Tarix: 25-03-2015 10:48
Baxış sayı: 2217
Bıçaq tiyəsi
Rafiq Tağıya soxulan kimi
qış da payıza sancıldı bu gün.
Yalquzaq kimi uladı küləklər
aramsız,
sızıldaya-sızıldaya.
Səhv qanla,
qan barışla
yuyulur hələ də Yer üzündə.
Torpaq sağlığında udmuşdu
Rafiq Tağının qanını.
21-in başlanğıcı,-
Elm , texnika əsri.
Atomla neytronun
bomba olduğu bir zamanda
bıçaqla adam öldürməzlər, adam!
Silahın çox sadədir,
təzələ köhnə üsulunu.
Peyğəmbər sağ olsa idi,
bağışlayardı
Rafiq Tağını.
Sən bağışlamadın.
24.11.2011