QO­­CA­­LI­­ĞI GÖ­­RƏN

Tarix: 25-06-2021 16:40
Baxış sayı: 605

 

Ə

mir dün­­ya­­nın hər üzü­­nü gö­­rüb. Bir­­cə qo­­ca­­lıq qa­­lır­­dı, onu da gör­­dü. Hər­­dən gü­­nah­­kar-gü­­nah­­kar gü­­lüm­­sə­­yər­ - "Mən - axı­­ra­­can ya­­şa­­dım", de­yər.

Ölüm uşaq­­lıq­­dan ba­­şın­­da fır­­la­­nır­­dı­­sa da, ona dəy­­mə­­di. Bax­ma, Əz­ra­yıl­da da in­­saf­ olur.

* * *

Ev­­lə­­ri­­nin qa­­ba­­ğın­­da tax­­ta ör­­tük­­lü qu­­yu­­la­­rı var­­dı. Ör­­tü­­yün də na­­zik nər­­mə­­dan­­lı, ved­­rə ağ­­zın­­dan aza­­cıq en­­li qa­­pı­­sı. Qı­­şın oğ­­lan çağ­­la­­rın­­da qu­­yu­­nun su­­yu - elə bil ocaq­­da qız­­dı­­rı­­lıb - is­­ti, ya­­yın qız­­ma­­rın­­da­­sa so­­yu­­du­­cu­­da­­kı ki­­mi bum­­buz olar­­dı.

So­yuq qal­­maq üçün qu­­yu­­ya qa­r­pız-ye­­miş, qoy xa­rab ol­ma­sın - ət sal­­la­­yar­­dı­­lar.

Ata­­sı iş­­dən gə­­lib, ağ ku­­bik da­­şı­­nın üs­­tə çı­­xar, ved­­rə­­də­­ki təp­­tə­­zə su­­dan qıç­­la­­rı­­na ən­­də­­rər­­di. Ya­­yın ləz­­zət­­lə­­rin­­dən bi­­ri də bu­­dur. Son­­ra pos­­ta­­ment üs­­tün­­də­­ki hey­­kəl kimi gün ayaq­­la­­rı­­nı qu­­ru­­da­­na­­can da­­şın üs­­tün­­də­­cə du­­rar­­dı.

Hər av­­qus­tu da qu­­yu­­nun göz­­lə­­ri­­ni arıt­­la­t­maq on­da bir adət­di. Çün­ki di­­var­­lar il bo­­yu sü­­rü­­şüb-oyu­­lub tö­­kü­­lür di­­bə. Göz­­lə­­ri tu­­tul­­du­­ğun­­dan, qu­­yu da­­yaz­­la­­şar­­dı. Su­­yu da leh­­mə.

Əmir tək qa­­lan­­da ved­­rə­­lə­­ri dol­­du­­rub yan-ya­­na dü­­zə­­cək. O su­­la­­ra yar­­paq dü­­şür­­dü, tut dü­­şür­­dü. Xar­tut düş­­dü­­yü sa­­hə­­ni mar­­qans də­­nə­­si ki­­mi rəng­lə­­yir­­di. Əmir su­­lar­­da gö­­yə, Gü­­nə­­şə ba­­xar­­dı. Hər­­dən də güz­­gü­­nü gə­­ti­­rib ved­­rə­­lə­­rin ağ­­zı bə­­ra­­bə­­rin­­də üzü yu­­xa­­rı tu­­tur. Güz­­gü­­də­­kiy­­lə su­­da­­kı göy­­lə­­ri və gü­­nəş­­lə­­ri tu­­tuş­­du­­rur. Güz­­gü­­də­­ki Gü­­nəş göy­­də­­ki­­nə da­­ha çox bən­­zə­­yir­, nə­­in­­ki su­­da­­kı. Su­­da Gü­­nəş is­­la­­nıb so­­lu­­xur, həm də çırt­ma­­la­­yan­­da lə­­pə­­lə­­nib da­­i­­rə­­vi şə­­kil­­də çi­­lik­­lə­­nir­­di. Söz yox, göz­­lər arıt­­la­­nan­­da ved­­rə­­də­­ki su güz­­gü­­dən ge­­ri qal­­mır.

