BEŞ ŞƏ­KİL

Tarix: 25-06-2021 16:38
Baxış sayı: 921

 

B

u qə­­zet ini­­şil açı­­lıb­­sa da, onun kom­­pü­­te­­rin­­də cə­­mi beş şə­­kil eh­­ti­­ya­­tı var. Əl­­həm­­dü­­lil­­lah, ça­­tır. Eh­­ti­­yac ödə­­nir. Re­­dak­­tor şad­­lı­­ğı­­na şit­­lik edən­­lər­­dən de­­yil - "keç­­miş­­də be­­lə şey nə gə­­zir­­di", de­­yir. O, keç­­miş­­dən bir­­cə ad­­dım qa­­ba­­ğa ge­­dib da­­yan­­mış­­dı. Hər hal­­da, tə­­rəq­­qi­­nin kom­­pü­­ter mər­­hə­­lə­­si onu qa­­ne edir­­di. Bu dı­­zıl­­da­­yan-cı­­rıl­­da­­yan əş­ya dün­­ya si­­vi­­li­­za­­si­­ya­­sı ilə səs­­lə­­şir­­di. Gu­­ya ra­­di­­a­­si­­ya ya­­yır - nə ol­­sun? Elə bu da si­­vi­­li­­za­­si­­ya əla­­mə­­ti de­­yil­­mi? Re­­dak­­tor san­­ki dağ­­dan dü­­zə tə­­zə­­cə enib; si­­vi­­li­­za­­si­­ya gör­­mə­­mi­­şi üçün ra­­di­­a­­si­­ya­­ya qo­­vuş­­maq da xoş­­du. Hər­­dən to­­zu­­nu özü al­­dı­­ğı ye­­ga­­nə kom­­pü­­ter tə­­rəq­­qi at­­ri­­bu­­tu ki­­mi ona sa­­kit­­lik gə­­ti­­rir.

Kol­­lek­­tiv də şi­­ka­­yət­­lən­­mir. As­­ke­­tik hə­­yat tər­­zi­­ni ha­­mı müs­­bət də­­yər­­lən­­di­­rir. "Mə­­nə­­vi tə­­mi­­zik", - za­­ra­­fat­­la da öz­­lə­­ri özü­­nə tə­­rif de­­yir. Cə­­mi-cüm­­lə­­ta­­nı beş şə­­kil­­lə­­ri ol­­ma­­sı­­nı on­­la­­ra oxu­­cu yaz­­mış­­dı. İşə bax, re­­dak­­si­­ya­­da bu­­nu bir kəs bil­­mə­­yib. Fi­kir ver­mə­yib­lər. Kəs­dir­mə­yib­lər. Oxu­­­cu elə­­mə­­yib tən­­bəl­­lik, sa­­yıb. Yük­­sək sa­­tış gös­­tə­­ri­­ci­­si qə­­ze­­tin li­­rik-ro­­man­­tik ru­­hu­­na haqq qa­­zan­­dı­­rır. Bu həm də küt­­lə­­nin işıq­­lı-sen­­ti­­men­­tal mə­­nə­­vi du­­ru­­mun­­dan xə­­bər ve­­rir­­di. "Qa­­ra" epi­­te­­ti küt­­lə­­yə səh­­vən ya­­pış­­dı­­rı­­lıb. Hər­­çənd sen­­ti­­men­­tal­­lı­­ğı­­nı onun zə­­if cə­­hə­­tinə də yoz­­maq olar.  

Şək­­lin üçü qra­­fik üs­­lub­­da rəsm­di, iki­­si - bə­­dii fo­­to. İn­­sa­­fən, be­­şi də sər­­gi­­lik­­di.  Mu­­zey­­lər­­də -  idil­­lik bir şə­­ra­­it­­də göz ox­­şa­­maq­­dan­­sa, gün­­də­­lik qə­­zet­­də "fəh­­lə­­lik" edir­­di­­lər. Mü­­əl­­lif­­lə­­ri də gös­­tə­­ril­­mir, elə­­cə təs­­vir adıy­­la har­­da gəl­­di iş­­lə­­di­­lir, çü­­rük mə­­qa­­lə­­lə­­rə can ve­­rir­­di­­lər. On­­lar­­da­­kı  bə­­di­­i­­lik ümu­­mən gö­­zəl­­li­­yi rəmz­lən­­di­­rir və küt­­lə­­yə tə­­sir gös­­tə­­rir. Bə­­di­­i­­lik təl­­qin va­­si­­tə­­si­­dir; eli­­tar mə­­də­­niy­­yə­­ti küt­­lə­­vi­­ləş­­dir­­mə­­yə qa­­dir­­dir. Küt­­lə bə­­di­­i­­li­­yi se­­vir, ona son ümid ye­­ri ki­­mi ba­­xır. Bə­­dii ma­­te­­ri­­al is­­tə­­ni­­lən qə­­ze­­tə əbə­­diy­­yət hü­­qu­­qu və şan­­sı ve­­rir. Bu re­­dak­­si­­ya əbə­­diy­­yət­­lə ün­­siy­­yə­­tə gi­­rə bi­­lir, onun­­la əy­­lə­­nir­­di. Əbə­­diy­­yət hə­­vəs­­kar­­la­­rı bə­­di­­i­­li­­yə meyl­li­­dir.

