BİZ­DƏN ÖT­RÜ DA­RIX­MA

Tarix: 26-05-2024 18:06
Baxış sayı: 182


Son. Finiş. Nöqtə. Əsmərdən canım yaxşıca qurtardı.
Rədd olub getdi ərə. Ura, alacağım hədiyyə – özümə
qazanc qaldı. Ondan yan ötdüm. Yanından sivişib keçdim.
Ancaq problem problem dalınca gəlirmiş. Ay səni, doqquz­­ca ayın içində bir oğlan uşağı yaradıb-yapıblar. Haçan rast
düşsək, bacımın xətrinə gərək ona bir hədiyyə alam. Görən,
bir şalvar bəsdimi? Əsmərə olduğu kimi, hədiyyəni uşağa
bu cür planlaşdırıram: bir bağça dövründə, bir də məktəbə
gedəndə. Mən elə bilirəm, əsgərliyinəcən ona ikicə hədiy­­yə az yox, əksinə, çoxdur. İki – bir deyil ki. İki – birdən
iki dəfə çoxdur. İndidən onu qudurtmağa dəyməz. Ancaq
bu hədiyyələr müqabilində qoy məni hökmən sevsin. Qoca
çağlarımda da dayağım olsun.
Əsmər mənə soyuqdu. Üzümə də həmişə yerində don­­muş kimi baxar. Elə bil daim söz verib yerinə yetirməyən
dayısına mat qalıb.
Mişa Qorbaçovun başı batsın!
Hə, iki adamdan birinə hədiyyə onların ikisinə birdən
verilmiş kimi olar. Hətta üçünə – Əsmərin yoldaşına da.
Ancaq yox, mən bir dayı kimi Əsmərin həyatında hədiyyə
şəklindəsə gec-tez rol oynamalıyam. Yoxsa adam az qalır
ölüb yerə girə. Dayan, günahları Qorbaçovun boynuna yıx­­maqla deyil: ta Əsmərdən keçib, bəlkə ərinin ağzına bir şey
30
atım? Onsuz indiyəcən hörmətini qazanmadığın kəsə istər
min cür hədiyyə ver, bu, dibsiz vedrəyə su tökmək kimi bir
şey olacaq. Hərəyə bir şey – onda mən sökülərəm ki! Bə­­yəm onları himayəyə götürmüşəm?
Yaşca da, bədəncə də Əsmərdən iki dəfə böyük olan
əri axşamacan kəsik baş kimi danışacaq. Düzdü, hələ buna
deyinmək deməzlər. Sadəcə, söhbətləri arasında fasilə-zad
yoxdur. Cəmi yeddi ildi də ailə qurub, artıq təqaüdə çıx­­mağa hazırlaşır. Camaatın bu gündən sabaha gümanı yox,
bu, təqaüdçü çağlarına planlar cızır. Guya ikinci həyatına
başlayır. Bakı kəndlərinin birində torpaq əldə etmək fikrin­­dədir. Əlinə bir şey keçmədiyindən, «gözü toxdur». Əsmər
elə bil onun qızı­­­dır, oğlu da – nəvəsi.
Beşcə yaşından atasız qalmış Əsmər üçün pensiya mə­­sələləri qaranlıq-məchul, sirri-xuda bir işdi. Ərinin qocalığa
dair plan və qurğuları ona çatmırdı. Hərçənd ərinin təqaüdə
çıxmağını ailənin böyük uğuru saymağa borclu idi. Yəqin
həyatda nailiyyət, bax, bu cür-bu sayaq olur.
İndiyəcən əri ona sevgi sözlərindən çox, Sosial Təminat
Nazirliyinin əmr və qərarlarından danışıb.
Əsmər ataların öz qızlarına hədiyyə almalarına birtəhər
baxır. Bəyəm atalar yad kişi deyil?