Ağ­­zı­­nı ört­mə­­din ki - qu­­yu­­ya hök­­mən to­­yuq­­dan-cü­­cə­­dən yum­­ba­­la­­nır. Xo­­ruz­­lar be­­lə iş­­də fənd­gir­­di­­lər. Bo­­yun­­la­­rı­­nı uza­­dıb mər­­ci­mək göz­­lə­­ri­­nin əv­­vəl bi­­ri, son­­ra o bi­­ri­­siy­­lə ba­­xır, du­­yuq dü­­şüb yan ötür­­dü­­lər.

Hər də­­fə qu­­yu­­ya to­­yuq-zad dü­ş­dümü, ata­­sı ona itin sö­­zü­­nü de­­yə­cək. Hət­­ta gü­­nah özün­­də ol­­sa da. Ki­­şi onu ram elə­­mə­­yin üsu­­lu­­nu yax­şı ta­pıb: çım­­xı­­ran­­da Əmir qu­­yu­­ya gir­­mə­­yə mı­­zıl­­dan­­maz­­dı. Xoş­­luq­­la da­­nı­ş­dısa, qa­­çıb du­­ra­­caq uzaq­­­­da. Bə­­zən ata və ana­­sı onun üs­­tün­­də bir-bi­riy­lə dil­­lə­­şər­­di­­lər.

- Qoy uşaq bo­­ğul­­sun! Bir şil to­­yuq­­dan öt­­rü! Qoy öl­sün!

- Sən­­dən ev­­dar çıx­­maz!

- Bə sən­­dən çı­­xar!

Ana­­sı qu­­yu­­ya əv­­vəl ved­­rə sal­­la­­yar­­dı. Bəl­­kə to­­yuq in­­sa­­fa gə­­lib ved­­rə­­yə özü gi­­rə. Tu­­mac - gir­­mir­­di. Ək­­si­­nə, qı­­sı­­lır­­dı oyu­­ğa; üst­dən heç gö­r­sən­mir­di də.

- To­­yuq bat­­dı su­­ya!

- Bat­­ma­­yıb, qa­­ra tök­­mə!

Ki­­şi fın­­xı­­ra-fın­­xı­­ra qu­­yu­­nun hən­­də­­və­­rin­­də gə­­zi­­nir­­di.

- Bax, sə­­si gə­­lir! - bu vaxt Əmir də "gü­­nah"ını azalt­­maq ha­­yın­­da olur.

- Rədd ol, gö­­züm sə­­ni gör­­mə­­sin!

Əmir tək qa­­lan­­da, göy­­də­­ki Gü­­nəş­­lə qu­­yu­­da­­kı­­nı da tu­­tuş­­du­­rar­­dı. Hər­­dən elə bi­­lir Gü­­nəş qu­­yu­­ya dü­­şüb, elə qu­­yu­­dan­­ca dün­­ya­­nı gün­­düz elə­­yir. On­­da Gü­­nə­­şə rəh­­mi gə­­lir­. Tez-tez qan­­rı­­lıb gö­­yə ba­­xır ki, gör­­sün yox, Gü­­nəş öz ye­­rin­­də­­dir. Gü­­nə­­şi göy­­də gö­­rən­­də se­­vi­­nir­­di. Yox, Gü­­nəş to­­yuq ki­­mi qu­­yu­­ya düş­­məz! Düşə bil­məz! Öm­rün­də!

Bir də­­fə ki­­şi gə­­lib onu bu iş üs­­tün­­də tut­­du. Boy­­nu­­nun sap­­la­­ğın­­dan ya­­pı­­şıb əv­vəl ha­­va­­ya qal­­dır­­dı. Son­ra dü­şü­rüb qu­­la­­ğı­­nın di­­bi­n­də yağ­­lı bir şil­­lə alış­­dır­­dı.

- Bi­­fə­­ra­­sət! Ko­ra­fə­him! May­­maq! Bun­­dan mənə tə­­sər­­rü­­fat­­çı çı­­xa­­caq?!