Bu rəsm­lər­­dən bir-iki­­si­­nin mü­­əl­­li­­fi bəl­­kə də Pi­­kas­­so idi. Üs­­lub ox­­şa­­yı­­şı bö­­yük­­dü. Ya Pi­­kas­­so özü de­­yil­­sə də, ar­­dı­­cıl­­la­­rın­­dan bi­­ri­­dir. Ar­­dı­­cıl­­la­­rı on­­dan se­­çil­­mir. Təq­­lid­­çi­­lər in­­sa­­nı çaş-baş sa­­lır. Eh, bəl­­kə bur­­da söh­­bə­­tin va­­lı­­nı də­­yi­­şək... Mən­­də sə­­nət­­kar­­lıq söh­­bət­­lə­­ri­­nə hə­­vəs qal­­ma­­yıb. Höv­­sə­­ləm da­­ral­­dı-da­­ral­­dı, Qa­­ra­­bağ mü­­ha­­ri­­bə­­sin­­də  ta­­­mam itdi. Mü­­ha­­ri­­bə ək­­sər ma­­raq­­la­­rı­­mın yan­­lış­­lı­­ğı­­nı üzə çı­­xar­­dı. Açığı, sülh döv­­rü­­nün ma­­raq­­la­­rı in­­di mə­­nə boş gö­­rü­­nür. Mə­­də­­niy­­yət eks­tre­­mal və­­ziy­­yət­­lər­­də də­­yər­­siz­­lə­­şir. Bəl­­kə də boş iş­­lə­­rin ləğ­­vi na­­mi­­nə sülh yer­­li-dib­­li rədd edil­­­mə­­li­­dir. Hə­­yat mü­­ha­­ri­­bə ritm­lə­­riy­­lə tən­­zim­­lən­­mə­­li­­dir. İn­­san hər an ölüm­­dən qor­­xa­­raq ya­­şa­­ma­­lı­­dır. On­­da qı­­sa­­ca öm­­rün qə­­dir-qiy­­mə­­ti bi­­li­­nər, lü­­zum­­suz sə­­nət­­lə­­rə vaxt iti­­ril­­məz. An­­caq onu da de­­mə­­li­­yəm ki, Pi­­kas­­so­­ya sö­­nən hə­­və­­si­­mi in­­ti­­ha­­ra sa­­rı atı­­lan ilk ad­­dım da say­­maq olar. Hər­­çənd in­­ti­­ha­­ra­­qə­­dər­­ki mə­­sa­­fə də­­qiq bi­­lin­­mə­­di­­yin­­dən, qey­­ri-ira­­di atıl­­mış bu ye­­ga­­nə ad­­dım bəl­­kə də nə­­ti­­cə­­siz qa­­la­­caq­­dı. Mən­­də hə­­yat eş­­qi qay­­na­­maq­­da. Hər­­çənd ar­­tıq bir az ayıb gör­­sə­­nir. Hə­­yat eş­­qi dəm­­şək­­lik­­di. Dəm­­şək­­lik mən­­də ənə­­nə­­yə çev­­ri­­lib. Baş­­lan­­ğı­­cı­­nı da sülh­dən gö­­tü­­rüb.

Beş şə­­kil­­dən bi­­ri "Gü­­nəş"di. Qa­­lan­­lar­­sa an­­ti­­no­­mik möv­­­zu­­lar­­da: mü­­ha­­ri­­bə və sülh, kə­­dər və se­­vinc. Qə­­zet on­­lar­­la bə­­zək­­lə­­nir, be­­lə­­lik­­lə də, hə­­yat hər­­tə­­rəf­­li əks et­­di­­ril­­miş sa­­yı­­lır­­dı. Şə­­kil­­lə­­rin yer­­də­­yiş­­mə­­lə­­rin­­də oyun­­baz­­lıq var­­dı­­sa da, ümu­­mi mən­­zə­­rə sta­­tik­­di. Ola bil­­sin, hə­­rə­­kət mü­­ha­­ri­­bə­­dən sül­­hə və ək­­si­­nə, bir də kə­­dər və se­­vin­­cin növ­­bə­­ləş­­mə­­sin­­də tə­­za­­hür edir­­di. Ən eş­­şək adam da mü­­qa­­yi­­sə­­də o hə­­rə­­kə­­ti gö­­rər­­di. Ke­­çən say­­da sülh, bu say­­da mü­­ha­­ri­­bə şək­­li ge­­dib­­sə, bur­­dan nə çı­­xır - döv­­lət­­lə­­rin mü­­na­­si­­bə­­ti kor­­la­­nıb. Bu­­dur, qə­­zet­­də ge­­dən sülh şək­­li­­dir. On­­da, Al­­la­­ha şü­­kür, si­­ya­­si da­­nı­­şıq­­lar baş tu­­tub. Ya tu­­ta­­sı­­dır. Ar­­tıq in­­for­­ma­­si­­ya bül­­le­­te­­ni­­nə nə­­zər qıl­­ma­­maq da olar. Hər han­­sı xə­­bər ar­­tıq bu şə­­kil­­lə mə­­na­­sız­­la­­şıb.