Hələ təzə-təzə məktəbə gedəndə, mən kəndə gəlmişdim.
Hüzürə. Əsmərin məktəbə getməsini həyatımda ən şad bir
hadisə kimi qarşıladım. Guya da. Yalandan. O, az qaldı se­­vincdən qanad taxıb uça. Şadlanmağımdan fəxr duyurdu.
Görürdüm ki, aldanıb. Üstündən vurub bir də aldatdım: ona
çanta boyun oldum. Elə o-bu. Onilliyi qurtaranacan bəlkə
on dənə çanta yırtdısa da, məndən bir səs-soraq çıxmadı.
Başın batsın Qorbaçov, necə ki batıb!
31
– Bay, nə qəşəng çantan var! – gələn dəfə də yasa gə­­ləndə, onu xeyli təriflədim. – Dəridi bu? Yaman möhkəm
şeydi, ha! Yaxşı saxlasan, üç-dörd il gedər.
Vaxtı uzadır, «bircə böyüyüb rədd olsaydı», – ürəyimdə
deyirdim. Onda üstümdən ağır yük götürüləcək. Ay Allah,
bircə bu qarıyıb-eləməsin, ha-a! Onsuz öz dərdlərim başım­­dan aşır. Olan-qalanımı da ona-buna niyə paylamalıyam?
İndi hər kəs odu öz qabağına çəkir. Nə olsun bacıqızımdır?
Bacı da zəhmət çəkib özü öz başını dolandırsın. Həyətlə­­ri bir hektardı. Kartof-soğan əksin, mal-qara saxlasın. Qoy
mənim də köməyim onları əməyə alışdırmaq olsun. Təmiz
havada işləsələr, vallah, yanaqları lampa kimi yanar. Həyət­­də əyilib-qalxmaq özü elə bir idman nö­­­vüdür.
Kəndə gəlişlərim hər beş-on öləndən birdi. Ölənin ən
əzizini seçib gəlirdim. Toylar mənlik deyildi. Bizdə ardıcıl
hər toya getmək üçün bəlkə də mafioz olmalısan. Əzizlərim
sanki növbələşməklə, üçdə-beşdə ölə-ölə ölüb qurtarmaq­­daydı. Əsmərin onilliyi bitirməyinəsə hələ xeyli var. Elə bir
yandan yaxşı oldu, hamı öldü. Getmərəm, bir daha Əsməri
görmərəm, ona hədiyyə də almaram. Hədiyyə – çox avara
öhdəlikdir. Ünsiyyəti çətinləşdirir.
Əsmər yeddidə oxuyanda, bir gün yenə yasdaydım.
Haqqüçünə, onun, elə bacımın da hər yasda sevincləri artar­­dı ki, üzümü görəcəklər. Yaslar onlar üçün sevinclə rəmz­lənirdi. Elə ilk gündəcə Əsmərin donunu yamaqlı görəndə,
ürəyim göynədi. Ancaq özümü qısa bildim, ona heç bir vəd
vermədim. Kimə barmağını göstərirsən, biləyindən yapışır.
Di yaxşı, deməmişdən bir şey alıb yollayaram, qəfil sevinc­lər bacım qızının mənə məhəbbətini birə-beş artırar. Tərs­likdən, Bakıya qayıdanda, elə vağzaldaca fikrimi dəyiş­­dim: qoy bu dəfə də qalsın. Əsmər qaçmır ki. Həm də kənd
32
yerində yamaq nə bilinəcək. Paltarda yamaq kənd yerinin
yaraşığıdır. Axı, niyə borca düşüm? Kimə borcum var?
Namxuda, onsuz bacım da əvvəlki bacı deyil, od parçası
olub. Kənd yollarında güllə kimi ötür. Bir vaxt ürəyimdə
onu etdiyim tənqidlər bəhrəsini verib. Mağıl onların inəyi
var. Onlar inəyi, inək də onları saxlayır. Soruşan gərək, bə