Qu­­yu­­ya sal­­la­­nan­­da, ana­­sı köh­­nə-kü­­lə köy­­nək-pen­­cək­­dən gə­­ti­­rib onun əy­­ni­­nə ta­­xar­­dı. Ayaq­­la­­rı­­na - diz­­lə­­ri­­ni də tu­­tan uzun qunc­lu çək­­mə­­lər. Tez də oca­­ğın üs­­tü­­nə su atır - uşa­­ğın çim­­mə­­yi­­nə. Qoy uşaq çı­­xa­­na­­can yax­şı qız­sın.

Qon­­şu oğ­­lan­­lar çə­­pə­­rin o üzün­­dən ma­­rıt­­da­­yır­. Hər­dən də Əmi­­rə:

- Al­­man əsi­­ri, - de­­yir­­di­­lər.

Bə­­zi­­si onu:

- Ey, ikin­­ci Ba­­baş, - de­­yə ça­­ğı­­rır­­dı.

Ba­­baş stan­­si­­ya­­da ya­­şa­­yan qu­­yu­­qa­­zan­­dı ki, pu­­lu­­na min­­nət, it oğ­­lu itin qa­­pı­­sın­­da da iş­­lə­­yər­. Qə­­bir­­dən baş­­qa (bu işə onu la­­yiq bil­­mir­­di­­lər) tor­­paq­­da nə de­­sən qa­­zar­­dı - qu­­yu, ayaq­­yo­­lu, ev ye­­ri. İşa­­ra­­sı fa­­si­­lə­­lər­­də boz­­baş­­dan aşı­­rıb, stə­­kan stə­­kan da­­lın­­ca - sa­­mo­­var ça­­yın­­dan hor­­tul­­da­­dar­­dı. Gö­­rən­­lər and içir: qu­­yu arıt­­la­­yan­­da, ba­­la-ba­­la su­­ya şo­­rul­­da­­dır da. Bu da çeş­­mə­­ni mur­­dar­­la­­maq­­dı. İn­­di onu bu işə yal­nız na­­ə­­lac qa­­lan­­da ça­­ğı­­rır­, elə hə­rə­kəti də ona qa­da­ğan edir­di­lər.

Əmir üçün dün­­ya­­da ayaq­­yo­­lu qaz­­maq­­dan da axı­rın­cı iş yox­­du. "Al­­man əsi­­ri" ça­­ğı­­rıl­­ma­­ğı­­na da döz­­mür­­dü. Ana­­sı­­nın üs­­tü­­nə qış­­qı­­rar ki, onu evin için­­də­­cə ge­­yin­­dir­­sin­­lər, qu­­yu­­nun ba­­şın­­da çənə döy­mə­yib, tez də qu­­yu­­ya sal­­la­­sın­­lar. Qoy bir kəs gör­­mə­­sin onu.

Uşa­­ğı qu­­yu­­ya sal­­la­­nan­­da, ana ürə­­yi­­ni ye­­yir; bir­­dən tor­­paq qu­yu­­la­­yıb tö­­kü­­lər tə­pə­­si­­nə. Hey­­van­­cı­­ğa­­zın ca­­nı elə or­­a­da­­ca çı­­xar. On­­da da gə­­rək öz ca­­nı onun­­kun­­dan qa­­baq çı­­xa. Ci­­yə­­dən iki­­əl­­li ya­­pı­­şar. Hə­­mi­­şə də əri tu­tan ye­­rin aşa­­ğı­­sın­­dan - bir­­dən ki­­şi­­nin əlin­­dən sü­­rü­şər­­sə, özü tut­­ma­­ğa.

Əmir özü ölüm ba­­rə­­sin­­də fi­­kir­­ləş­­məz­­di, çün­­ki hə­­lə­­lik bun­­dan ba­­şı çıx­­mır­­dı. Hər­­çənd hər iki-üç gün­­dən bir be­­çə-fə­­rə­­lər­­dən bi­r-iki­si­nin kə­­sil­­mə­­yi­­ni, ba­­şı­­nın atıl­­ma­­ğı­­nı gö­­rər­­di. Hə, ata­­sı qa­­nad­­la­­rı­­nı qa­­nı­­rıb qo­­yur bir aya­­ğı­­nın al­­tı­­na, qıl­­ça­­la­­rı­­nısa cüt­­lə­­yib - o bi­­ri aya­­ğı­­nın. Üzü qib­­lə­­yə ba­­şı­­nı xırp atıb tul­­la­­yar qı­­ra­­ğa. Baş­­qa to­­yuq­­lar gə­­lib öz­­lə­­rin­­ki­­nə bən­­zər o ba­­şa ba­­xar, an­­caq Əmir ki­­mi on­lar da bir şey an­­la­­ma­­yıb qa­­ğa­­naq­­la­­ya-qa­­ğa­­naq­­la­­ya yan ötər­­di­­lər. On­­da Əmir elə bi­­lər­­di ki, adam ölüb-elə­məz, hər­­çənd ata­­sı onu qor­­xu­­dan­­da de­­yər­­di:

- Ba­­şı­­nı kə­­sə­­cə­­yəm!

Ölü­­mə inan­­mır­­dı Əmir. Ola bil­­məz ki, ata­­sı onun ba­­şı­­nı kə­­sə, ana­­sı da du­­rub ba­­xa. Ana­­sı - qoy­­maz!

Hər­­dən gah ana­­sı, gah da ata­­sın­­dan eşi­­dir­­di:

- Mən get­­dim hü­­zü­­rə.

Ya:

- Hü­­zür­­dən gə­­li­­rəm.

Ana­­sı hü­­zür­­dən hə­­mi­­şə gö­­zü­­nəm­­li qa­­yı­­dar­­dı: yə­­qin ölüm pis şey­­dir. Di gəl, ata­­sı - da­­ma­­ğı­­çağ: yox, bəl­kə də ölüm yax­­şı­­dır. Əmir mə­­ət­­təl qal­­mış­­dı.

... Qo­­ca­­lıq - gör­­dü­­yün ölüm­­lə­­rin çox­­lu­­ğun­­dan tö­­rə­­nir.

- Özün öl­­mək is­­tə­­mir­­sən de­­yə, is­­tə­­mir­­sən uşaq da ölə, - bir də­­fə ata­­sı ada­­mın yed­­di qa­­tın­­dan ke­­çən söz­­lər de­­­di ana­­sı­­na.

- Yox, özü­­mə gö­­rə yox...

- ...Şad-xür­­rəm ya­­şa­­maq üçün is­­tə­­mir­­sən bir kəs ölə! Bu, poz­­ğun­­luq əla­­mə­­ti­­dir.

Ana­­sı kə­­sər­­li söz­­lər ta­­pa bil­­mir, dili-do­dağı əsir. Ata­­sı hə­­mi­­şə qa­­lib gə­­lir, onu ağ­­la­­dır­­dı.

Əmir ge­­yin­­mə­­yə baş­­la­­yan­­dan, ayaq­­la­­rı­­nı qu­­yu­dakı boş­­lu­­ğa ata­­na­­can, ana­­sı dil­bə­dil tap­­şı­­rar­:

- Ədə, ci­­yə­­dən bərk tu­tur­san! Bax, be­­lə - mə­­nə bax... Eşit­din?

Boş­­luq əcəb əy­­lən­­cə­­li­­dir - ada­­mın ayaq­­la­­rı yel­lə­nir, o yan-bu ya­­na ge­­dir...

O, qu­­yu­­ya to­­yuq düş­­mə­­si­­nin şa­­hi­­diy­­di - qa­­nad ça­­lır, qış­­qı­­rır, qu­­yu boy­­da fə­­za­­da uç­­maq is­­tə­­yir. Əmir in­­di­­yə­­cən elə bi­­lər­­di ki, uç­­maq - an­­caq yu­­xa­­rı­­ya qalx­maq­­dır. To­­yu­­ğun uç­­ma­­ğı­­sa onu qu­­yu­­nun di­­bi­­nə apa­­rır­.

Cü­­cə­­lər qu­­yu­­ya xır­­da­­ca daş­­lar ki­­mi dü­­şür, o sa­­at da su­­ya ba­­tır­­dı­­lar. Hə­­yat­­la ölü­­mün fər­­qi­­ni bil­­mə­­dən.