Ari­­fə işa­­rə, kö­­tü­­yə bal­­ta. Bu beş­­cə şə­­kil­­lə Azər­­bay­­ca­­nın dür­­lü prob­­lem­­lə­­ri­­nin ha­­mı­­sı­­na to­­xu­­nu­­lur­­du. Ümu­­mi­­ləş­­mə və sə­­ciy­­yə­­vi­­lik göz önün­­dəy­­di. Ümu­­mi­­ləş­­miş hər təs­­vi­­rin ye­­rin­­də son­­suz say­­da ba­şaq konk­ret şə­­kil-zad ver­­mək olar­­dı da. La­­kin tam­­da mən­­zə­­rə ay­­dın­­dı­­sa, bu­­nu zər­­rə­­də də araş­­dır­­ma­­ğa eh­­ti­­yac var­­dı­­mı?

Oxu­­cu­­la­­rın Gü­­nə­­şə mü­­na­­si­­bə­­ti heç də bir­­mə­­na­­lı de­­yil. Bu cür pak və ay­­dın, par­­laq bir şe­­yin də mə­­na yo­­zum­­la­­rı müx­­tə­­lif olar­­mış! İn­­san bey­­nin­­dən sü­­zü­­lən ide­­ya və dü­­şün­­cə­­lər xa­­o­­tik­­di. Hər kə­­sin san­­ki öz mən­­ti­­qi var­­dı­­sa da, axı, ümu­­mi ge­­di­­şat da hök­­mən üzə çıx­­ma­­lı idi. Bu xa­­os Gü­­nə­­şə cid­­di tə­­sir gös­­tər­­məz­­di­­sə də, onu göz­­dən sal­­ma­­ğa qa­­dir­­di. Gü­­nə­­şə lə­­kə ya­­xa, ona şər ata bi­­lər­­di­­lər. Be­­şi inan­­ma­­sa, bi­­ri ina­­nar­­dı. Bə­­şə­­riy­­yə­­tin beş­­də-al­­tı­­da bi­­ri say­­ca gör nə qə­­dər elə­­yir! On­­lar Gü­­nəş­­dən giz­­lə­­nər, pes­­si­­miz­­mə yu­­var­­la­­nar, öz­­lə­­ri­­nə qa­­pa­­nar, nə­­ti­­cə­­də dəh­­şət­­li fəl­­sə­­fi cə­­rə­­yan­­lar or­­ta­­ya çı­­xar­­dı. Gü­­nəş­­siz­­lik an­­ti­­bə­­şə­­ri ne­­qa­­ti­­vizm tö­­rə­­dər. Qə­­zet­­də­­ki rəng­li va­­ri­­ant­da Gü­­nə­­şin is­­ti­­li­­yi əməl­­li­­cə du­­yu­­lur­­du. "Gü­­nəş" tək­­cə tə­­bi­­ə­­ti rəmz-lən­­­dir­­mir. Onun so­­si­­o­­lo­­ji ef­­fek­­ti də aş­­kar­­dı. Qaş­­qa­­baq­­lı ha­­va­­lar­­da qə­­zet­­də  Gü­­nəş bu­­lud ar­­xa­­sın­­dan çıx­­mış ki­­mi­­dir. Gü­­nəş şək­­li hət­­ta iq­­ti­­sa­­di ba­­xım­­dan fay­­da­­lı idi. Gü­­nə­­şin özü ki­­mi şək­­li­­nin də kənd tə­­sər­­rü­­fa­­tıy­­la bir­­ba­­şa bağ­­lı­­lı­­ğı var. Yay­­da Gü­­nəş in­­san­­la­­rı göy­­dən, qış­­da­­sa qə­­zet­­dən ruh­­lan­­dı­­rır; on­­la­­rın əli  iş-güc­­dən so­­yu­­mur. Qə­­zet­­də Gü­­nəş tə­­bi­­ə­­tin imi­­ta­­si­­ya­­sı­­dır. Sə­­nə­­ti yox, tə­­bi­­ə­­ti təq­­lid hə­­mi­­şə gə­­rək­­li­­dir. Rəs­­sam­­la­­rın "gü­­nəş"lə­­ri də bir-bi­­ri­­nə nə qə­­dər çox ox­­şa­­sa, bir o qə­­dər yax­­şı­­dır. Gü­­nə­­şin hoq­­qa­­baz va­­ri­­ant­la­­rı yer­­siz­­dir. Sür­­re­­a­­lis­­tik Gü­­nəş rəs­­mi­­ni tul­­la zi­­bil qu­­tu­­su­­na. Qə­­zet­­də re­­a­­lis­­tik Gü­­nəş göy­­də re­­al Gü­­nəş il­­lü­­zi­­ya­­sı do­­ğu­­rur. Qə­­zet Gü­­nə­­şi bir güz­­gü ki­­mi əks edir və de­­yi­­lə­­nə gö­­rə, bə­­zi ev­­lər­­də on­­dan qo­­pan "zay­­çik"lər gə­­zi­­şir­­di. Hə, Gü­­nəş bu­­lud ar­­xa­­sın­­dan qə­­ze­­tə giz­­li yol ta­­pıb. Ha­­va