qardaşda nə var? Quru maaşla ayaqlarını uzadıb rahatcana
ölmək olar.
Növbəti yasa gələndə, Əsmərin əynində çəməni rəngdə
təzə kofta gördüm. A-a, dinmə, bunlar tükləşib. Bəlkə qara
məni basınca, mən qaranı basım, ağlaşma qurum – bacım
özü mənə yardım etsin. Ya da ola bilsin, bacım ona koftanı
məcbur qalıb, alıb. Qız göz açıb-yumunca bir-iki qarış uza­­nır. Yəqin keçən ilki donu bu il dizindən yuxarı qalxıbmış.
Kəndistan yerində də diz əxlaqa dəlalət edən şeydi: görün­­düsə, səni heç kəs almayacaq.
Hə, gərək mən də bacıma deyəm ki, alanda, Əsmərə
həmişə böyük «razmer»də, uzun paltarlar alsın. Onda həm
çox gedər, həm də az xərcə dü­­­şərlər.
– Qabaqdan ağgöz qış gəlir, uşaq barədə bir tədarük gö­­rübsən?
– Bizdən ötrü darıxma. Ay qardaş, qorxma, canımız
bərkdir.
– Bu nə deməkdir?
– Bura sizin Bakıdı ki, yayda yay, qışda qış paltarı ge­­yək?
– Yaxşı, dayısından Əsmərə yun köynək – ordan gələr!
Bakıdan!
– Elə eləmə, sən ­­­Allah. Uşağı xam öyrətmə.
Qız qapı dəstəyinə dirsəklənib, bacı-qardaşın bu şirinşəkər söhbətinə baxır, soyuq-soyuq gülümsünürdü. Onsuz
dayısı durub başını kəssə də, bir söz deyən deyil.
33
– Sizin dükanda sənaye malları olur?
– Bizim ailə «sənaye malları»yla sən deyən maraqlan­­mır.
– Hayıf deyil Binə «tolkuçka»sı?
Bakıda üç-dörd gün sözümün üstündə «durdum». Sonra
işlər yenə korlandı, fikrim yenə dəyişdi. Həm də axı, insaf­­dımı ki, bircə yun köynəkdən ötrü mənim kimi ağsaqqal
adam basa-basa dünyanın o başına getsin? Tez-tez ora-bura
yüyürüb hörmətdən düşüm? Güman edirəm, bu il qız so­­yuqdan ölməz. Gələn ilə də Allah kərimdir. Buyurub, gələn
il köynəyinə dursun. Həm də qoy hələ bir il də böyüsün.
Alacağım köynək birdəfəlik olsun; məktəbi qurtaranacan
bəs eləsin. Sonra bəxtim gətirər, fırıldayar ərə. Atası da öl­­məyə vaxt tapdı. Bilirdinsə için çürüyüb, ay qurumsaq, niyə
evlənirdin? Ailəni üstümə atıb hara cəhənnəm oldun? Bəlkə
heç mən olmayaydım? Çox da hələlik onlara bir turş kon­­fet almamışam. Amma nəzəri cəhətcə hər şey almalıyam,
alacağam da. Kim bunu inkar edir? Hələ vaxta var. Kölgəm
üstlərindədir. Qoy ölkə də bir nəfəs dərsin. Onsuz acındansusundan ölmürlər. Üstəlik, hələlik ikisi də kökdür. Onlar
arıqlayası – bax, bu, dəqiqdi, onacan bir şey edərəm. Qu­­lağım çalanda ki, Əsmər nişanlanıb, ürəyim uçundu. Əcəb
yaxşı oldu. Haqq adamıyam. Allah başımın üstündə imiş.
Ancaq hələ sus, səs eləmə. Qoy bir bacımı da görüm, yağ­­masam da, guruldayım. «Mənsiz nə edibsiniz? – qoy ona
