Tarix: 22-07-2017 16:26
Baxış sayı: 1805
Travmatoloji korpusda heykələ dönməkdə olan yaralı
Gözləri
ölüm adlı kabusda.
Qol-qıçı gipsləndikcə
travmatoloji korpusda
heykələ dönən
yaralı,
nədənsə hirslənir,
bilirsə də,
gipslə başlayır
əvvəli
heykələ dönməyin.
Ancaq həm də
yaralı
travmatoloji korpusda
anladı
heykələ dönməyin
yaşamağa
əngəl olduğunu.
03.02.1998