Gö­­rə­n, to­­yu­­ğu or­­dan çı­­xar­­ma­­san, ne­­çə gü­­nə ölər? To­­yuq ya­­şa­­maq is­­tə­­yir­­sə də, bu­­nun üsu­­lu­­nu bil­­mir. An­­caq hə­­ya­­tın ölüm­­dən üs­­tün­­lü­­yü­­nü bi­­lir.

Heç Əmir özü də uşaq­­lıq­­da ya­­şa­­ma­­ğın üsu­­lu­­nu bil­­məz­­di.

Ata­­sı bi­­lir­­di!

Qu­­yu­­nun di­­var­­la­­rı tax­­ça-tax­­ça­dır. Tax­­ça­­lar bir-bi­­ri­­nə pa­­ra­­lel çev­­rə­­lər şək­­lin­­də­di­lər.

...Əmir qo­­ca­­lı­­ğı gö­­rən­­dən tez-tez xə­­ya­­lən qu­­yu­­ya dü­­şər­­di. Təx­­mi­­nən bir metr sal­­la­­nan­­da fi­­kir­­lə­­şir­­sən: "Bax, qə­­bir­­lə­­rin di­­bi bu­­ra­­can­­dı. Ar­­tıq dün­­ya­­nın ölən­­lə­­ri bə­­ra­­bə­­rin­­də­­yəm".

Hələ yenə enir­­sən aşa­­ğı, bəl­­kə o dün­­ya­­nı da vu­­rub ke­­çir­­sən. O dün­­ya­­nın o tə­­rə­­fin­­dən qan­­rı­­lıb yu­­xa­­rı ba­­xan­­da, ye­­nə qu­­yu­­nun tax­­ça­­la­­rı gör­­sə­­nir. Hə, bir də gö­­yün föv­­qün­­də­­ki baş­­lar.

Səs­­lər sə­­nə ça­­ta­­na­­can oyuq­­lar­­da on-on beş də­­fə əks-sə­­da ve­­rib, də­rinə-dibə də ge­dir, geri də qa­yı­dır. Hər əks-səda da öz­lü­yün­də on-on beş dəfə əks-səda ve­rir, səs­­lər bir-bi­­ri­­nə qa­­rı­­şır.

Qu­­yu­­nun di­­bin­­də­­sə to­­yuq sı­­xı­­lıb oyu­­ğa - qoy gör­­mə­­sin­­lər. Am­­ma Əmir ar­­tıq onu gö­­rüb. Elə­­cə əli­­ni uza­­dıb asan­­ca tu­­tur. Elə bil qu­­yu ağac­­dı; ağac­­dan bir mey­­və də­­rir, qo­­yur ved­­rə­­yə.

- Eyy, çə­­kin!

Ved­­rə eh­­mal-eh­mal yu­­xa­­rı qal­­xır. Bir gün to­­yuq ved­­rə­­dən yu­­xa­­rı qalx­­maq əvə­­zi­­nə, daş ki­­mi onun ba­­şı­­na düş­­müş­­dü. Əmir to­­yuq­­la­­rın qu­­yu­­ya düş­­mə­­si­­ni üst­dən də gör­­müş­­dü, alt­dan da. Üst­dən qa­­nad­­la­­rı­­nın üs­­tünü, alt­dan qa­­nad­­la­­rı­­nın al­­tını.

On­­da ana­­sıy­­la ata­­sı­­nın hö­­cət­­ləş­­mə­­lə­­ri­­ni eşi­­dər­­di.

- Uşaq bi­rəli-mi­­cə­­li bir to­­yu­­ğun ba­­dı­­na ge­­də­­cək!

- Elə sən­­sən onu kor­­la­­yan!

Ata­­sı­­nın əm­ri­dir: Əmir gah çək­­mə­­si­­nin bur­­nu, gah da əl­­lə­­riy­­lə qu­yu­nun di­­bi­­ni yox­­la­­yar - or­­da pal­­çı­­ğın çox­-az­­lı­­ğı­­nı. İri-iri daş­­lar­­dan, ya cür­­bə­­cür əş­­ya­­lar­­dan - cı­­rıq top, mü­­rək­­kəb­­qa­­bı, ətir şü­­şə­­si - ta­­pan­­da, qo­­yur­­du ved­­rə­­yə, üst­dən də çə­­kir­­di­­lər yu­­xa­­rı. Ata­­sı hər qu­­yu­­ya ba­­xan­­da, ona bir ağız tə­­rif de­­yər­­di ki, qoy ruh­­dan düş­­mə­­sin.

