Tarix: 25-03-2015 10:48
Baxış sayı: 208835
YAZIÇI HƏRƏKATININ İLK ŞƏHİDİ
Hər şeyə əl atmışdılar.
Hədələmədən tutmuş, məhkəməyə qədər, təkləməkdən tutmuş, şantaja qədər, həbsdən tutmuş, ölkədən qovmağa qədər, hər şeyə əl atmışdılar.
Bütün bunları yazıçıya yazıdığı sözə görə tətbiq etmişdilər..
Bircə öldürməyə əl atmamışıdılar.
Öldürməyə də əl atdılar.
Rafiq Tağının əvvəl bıçaqladılar, sonra isə öldürdülər.
Rafiq Tağı da yeddi bıçaq yarası aldı.
Yeddi güllə yarası alan Elmar Hüseynov kimi…
Rafiq Tağı ölümə Azərbaycan yazıçısı kimi getdi.. Son nəfəsini də yazıçı kimi yaşadı..
Rafiq Tağının sonuncu fiziki hərəkəti də mənə simvolik görünür.
Son nəfəsində Rafiq Tağı qardaşı İlqar Tağıya deyib:
- Ürəym bulanır. Qaytarmaq istəyirəm.
Amma Rafiq Tağı son nəfəsində bulanan ürəyini boşalda bilməyib və keçinib.
Bulanan ürəyi boşalda bilməmmək; bu hiss mənə çox tanışıdır.
Bu hiss hətta mənim şeirlərimə də gəlib çıxıb:
«Biz daha şeir yazmırıq.
İçimizi, içalatımızı qaytarırıq vərəqlərə…»
Rafiq Tağı mənim dostum idi; həm ürək dostum idi, həm də qələm yoldaşım.
Mən Rafiq Tağıdan tez - tez ürəyimin vəziyyəti haqqında məlumat alırdım.
Rafiq Tağı ilə mənim qələm yoldaşlığım isə ən mürəkkəb mülahizələr, mövzular, qənaətlər üzərində qurulmuşdu.
Biz bir-birimizi dinləməyi bacarırdıq.
Bu mənada mən Rafiq Tağının bir çox fikirlərinin onun yazılarına necə gəlib çıxmasınının anatomiyasıyla yaxşı tanışdım.
Rafiq Tağı bir yazçı olaraq böyük dialoqa can atırdı.
O, təkcə opponent hesab etdiyi adamlarla deyil, ideyalarla, ideallarla, dünya haqqında ən müxtəlif təsəvvürlərlə, zamanla, əsrlərlə, bütövlükdə cəmiyyətlə böyük müzakirlər açmaq arzusunda idi.
Bəzən bu istək ona baha başa gəlsə də, Rafiq Tağı bu yolu tərəddüdsüz gedirdi.
Qarşı tərəfi dinləmək üçün Rafiq Tağı bəzən sərt ifadələr işlətməkdən, çətin qəbul olunası arqumentlər gətirməkdən çəkinmirdi.
Rafiq Tağı son iyirmi ildə Azərbaycanda meydana çıxan yazıçı hərəkatının ən görkəmli nümayəndələrindən biri idi.
Xarakterinə görə impulsiv olan bu hərəkat ən nəhayət, uzun illər boyu irticanın və qaragüruhun təsiri altında olan icimai fikrə yazıçı ab-havası gətirə bildi..
Bu işdə Rafiq Tağının esseləri müstəsna rol oynadı.
Rafiq Taığı unikal esselər müəllifi idi.
Rafiq Tağının esseləri başdan-ayağa Azərbaycan yazıçısısının esseləridir.
Bu esselərdə Azərbaycan insana ovcunun içi kimi görünür.
Mən Rafiq Tağının yaradıcılığı ilə bağlı həmişə nigarançılıq keçirmişəm.
Çünki Rafiq Taığ bir yazıçı kimi bu günki yazıçı anlayışından qırağa çox çıxırdı.
Azərbaycanda ənənəvi yazıçı anlayışı çoxdan iflasa uğrayıb
Bizdə yazıçılıq təhlükəli peşəyə çevirilib.
Yeni yazıçı anlayışı isə hələ formalaşmayıb.
Rafiq Tağı bu prosesin ilk şəhidi oldu.
Proses isə davam edir.
Yəqin ki, biz yaxın gələcəkdə müxtəlif yazıçı olaylarıyla üzləşməli olacağıq. Bu porosesdə ən müxtəlif hadisələr baş verə bilər.
İntiharlar da istisna olunumur.
Mənim arxivimdə Rafiq Tağı ilə bağlı bir sənəd var.
Bu sənəd Rafiq Tağının senzuraya məruz qalan əsərləri haqqındadır.
Sənədi Rafiq Tağı özü hazırlayıb.
Mən bu yazının sonunda həmin sənədin surətini Rafiq Tağının oxucularına təqdim edirəm.
Rafiq Taığya Allahdan rəhmət diləyirəm.
P.S.
Əziz İlqar bəy.
Mən çox təəssüflənirəm Rafiq Tağının hüzurunda qədərincə Sizinlə ola bilmədim. Çox güman ki, Rafiq Tağının qırx məclisində də iştirak edə bilməyəcəyəm.
Yanvarın 2-də, saat 2-də «Medservis»də icra sturkturlarının, qanunların, dəfələrlə müraciət etsəm də Azərbaycan prezidentinin unutduğu (Rafiq Tağı da belə laqeydliyin qurbanı oldu) qəyyumu olduğum, valideyn himayəsindən mərhum Məhəmməd Mehdizadə yenidən əməliyyat olunacaq; damarlarına dördüncü dəfə katetr yerləşdiriləcək.
Məni bağışlayın.