan uca səs­­lə ha­­ra­­sa bir is­ma­rıc yol­­la­­dı. Son­­ra o otaq sə­­nin, bu otaq mə­­nim - iti ye­­riş­­lər­­lə na­­har tə­­da­­rü­­kü­ gör­məyə baş­­la­­dı.

Xa­­ti­­rə­­lər tir­­yək ki­­mi mə­­ni uy­­dur­­muş, ağ­lımı sər­dən apar­­mış­­dı. Bir də on­­da ayıl­­dım ki, gö­­rəm Zü­­ley­­xa xa­­la mə­­nim­­lə da­­nı­­şır.

- Ay sə­­ni xoş gə­­lib, sə­­fa gə­­ti­­rib­­sən! Ba­­lam, gün ha­­yan­­dan çı­­xıb? - ki­­şi­­sa­­ya­­ğı əl ve­­rib gö­­rüş­­dü. De­­yir­­dim ağ­­la­­yar, ağ­­la­­ma­­dı. Gör­­düm onun üçün gəl­­mə­­yim­­lə gəl­­mə­­mə­­yi­min elə bir fər­qi yox­dur. Bə­­dən­­cə xey­­li düş­­müş­­dü­­sə də, ye­­ri­­şin­­dən ye­­nə ci­­və ki­­mi itiy­­di. Yə­­qin hə­­yat­­da onu ruh­­lan­­dı­­ran şey­­lər hə­­lə də qa­­lır.

- Ye­­nə yas­­lar­­da ca­­ma­­a­­tı ağ­­la­­dır­­san? - o çağ­lar onu ruh­­lan­­dı­­ran şey an­caq yas­­dı.

- Bə na­­ğa­­yı­­rım? Bə e be­­lə uşa­­ğı nəy­­nən bö­­yüt­­düm? Mər­­səy­­nən bö­­yüt­­mə­­dim?

O, ca­­ma­­a­­tı ağ­­la­­da-ağ­­la­­da özü ağ­­la­­ma­­maq öy­­rən­­miş­­di (sü­­but: mə­­ni gö­­rən­­də ağ­­la­­ma­­dı). Yə­­qin gö­­rüb bu fa­­ni dün­­ya­­da elə bir şəxs, ya elə şey yox­­dur ki, on­­dan öt­­rü özü­­nü fə­­da edə­­sən.

- Ha­­nı Şə­­kə­­ra­­lı? Əli-Bay­­ram­­lı­­da­­dır? Bu­­ruq­­dan əl çək­­məz.

- Ədə, bə Şə­­kə­­ra­­lı o dün­­ya­­da de­­yil, ay mən de­­yən? - o, gü­­lə-gü­­lə üzü­­mə bax­­dı.

- Ne­­cə yə­­ni?! Bə mə­­nə ni­­yə bil­­dir­­mə­­mi­­si­­niz?

Gu­­ya bil­­dir­­səy­­di­­lər, kə­­rə­­ni kü­­rə elə­­yə­­cək­­dim.

- Hər ölə­­ni de­­sə­­lər, sən­­də can qal­­maz, ay fa­­ğır ba­­la.

Düb­bə­düz. O vaxt de­­səy­­di­­lər, bəl­­kə gəl­­məz­­dim də. Bu yay­­dan be­­lə - hə, gə­­lər­­dim. Yax­­şı olub de­­mə­­yib­­lər, yox­­sa xə­­ca­­lət­­dən bu kən­­də bir də üz tu­­ta bil­­məz­­dim: öm­­rü­­mün bur­da ke­çən iki ili­­ni xə­­yal­­da ol­­sa da, tək­­rar ya­­şa­­maq­­dan əlim çı­­xa­­caq­­dı.

De­­mək, on uşa­­ğın bir tək axı­­rın­­cı­­sı ev­­də qa­­lır­. Klas­­sik şə­­kil­­də ata evi axı­­rın­­cı­­ya çat­­mış­­dı. On­­da mən Şi­­rə­­li­­ni gö­­yə atıb-tu­­tar­­dım; ət­­cə­­ba­­la­­ya ox­­şa­­yır­­dı.

- ...Uşaq­­la­­rın Ba­­kı­­da ola­­nı kim, Ağ­­su­­da, Əli-Bay­­ram­­lı­­da... Bi­­zə nə var, hər ra­­yo­­nu zəbt elə­­mi­­şik.

Bə­­li, in­­san xoş­­bəxt­lik üçün hə­­lə­­lik ev-eşik ol­­maq­­dan öz­­gə bir şey ta­­nı­­mır.

- Han­­sı­­nın ne­­çə uşa­­ğı var?