bir az dö­­nən ki­­mi sə­­hi­­fə­­də­­cə pey­­da olur. Gu­­ya rəng­li Gü­­nəş­­dən bə­­zən qə­­ze­­ti alı­­şan da gö­­rüb­­lər. Bu mə­­lu­­mat oxu­­cu­­lar­­dan alı­­nıb. Odur ki, hər­­dən tək­­lif­­lər gə­­lir: res­­pub­­li­­ka alı­­şa bi­­lər,  Gü­­nə­­şin rən­­gi bir qə­­dər azal­­dıl­­sın. Ay ba­­lam, ta on­­da da bu, Gü­­nəş ol­­maz ki! Zə­­fə­­ran­­lı kö­­kə, po­­mi­­dor çı­­ğırt­ma­­sı, ya bir ta­­va əl­­van qay­­ğa­­naq olar. Yox, qoy kim­­lə­­rin­­sə əlin­­də qə­­zet Gü­­nəş­­dən yan­­sın da, am­­ma rəng hə­­min­­ki qa­­la­­caq! Al-qır­­mı­­zı Gü­­nəş re­­dak­­to­­run hu­­ma­­niz­­mi­­nin ye­­ga­­nə ni­­şa­­nə­­si idi. Elə bi­­lir, on­­dan dön­­sə, di­­riy­­kən ölər. Gü­­nəş rəs­­mi­­ni re­­dak­­tor özü­­nün qa­­ra­­çu­­xa­­sı sa­­nır. Ya­­yı-qı­­şı onun­­la­­dır. Evi­­ni sat­­ma­­lı ol­­sa da, de­­yir, qə­­ze­­ti rəng­li­­dən ağ-qa­­ra­­ya çe­­vir­­məz. Sə­­viy­­yə­­ni en­­dir­­məz. "Gü­­nəş"in uğu­­ru həm də on­­day­­dı ki, so­­yuq­­lar­­da ka­­sıb onu peç ye­­rin­­də bi­­lir. "Yı­­ğı­­şın ba­­bam oca­­ğı­­na", de­­yib, ai­­lə-uşa­­ğı­­nı di­­var­­da­­kı bir sə­­hi­­fə­­lik "Gü­­nəş"in  ət­­ra­­fı­­na yı­­ğar. Onun­­la yax­­şı­­ca qı­­zın­­maq olur­­du. Qo­­ca bi­­ri­­si "Gü­­nəş"i di­­va­­ra ya­­pış­­dı­­rıb, al­­tın­­dan "ka­­min" yaz­­mış­­dı. Be­­li­­ni ona söy­­kə­­yər­­di. "Ka­­min" -  ca­­van­­lı­­ğı­­nın Rus­­yət­­də keç­­mə­­si­­ni gös­­tə­­rir­­di. Böy­­rək da­­şı tut­­ma­­la­­rı­­nı onun­­la yox edir, re­­dak­­to­­ra da du­­a­­nı-dua üs­­tün­­dən yağ­­dı­­rır. Axır bu du­­a­­lar müs­­tə­­cab olar, in­­şal­­lah! An­­caq du­­a­­la­­rın nə­­də ef­­fekt ve­­rə­­cə­­yi hə­­lə­­lik fərz elən­­mir­­di. Ba­­rı ya­­rı­­qa­­ran­­lıq zir­­zə­­mi­­dən işıq­­lı bir ye­­rə kö­­çə­­lər. Axı, hə­­yat­­da baş­­qa cür  bö­­yü­­yüb nə ola bi­­lər­­sən? Fil ol­­ma­­ya­­caq­­san ki! On­­suz mə­­mur­­lu­­ğu da is­­tə­­mir. Əf­­sus, cə­­miy­­yət­­də art­maq yal­­nız mə­­mur­­luq tər­zin­­də müm­­kün­­dü. Pers­pek­­tiv acı­­na­­caq­­lı idi. Hə, du­­a­­lar onu hu­­ma­­nizm­dən ya­­yın­­dı­­ra bi­­lər­­di. Onun hu­­ma­­niz­­mi­­nin ye­­ga­­nə mad­­di tə­­za­­hü­­rü Gü­­nəş rəs­­mi­­dir. "Gü­­nəş"dən ay­­rıl­­maq­­la ucal­­ma­­ğı fa­­ciə sa­­nır­­dı. İn­­di­­dən qa­­ra­­ma­­tı­­nı tö­­küb, de­­yir­­di­­lər, bun­­dan heç nə çıx­­maz. Onun Gü­­nə­­şə mə­­həb­­bə­­ti­­ni də­­li­­lik sa­­yan­­lar da var­­dı. Bir qı­­zı­­nın adı­­nı Gü­­nəş, ikin­­ci­­si­­ni Ay­­gün, son­­be­­şi­­yi­­ni­­sə, tər­­si­­nə, Gü­­nay qoy­­muş­­du. Al­­lah da sər­­sə­­ri­­li­­yi­­nə mü­­qa­­bil ona hey qız ve­­rir. Hə­­lə özün­dən uy­dur­duğu "Şəm­­snur" adı du­­rur­­du.