Bir də­­fə Əmir qu­­yu­­dan çı­­xan gü­­nün ax­­şa­­mı bərk üşüt­­dü, son­­ra bərk qız­­dır­­dı. Yu­­xuda da nə gö­­rə - qu­­yu­­nun en­­siz pən­­cə­­rə­­yə bən­­zər çeş­­mə­­lə­­rin­­dən ba­­xır o üzə, o üz­­də əca­­ib-qə­­ra­­ib hey­­van­­lar gə­­zi­­şir. Çeş­­mə­­ni tə­­miz­­lə­­mək is­­tə­­yən­­də, onun bi­­lək­­lə­­rin­­dən kəl­­bə­­tin tək ya­­pı­­şıb qə­­fil­­dən dart­dı­­lar içə­­ri. Bəx­­tin­­dən ba­­şı, bir də ayaq­­la­­rıy­­la qu­­yu­­nun di­­var­­la­­rı­­na ili­­şib keç­­mə­­di. Ana­­sı yu­­xa­­rı­­da ətür­­pə­­dən səs­­lə cik­­kə vu­­ran­­da, onu bu­­rax­­dı­­lar.

Əmir qu­­yu­­ya hər gi­­rən­­də, ana­­sı o üzün­­dən, bu üzün­­dən, göz­­lə­­rin­­dən öpər­­di. Elə bil on­­dan da­­i­­mi­­lik ay­­rı­­lır­­dı. Əri­­ni də bu əs­­na­­da san­­car­­dı: "Pu­­lu qəb­­ri­­nə dö­­şət­­di­­rə­­cək­­sən? Fəh­­lə­­dən çox fəh­­lə var. Ya on­­la­­rı ça­­ğır, ya da zəh­­mət çək, özün gir".

- Uşa­­ğı kor­­la­­yan sən­­sən!

- Hey­van­cı­ğın qo­­lun­­da nə güc var ki, ya­­pış­­qan ki­­mi pal­­çı­­ğı dar­tıb dol­­du­­ra ved­­rə­­yə!

On­­da ata­­sı ya­­şa­­ma­­ğın ölüm­­dən yax­­şı­­lı­­ğı­­nı da bi­­lir­­di, onun va­cib üsul­­la­­rı­­nı da. Qu­­yu­­ya gir­­səy­­di, tor­­paq al­­tın­­da özü qa­­la bi­­lər­­di, dop­­do­­lu ved­­rə öz ba­­şı­­na dü­­şər­­di. Öl­­sə, öv­lad­ları guya hey­­kə­­li­­ni qoy­­a­­caq? Heç vaxt da ikin­­ci də­­fə  do­­ğul­­ma­­ya­sıdı. Axı, həm də ölü­­mə bə­­ləd ada­­mın öl­­mə­­yi rə­­va de­­yil; ölüm elə­­si­­nə çox qor­­xunc gə­­lir.

Am­­ma Əmir qu­­yu­­da öl­­sə (əl­­bət­­tə, Al­­lah gös­­tər­­mə­­sin), ölüm­­dən xə­­bər­­siz ölər. Özü də bir­­ba­­şa cən­­nə­­tə dü­­şə­cək, çün­­ki hə­­lə gü­­nah bir iş tut­­ma­­yıb. Cən­­nət ona ata­­sı­­nın hə­­diy­­yə­­si olar. Əmir bö­­yü­­sə, elə onun özü ki­­mi cən­­nət əlin­­dən çı­­xa­­sı­­dır.

 

Əmir qo­­ca­­lı­­ğı gö­­rəli, dün­­ya­dan köç­müş ata­­sın­­dan küs­­mə­­yə baş­­la­­mış­­dı...

 

1985, yan­­var - iyun

 

 

Digər xəbərlər

Adil Qeybulla: "Xalqın bağrından çıxan səs"

Yazıçı Rafiq Tağının Kulis.az-a müsahibəsi

Yeni Zelandiyaya atlandı ürəyim

TEZQOCALAN, TEZÖLƏN

Boz inqilab

Şərhlər