ittihamlar oxuyum. – Bə mən uşağı institutda-texnikumda
oxutdurmayacaqdım? Bunu sizə deməmişdim?» Arada ba­­cım mənə xəbər göndərdi də ki, onlardan ötrü darıxmayım.
Guya dəvə boyda bir cöngələri var, inşallah, toyu elə bir
onunla yola verə biləcək. Əlbəttə, toya gəlsəm, yaxşı olar.
Ancaq gəlsə də sağ olsun, bunun üstündən deyib, gəlmə­­­
34
sə də. Çünki yaxşı bilir: toyla aram yoxdur. Ancaq həm də
getsəm, düz güman edib, əl-ayağa dolaşanın birisiyəm. De­­yirdim, kaş qız qoşulub qaça. Cehiz söhbəti öz-özünə həll
oluna. Yəni ləğv ola.
Hardasan-burdasan, qaçmaq nədi – əksinə, vaxt gəldi,
kənddə ona qırmızı bir toy çalındı. Mən bu toya gəlməyinə
gəldim, ancaq əliboş, atdana-atdana. Bacım orda məni ağ­­saqqal seçdi. Ağsaqqallığıma uyğun da saçım ağappaqdı.
Əlimi ağdan-qaraya vurmurdum. Bacım hey ora-bura qaçır,
yanımdan yel kimi ötəndə, gah – «Çaşıb darıxarsan», gah
da – «Ay qardaş, canım sənə qurban!» – deyirdi.
Toyun sabahı günü həyətdəki tənəklərin kölgəsində otu­­rub, qarta-qurt söhbət edirdik. Bir tək mən çay içirdim.­­– Dayısı tərəfdən Əsmərə xüsusi bir toy hədiyyəsi – Ba­­kıdan birbaşa öz evinə gedəcək!...
– Ay qardaş, sənin elə quruca nəfəsin bizə bəsdi. Hey­­vanlarımızın canı sağ olsun, onlar bizi saxlayacaq.
– Heyvan deyəndə, inəyi ikilətmisən?
– Yox, camışı artırmışam. Çoxdan doğub da.
– Ay maşallah. Təbrik edirəm.
Axır zurna-balaban qurtardı. Hər şey sakitləşdi. Elə bil
ömrümdən bir müharibə gəlib keçdi. Amma Əsmərin da­­lından yaxşı dəydik. Artıq dayı kimi heç bir məsuliyyət da­­şımaya bilərdim. Qız ölərsə də, ölsün. Dəfni ərinin boynu­­na olacaq. Əslində mən bacım balasını unuda da bilərəm.
Buna ixtiyarım çatır.
İllər qaçatbasdı ötürdü. Bacım hələ durur. Bunu nədən
bilirəm: öldü xəbəri gəlməyib.
Düz yeddi ildən sonra Əsməri kənddə gördüm. Qay­­nanasının hüzüründə. Arvadlaşıb-gonbullaşmışdı. Həm də
dilli olub. Öd kisəsini çıxartdırıb. Daşı varmış.
35
– Niyə mənə vaxtında bildirməmisən? – yenə gurulda­­dım. – Qulağımın dibindəsən. Yeni Günəşlidə.
– Tutma gecə tutdu, bildirə bilmədik.
– Yaxşı, neynək.
...Əri – təqaüddədir. Daha keçib, bəlkə boğazımdan kə­­sib, kişiyəsə ölməmişdən bir kostyum alım? Qoy mənə görə
münasibətləri yaxşı olsun.
21 sentyabr 2002 – 13 mart 2004-cü il

Digər xəbərlər

Faiq Balabəyli: "Rafiq Tağının hücumu və “pıtı” buraxan müdafiəçilər"

Tv - xəbər dizaynı

Elmin Həsənlinin Rafiq Tağı ilə söhbəti

ŞƏRQ-QƏRB AZADLIQ YAZISI. DON JUAN VƏ KAZANOVA ASPEKTİ

Rafiq Tağının "Yanaşı ulduzlar"ı

Şərhlər