Kə­­dər şək­­li­­nin hə­­lə­­lik  konk­ret-də­qiq adı yox­­du. Bir də axı, ad nə­­yi həll edir? On­­suz hər şey gün ki­­mi ay­­dın­­dır. Hər göz­­dən az qa­­la gö­­zün özü boy­­da yum­­ru bir yaş sal­­la­­nır. Lap sır­­ğa ki­­mi. Bu nə de­­mək ola? Göz ya­­şı elə şey­­di ki, üzr is­­tə­­yi­­rəm, onu eş­­şək də qa­­nar. Şə­­kil­­də qa­­dın san­­ki əbə­­di ağ­­la­­yır­­dı. Kə­­dər hə­­yat­­da onun ölə­­nə­­cən­­ki, şə­­kil­­də­­sə əbə­­di ha­­lı idi. Hə­­yat­­da bəl­­kə hər­­dən se­­vi­­nir­­sə də, şə­­kil­­də hə­­mi­­şə kə­­dər­­li­­dir. Şə­­kil­­də kə­­də­­rə məh­­kum­­dur; bu­­la­­nıq su­­lar san­­ki heç vaxt du­­rul­­ma­­ya­­caq. Onun kə­­də­­ri bəl­­kə heç so­­si­­al məz­­mun­­lu de­­yil də. An­­caq ha­­ya­­na dö­­nə, gec-tez ye­­nə so­­si­­al­­lıq üs­­tü­­nə gə­­lir, ona di­­rə­­nir­­sən. Ta­­nı­­nıb-bi­­li­­nən əsas sə­­bəb bir­­cə odur. İn­­san so­­si­­o­­lo­­ji­­lik­­dən bir ad­­dım da uza­­ğa get­­mə­­yib. Bu kə­­də­­rin so­­nun­­da bəl­­kə də in­­qi­­lab du­­rur­­du. Əl­­bət­­tə, qa­­dın ölən­­dən son­­ra da (bəl­­kə ar­­tıq ölüb) öz kə­­də­­riy­­lə in­­san­­la­­rı dü­­şün­­mə­­yə va­­dar edə­­cək. Bay, in­­di ya­­dı­­ma dü­­şür: axı, bu şə­­kil fo­­to de­­yil. Bu qa­­dın ömür­­bil­­lah dün­­ya­­da ol­­ma­­yıb, "doğ­­ma­­yıb-do­­ğul­­ma­­yıb". Gop­­çu bir rəs­­sa­­mın fır­­ça­­sın­­dan çı­­xan­­dı. Sə­­nət­­kar­­la­­rın dün­­ya­­ya gə­­tir­­di­­yi in­­san­­lar əzab çək­­mir­­lər. On­­la­­rın kə­­də­­ri qon­­dar­­ma və ya­­lan­­dır. Hər hal­­da, ağ­­lar qa­­dın qaç­­qın və köç­­kün­­lə­­rə itən tor­­paq­­la­­rı­­mı­­zı mü­­tə­­ma­­di xa­­tır­­la­­dar, on­­la­­rı nor­­ma­­tiv qey­­rət və şə­­rəf çər­­çi­­və­­sin­­də sax­­la­­yar. Bu qə­­zet öl­­kə­­də şə­­rəf və qey­­rət sa­­bit­­li­­yi­­nin tə­­mi­­nat­­çı­­sı­­dır. Ağ­­lar, üs­­tə­­gəl qa­­dın - bu bir na­­mus mü­­cəs­­sə­­mə­­si idi. Am­­ma qra­­fi­­ka kə­­dər üçün düz­­gün se­­çil­­mə­­yib. Kə­­dər be­­lə­­də ruh­­suz və can­­sız­­dır. Ağ­­lar üz yağ­­lı bo­­ya­­da da­­ha ca­­zi­­bə­­dar alı­­nar­­dı. Re­­al və tə­­bii. Qra­­fi­­ka hoq­­qa­­baz­­lıq, kən­­dir­­baz­­lıq­­dır. Hə­­qi­­qə­­tən də, qra­­fi­­ka xət­­lə­­ri do­­la­­şıq sirk ci­­yə­­lə­­ri­­ni xa­­tır­­la­­dır. Ah, kə­­də­­rin rəng­li təs­­vi­­ri "bom­­ba" bir şey ola­­caq­­dı. Am­­ma da­­ha ke­­çib. "Qra­­fik kə­­dər"lər içə­­ri­­sin­­də də bun­­dan yax­­şı­­sı­­nı tap­­maz­­dın.