- Ha­­mı­­sı­­nın sa­­yı­­nı nə bi­­lə­­rəm? Hə­­rə­­nin də iki­­si-üçü ölüb. Am­­ma ço­­xu qa­­lır.

Yox, ölən uşaq­­lar heç. On­­la­­ra nə yan­­ma­­ğım gə­­lir, nə də... Am­­ma bu ya­­zıq Şə­­kə­­ra­­lı...

- Nə­­dən öl­­dü?

- Kim?

- Ki­­şi.

- Al­­la­­hın dər­­din­­dən.

Bu vaxt hə­­yət qa­­pı­­sın­­da, səh­­nə­­yə çı­­xır­­mış ki­­mi, bir adam pey­­da ol­­du. Ba­­ho, bu ki vax­­tıy­­la dost­luq elə­­di­­yim qon­­şu Cə­­fər mü­­əl­­lim­­di! Aya­­ğa du­­rub ona sa­­rı get­­dim. Onu bərk-bərk qu­­caq­­la­­maq is­­tə­­yir­­dim.

- Ay Cə­­fər, Cə­­fər!.. Am­­ma heç də­­yiş­­mə­­mi­­sən ha, ay za­­lım!

Cə­­fər din­­mə­­di. Ol­­ma­­ya o da mən­­dən so­­yu­­yub?

- Əli­­mu­­sa, xoş gəl­­din! Əli­­mu­­sa, gəl! - Zü­­ley­­xa xa­­la­­nın "Əli­­mu­­sa" ça­­ğır­­dı­­ğı adam on­­suz da gə­­lir­­di. Nə əcəb, Cə­­fər adı­­nı də­­yi­­şib "Əli­­mu­­sa" qoy­­sun? Bə­­yəm Cə­­fər pis ad­­dı? Yox­­sa "Əli­­mu­­sa" Cə­­fə­­rin lə­­qə­­bi­­dir?

Qan­­rı­­lıb bir də bax­­dım. İn­­san də­­yiş­­məz­­miş. Yox, Cə­­fər hə­min­ki, əv­­vəl­­kiy­di. Za­­man on­­dan yan ke­­çib. Ca­­van qa­­lıb.

- Mə­­nim hə­­ki­­mim xoş gə­­lib! - san­­ki onun di­­li bir­­dən açıl­­dı. - O vaxt rəh­­mət­­lik si­­zi gə­­ti­­rib mə­­nə o qə­­dər iy­­nə vur­­du­­rub ha!

- Axı, qar­­daş­­lı­­ğın Cə­­fər də Al­­lah rəh­­mə­­ti­­nə get­­di...

Mən iki­­əl­­li ba­­şı­­mı tu­­tub elekt­rik di­­rə­­yi­­nə söy­­kən­­dim. On­­lar qa­­na­­caq gös­­tə­­rib xey­­li din­­mə­­di­­lər.

- O ki ca­­van adam­­dı, ni­­yə...

- İş bi­­zim ha­­mı­­mı­­zı qı­­ra­­caq. Ye­­di­­yi­­miz-iç­­di­­yi­­miz də nə­­dir - ta­­mam zə­­hər.

- Əli­­sa ki­­şi də heç ili çıx­­ma­­mış, oğ­­lu­­nun da­­lın­­ca get­­di.

Əv­­vəl he­­yif­­si­­lən­­səm də, son­­ra fi­­kir­­ləş­­dim ki, yax­­şı elə­­yib - bu dün­­ya­­da qa­­lıb ney­­lə­­yə­­cək­­di. Adam - ölə­­nin da­­lın­­ca ge­­dər.

İs­­tə­­dim Zü­­ley­­xa xa­­la­­dan so­­ru­­şam ki, on­­la­­rın ya­­sın­­da özü də ağ­­la­­yıb, ya elə ca­­ma­­a­­tı ağ­­la­­dıb? Hər kəs üçün gə­­rək bir nə­­fər ki­­mi ha­­mı ağ­­la­­ya, yox­­sa kənd­də ya­­şa­­ma­­ğın nə ləz­­zə­­ti - on­­dan­­sa şə­­hər min qat yax­­şı­­dır.

Dos­­tum Cə­­fər hə­­yat­­da yox­­du de­­yə, meh­­ri­­mi sal­­dım qar­­da­­şı­­na. O da mə­­nə. Biz bir-bi­­ri­­mi­­zə Cə­­fər­­dən ya­­di­­gar­­dıq. An­­caq ta­­mam yad adam­­lar­­dıq. Mə­­nim ona iy­­nə vur­­ma­­ğım­­dan sa­­va­­yı bi­­zi bir­­ləş­­di­­rən heç bir xa­­ti­­rə­­miz yox­­du. Əsas xa­­ti­­rə­­miz rəh­­mət­­lik Cə­­fər­­di ki, gö­­rür­­düm on­­dan da­­nış­­maq da Əli­­mu­­sa­­ya ma­­raq ver­­mir.

