Tarix: 22-07-2017 16:30
Baxış sayı: 1765
Sərhəd
İnamsızlığın
torpaq səmasından
bir cinayət axdı
ulduz kimi.
Ayalar şübhə geyindirdi
torpağa.
Şübhə paltarının
yaxası düymələndi
ayaq izlərilə.
Torpağa düşmən
nifrəti töküldü
ləpir-ləpir.
İtlərin qoxu projektorlarilə
aramağa başladılar
cinayətin qaranlığını.
Yuxuya maskalanmış
dinamit kimi
axtardılar insanı.
Dünyamız payıza
yoluxacaq deyəsən.
Ehtiyac duyulur ehtiyata
İnsan müqəddəsliyinə
Müharibə tökülə bilər
təyyarələrdən.
16 avqust, 1969-cu il