Üçün­­cü şə­­kil gü­­lən bir uşaq­­dı. Gü­­lən yox, bəl­kə də gü­­lə­­yən. Bu, tər­­tə­­miz fo­­to idi. İs­­tər-is­­tə­­məz də "Se­­vinc" adı xə­­ya­­la gə­­lir­­di. Uşa­­ğın diş­­lə­­rin­­dən üç-dör­­dü düş­­müş­­dü. De­­yən, yan­­dan kim­­sə onu gül­­dü­­rür. An­­caq gül­­dü­­rən özü gör­­sən­­mir. Ar­­xa plan­­da­­dır. Gü­­man, yaş­­lı­­dır. Özü bəl­­kə da­­im ağ­­la­­yır­­sa da, gül­­dür­­mə­­yi ba­­ca­­rır. Özü ağ­­la­­yan­­lar, təc­­rü­­bə bunu gös­­tə­­rir, gül­­dür­­mək us­­ta­­sı olur. Həm də axı, gül­­dü­­rən də şək­­lə düş­­səy­­di, üzün­­də­­ki kə­­dər ümu­­mi mən­­zə­­rə­­ni po­­za bi­­lər­­di. Ba­­xan ava­­ra qa­­lar: se­­vin­­sin, ya ney­­lə­­sin? Gül­­dü­­rə­­nin üzün­­də­­ki kə­­dər se­­vin­­ci üs­­tə­­lə­­yə bi­­lər­­di. İn­­san­­lar da, tərs şey­­di­­lər, bu iki al­­ter­­na­­tiv­­dən kə­­də­­ri tez tu­­ta­­caq­­dı. Kə­­dər qəlb mən­­zə­­rə­­lə­­riy­­lə hə­­ma­­həng­dir. Hə, uşaq nə­­yə gö­­rə­­sə, xoş­­bəxt­di. Ya ona "pıqq" elə­­miş, ya da bir gül­­mə­­cə gös­­tər­­miş­­di­­lər. Çöh­­rə­­sin­­də­­ki avi­­ta­­mi­­no­­zu qə­­­­­zet­­dən­­cə bi­­li­­nir­­di. Sı­­nıq­­lı­­ğın­­dan gör­­sə­­nir­­di ki, ca­­nı­­na tez­­­lik­­lə qo­­ca­­lıq si­­nə­­cək. Di gəl, hə­­lə­­lik Araz aşı­­ğın­­dan, Kür to­­pu­­ğun­­dan­­dır. Onun tə­­sa­­dü­­fi xoş­­bəxt­li­­yi fo­­to­­da əbə­­diy­­yə­­tə təs­­bit olun­­muş­­du. Qə­­zet bu şə­­kil­­lə qa­­ra küt­­lə­­nin qəl­­bi­­ni ələ alır­­dı. Nə­­dən­­sə, qa­­ra küt­­lə­­nin mə­­həb­­bə­­ti xo­­şa­­gə­­lən olur. Küt­­lə həm də folk­lor da­­şı­­yı­­cı­­sı­­dır; aşıq­­lar da on­­dan çı­­xır. Mil­­li əx­­la­­qı da küt­­lə ya­­şa­­dır. Və­­tən­­pər­­vər oğul­­lar İra­­nı-Tu­­ra­­nı ha gə­­zə­­lər, axır gə­­lib or­­dan qız se­­çir­­lər. Re­­dak­­si­­ya bu şək­­li bay­­ram­­lar­­da ve­­rir. Atəş­­kəs­­lər bu fo­­to­­nun möv­­sü­­mü­­dür. An­­caq şə­­kil mü­­ha­­ri­­bə­­də də tət­­bi­­qi­­ni göz­­lə­­yir; bu­­nun üçün şə­­hər və kənd­lər ba­­la-ba­­la, bir-bir ge­­ri alın­­ma­­lı­­dır.