De­­yə­­sən, kənd­də çox adam öl­­müş­­dü. An­­caq so­­ruş­­ma­­ğa qor­­xur­­dum. Qor­­xur­­dum de­­yə­­lər yol­­da gör­­dük­­lə­­rin­­dən, bir də biz­­dən sa­­va­­yı heç kəs qal­­ma­­yıb. Bu­­na bax­­ma­­ya­­raq çox is­­tə­­yir­­dim Mə­­mət­­qu­­lu mü­­əl­­lim ba­­rə­­də bir xə­­bər-ətər bi­­lim. Ölüb­­sə də - ney­­nək, tə­­ki bu­­nu bi­­lim. O, Cə­­fə­­rin dos­­tu idi. Mən Cə­­fər­­lə dost­la­­şan­­da, o da gə­­lib mə­­nim­­lə din­­məz-söy­­lə­­məz dost­laş­­mış­­dı. Dost yo­­lun­­da ölü­­mə ge­­dən­­di. Qon­­şu kənd­də dərs de­­yir­­di və hər gün sək­­kiz ki­­lo­­metr o ya­­na, sək­­kiz də bu ya­­na - quş vu­­ra-vu­­ra, ba­­lıq tu­­ta-tu­­ta ge­­dib-gə­­lər­­di.

Bir­­dən Zü­­ley­­xa xa­­la özü de­­yə­­si:

- Mə­­mət­­qu­­lu mü­­əl­­li­­mi ta­­nı­­yır­­dın?

"Ol­­ma­­ya ölüb?"

- Ta­­nı­­yır­­dın, - elə özü də mə­­nim ye­­ri­­mə ca­­vab ver­­di. - Onun da ana­­sı öl­­dü, axı. Tə­­zə­­lik­­cə. Düz­­dü, vax­­tı çat­­mış­­dı.

O elə bil ölən­­lə­­ri ba­­lıq ki­­mi sa­­pa dü­­zür­­dü. Hə, ana­­sı bi­­rin­­ci de­­yi­­lib­­sə, de­­mək, özü qa­­lır. Mə­­mət­­qu­­lu da öl­­səy­­di, ana­­sın­­dan ca­­van ol­­du­­ğun­­dan, bi­­rin­­ci onu de­­yər­­di.

- Ay Zü­­ley­­xa, sən ca­­nın, bu ölən­­lər­­dən az da­­nış. Qo­­na­­ğı ölən­­lər­­lə atə­­şə tu­­tub­­san.

Az qal­­mış­­dı de­­yəm "xoş­­dur", an­­caq:

- Özüm so­­ru­­şu­­ram, - de­­dim.

- Yox, elə de­­yil, sən bu­­ra gə­­lib­­sən de­­yib-gül­­mə­­yə, ye­­yib-iç­­mə­­yə... Bir uşaq ol­­say­­dı, qa­­çır­­dar­­dıq Mə­­mət­­qu­­lu üçün.

Hə, öl­­mə­­yib! Bəx­­ti gə­­tir­­di!

Bu iyir­­mi il dün­­ya mü­­ha­­ri­­bə­­si ki­­mi camaa­tın üs­tün­dən ke­çib,  ha­­mı­­nı şil-küt elə­­yib: ya öl­­dü­­rüb, ya ən azı qo­­cal­­dıb. Bu iyir­­mi il heç kə­­sə heç nə ver­­mə­­yib; bir­­cə al­­mış­­dı.

- Ya da qoy ax­­şam ol­­sun, özü­­müz şəb­bə­dən­xe­yir ge­­dək on­­la­­ra.

Əli­­mu­­sa ba­­rı di­­lu­­cu da öz ev­­lə­­ri­­nə də­­vət elə­­mir­­di. Am­­ma elə bi­­lər­­dim, Cə­­fə­­rin xa­­ti­­ri­­nə mə­­ni bi­­rin­­ci öz süf­­rə­­si ba­­şın­­da otur­­da­­caq.

Qaş qa­­ra­­la­­na­­can eşit­­di­­yim ölən­­

Digər xəbərlər

Gözəllik və əxlaq mövzusunda yazıb unutduqlarımın davamı

Rafiq Tağı: “Ədəbiyyatın içində olanda xoşbəxtəm”

Demokratiya - Diktatura oyun növü

AV­­QUST VƏ ƏLİ KƏ­­RİM­­Lİ

Qonşular

Şərhlər