Sülh şək­­li. Elə bu da uşaq fo­­to­­su ef­­fek­­tin­­də idi. Rəs­­min bir ye­­rin­­də gö­­yər­­çin uçur­­du. Tək elə bun­­dan bi­­lər­­din ki, rəsm Pi­­kas­­so­­nun de­­yil. Təq­­lid­­di. An­­caq rəsm rəmz ki­­mi an­­la­­şı­­lan­­dı. Hər­­çənd gö­­yər­­çin ar­­tıq ef­­fek­­ti­­ni iti­­rib, ya itir­­mək­­də­­dir. Gö­­yər­­çin - mü­­a­­sir ta­­ma­­şa­­çı­­ya heç nə de­­mir. Üs­­tə­­lik, axı, ni­­yə məhz gö­­yər­­çin? Gu­­ya baş­­qa quş­­lar sül­­hü rəmz­lən­­di­­rə bil­­məz? Elə mə­­sum quş­­lar var ki, gö­­yər­­çin on­la­rın ya­­nın­­da vəh­­şi tə­­əs­­sü­­ra­­tı oya­­dar. Elə bir tək dim­­di­­yi dəh­­şət və vəh­­şət do­­ğu­­rur. Bir­­cə də­­fə to­­xu­­nar­­sa, hər han­­sı göz tu­­luq ki­­mi de­­şi­­lə­­si­­dir. Sən bir diq­­qət­­lə bax, gö­­yər­­çin qar­­ta­­la da­­ha çox ox­­şa­­yır. Gö­­tü­­rək qa­­ran­­qu­­şu. Onun gö­­yər­­çin­­dən nə­­yi pis­­dir? Qa­­ran­­quş gö­­yər­­çin­­dən da­­ha zə­­rif­­dir. Hə­­lə on­­dan da həs­­sas. Sa­­də­­cə, Pi­­kas­­so onu gör­­mə­­yib. O, be­­lə bir qu­­şu tə­­səv­­vür et­­mə­­yib də. Bax, elə ona görə təs­virə gə­tirm­yib. Ola bil­­sin, Pa­­ris­­də dər­­də dər­­man bir­­cə qa­­ran­­quş da ta­­pıl­­maz. Pi­­kas­­so tək­­cə gö­­yər­­çi­­ni irə­­li çı­­xa­­rıb, bu­­nun­­la da əda­­lət­­siz­­lik edib. Onun gö­­yər­­çi­­nə pat­­ron­­lu­­ğu Av­­ro­­pa­­nın dün­­ya­­ya dik­­tə­­si sa­­yı­­la bi­­lər. Hə, bu şək­­lin alt ya­­ru­­sun­­da gül­­lər açıb. Göy­­də bir to­­pa yün­­gül bu­­lud gə­­zir. Bu­­lud lap ste­­ril tib­­bi pam­­bıq ağ­lı­ğın­da­dır. Bu ağ­lıq ağ­lı baş­dan apa­rır­dısa da, ka­­sı­­bın ola­­nın­­dan, rəs­­sam sül­­hə da­­ir ka­­sad tə­­fək­­kür məh­­sul­­la­­rı­­nısa or­­ta­­ya qoy­­muş­­du. İnan, or­­da gö­­yər­­çin ol­­ma­­say­­dı, heç ko­­po­­yoğ­­lu de­­yə bil­­məz­­di ki, şək­­lin sül­­hə bir ai­­diy­­yə­­ti var. Pi­­kas­­so və gö­­yər­­çin - bu­­nu ha­­mı bi­­lir nə olan şey­­di. Re­­dak­­si­­ya har­­dan­­sa eşə­­lə­­yib tap­­dı­­ğı mü­­əl­­li­­fin əsə­­ri­­ni Pi­­kas­­so­­nun xa­­ti­­ri­­nə ve­­rir­­di. Bax­­ma, gö­­yər­­çin tu­­tar­­lı ar­­qu­­ment­di; ar­­tıq XX əs­­rin də sülh ta­­ri­­xi­­nə ya­­zı­­lıb. Am­­ma baş­­qa quş­­lar əda­­lət­­siz­­li­­yi sez­­sə­­lər, ba­­la­­ca ürək­­lə­­ri iy­­nə ki­­mi san­­ca­­caq. Di gəl, baş­­la­­rı ora­­can iş­­lə­­mir. Hər hal­­da, yax­­şı-pis, qə­­zet ak­­tu­­al mü­­ha­­ri­­bə-sülh prob­­lem­­lə­­ri içə­­ri­­sin­­dəy­­di. Sülh rəs­­mi Azər­­bay­­ca­­na sülh mə­­ra­­mıy­­la gə­­lən hər han­­sı qo­­na­­ğın gə­­li­­şi­­nə uz­­laş­­dı­­rı­­lıb ve­­ri­­lər­­di. Re­­dak­­si­­ya bu­­nun­­la gə­­lən­­lə­­ri sül­­hə səs­­lə­­miş olur­­du. Qə­­zet mil­­lə­­tin si­­ma­­sı ro­­lun­­day­­dı. An­­caq gö­­rən, "sülh" sö­­zü da­­nı­­şıq apa­­ran­­la­­rın qəl­­bi­­ni eh­­ti­­za­­za gə­­ti­­rir­­di­­mi? İna­­nan da­­şa dön­­sün. On­­lar sülh mü­­tə­­xəs­­sis­­lə­­ri­­dir və yə­­qin gü­­nün bir ne­­çə sa­­a­­tı­­nı bu işə həsr edib, son­­ra da hər şe­­yi unu­­dur­­lar. Yad­­daş yük­­lən­­mə­­mə­­li­­dir. On­­lar Azər­­bay­­ca­­nın prob­­lem­­lə­­ri­­ni hər də­­fə qeyd dəf­­tər­­çə­­lə­­ri­­nə bax­­maq­­la ya­­da sa­­lır. Dip­­lo­­mat­­lar üçün sülh də mü­­ha­­ri­­bə ki­­mi pe­­şə çər­­çi­­və­­sin­­də ma­­raq­­lı idi. Mü­­ha­­ri­­bə və sülh - ey­­ni tə­­si­­rə ma­­lik pred­­met­­lər­­di. Eh­­ti­­zaz nə­­di? Mü­­ha­­ri­­bə­­də qı­­rı­­lan­­lar da yal­­nız sta­­tis­­tik gös­­tə­­ri­­ci­­lə­­rə da­­xil ol­­maq­­la on­­la­­ra ça­­tır. Yox­­sa vaxt­la­­rı har­­dan­­dı?   

Be­­şin­­ci - mü­­ha­­ri­­bə möv­­zu­­sun­­da şə­­kil­­di. Düz­­dü, atəş­­kəs döv­­rün­­də ak­­tu­­al­­lı­­ğı­­nı xey­­li iti­­rib. Hə­­qi­­qə­­tən də, ca­­ma­­at şən­­li­­yin­­də-is­­ti­­ra­­hə­­tin­­də, sən ge­­dib-gə­­lib mü­­ha­­ri­­bə­­ni on­­la­­rın gö­­zü­­nə so­­xur, qu­­laq­­la­­rı­­na mil ki­­mi ye­­ri­­dir­­sən. Bə­­yəm bu, düz­­gün iş­­di? Yox, ək­­si­­nə, yer­­siz və hət­­ta ayıb­­dı. Sülh döv­­rün­­də mü­­ha­­ri­­bə­­yə ça­­ğı­­rış­­lar tər­­bi­­yə­­siz­­lik nö­­vü­­dür. La­­kin hər­­dən qə­­zet­­də onu ver­­mə­­mək də yax­­şı çıx­­maz, ab­­dal­­lıq olar­­dı. Atəş­­kəs  mü­­ha­­ri­­bə­­nin bit­­mə­­si de­­mək de­­yil. Atəş­­kəs bəl­­kə hə­­lə mü­­ha­­ri­­bə­­nin or­­ta­­sı­­dır. Qar­­şı­­da ölüm­­lər du­­rur. Ölən­­lər ça­­ta­­çat şə­­hid sa­­yı­­la­­caq. İn­­san­­lar gənc yaş­­la­­rın­­dan hey­­kəl­­lə­­şib-büst­lə­­şə­­cək. Büt­­lə­­şə­­cək. Yor­­ğan-dö­­şək­­də yox, gə­­rək çöl­­də-düz­­də, xən­­dək­­də-blin­­daj­­da it ki­­mi gə­­bə­­rə­­sən ki,  bir hör­­mət-iz­­zə­­tə də ça­­ta­­san. Mü­­ha­­ri­­bə şək­­li rəng­liy­­di. "Ka­­laş­­ni­­kov" boz, onun lü­­lə­­sin­­də­­ki atəş - qıp­­qır­­mı­­zı. Bu çı­­ğır­­ğan qır­­mı­­zı rəs­­­sam uy­­dur­­ma­­sı de­­yil, hə­­yat ma­­te­­ri­­a­­lı idi. Heç bir rəs­­sam rəng­lər­­lə bu cür sər­­rast iş­­lə­­yə bil­­məz. Ba­­car­­maz. Rəs­­­­sam hə­­yat­­la mü­­qa­­yi­­sə­­də aciz­­dir.

* * *

Bir gün məh­­kə­­mə qə­­ze­­tin qa­­pan­­ma­­sı qə­­ra­­rı­­nı çı­­xar­­dı. Sülh için­­də mü­­ha­­ri­­bə şək­­li çox get­­miş, atəş­­kəs po­­zul­­ma­­sa da, bir növ, kor­­lan­­mış­­dı. "Bil­­mə­­mi­­şik, düş­­mə­­nin xət­­ri­­nə dəy­­mi­­şik!" - İla­­hi, sa­­kit adam­­la­­rın özün­­dən çıx­­ma­­ğı nə mə­­zə­­li olur­­muş!  Öl­­kə­­də düş­­mən­­lə dost­luq ten­­den­­si­­ya­­sı get-ge­­də güc­­lə­­nir­­di. Ara­­da bu re­­dak­­si­­ya­­nı qa­­pa­­zal­­tı seç­­di­­lər. Ərk elə­­yi­­rik, yu­xa­rı­dan gə­­lib  de­­di­­lər, bu şou qa­­çıl­­maz­­dı. Qoy düş­­mə­­nin ağ­­zı yu­­mul­­sun, qə­­zet ye­­nə açı­­la­­caq. Aça­ca­ğıq.

Beş şək­­lin hə­­ya­­ta çı­­xış­­la­­rı bağ­­lan­­mış­­dı - re­­dak­­to­­ru yan­­dı­­ran, cız­­da­­ğı­­nı çı­­xa­­ran əsas cə­­hət bu idi. Qə­­zet tə­­zə­­dən da­nı­şa­caq­dımı? Mə­­mur sö­­zü hə­­mi­­şə də­­və­­nin boy­­nu ki­­mi  düz olub. Qor­­xa­­san, ha­­mı da hər şe­­yi  unu­­da. Şə­­kil­­lər re­dak­si­yada lü­­zum­­suz in­­ven­­ta­­ra çev­­ri­­lə. Am­­ma nə­­dən­sə, ümid hə­­lə yenə kö­zə­rir­di: bəl­­kə də "Gü­­nəş" mü­­vəq­­qə­­ti sö­­nüb.

25.05. - 27.06.2002

Digər xəbərlər

54 ziyalı Rafiq Tağı ilə bağlı beynəlxalq təşkilatlara müraciət etdi

Hayıf, övlad da qocalır

“Mübarizə ruhundan uzaq yazı” Konspekt

“...həyatımda böyük bir boşluq yaranıb” Baba Vəziroğlu

Həyatın Dibində

Şərhlər