Tarix: 22-07-2017 16:24
Baxış sayı: 1955
Rafiq Tağı yazıçıdır, həm də həkim. Nədənsə həkimliyini gizlədir. Düzdür, “onun üçün ən vacibi ədəbiyyatdır”. Hekayəçi və esseistdir. Moskvada onu “Azərbaycanın Çexovu”,(vergül artıqdı elə bil) deyə çağırarmışlar. Bir qədər Rable, Molyer, Qoqol və C. Məmmədquluzadə ədəbi məktəbində “oxuyub”. Yazıçı artıq “50”-ni haqlamaq üzrədir. Arada “yubiley”ini lağa da qoydu, ruslar sayağı “əlli”sinə “полтинник” dedi. Biz onunla söhbəti bioqrafik planda qurmaq istədik.
- Rafiq müəllim, tərcümeyi-halınız haqda məlumat verərdiniz...
- Bu, çox vacibdirmi? Qədim tarixlərə bənzər 1950-ci ildə (5 avqust) Masallı rayonunun Xoççobanlı kəndində anadan olmuşam. Atam kənd müəllimi, anam, daim qoltuğunda uşaq - kolxozçu olub. Sevincləri az olduğundan, uşaqlığımı, demək olar, unutmuşam. Orta məktəbdə ədəbiyyat müəllimim Novruz Xoşbəxt məndə ədəbi istedada bənzər bir şey görər, həmişə də ümidlə deyərdi ki, Universitetin ədəbiyyat fakultəsinə daxil olum. Novruz müəllimin həyatı faciəli keçib. Onun obrazı canlanan “Novruz Xoşbəxt” adlı bir hekayəm və “N.Xoşbəxt kompleksi” adında essem mətbuatda dərc olunub. Rəhmətlik atamın arzusu məni həkim görməkdi. O, yazmaq işinə elə də ciddi baxmırdı. “Ciddi bir sənətin olsun, sonra yenə yaz” deyirdi. Kişinin sözü keçərli oldu. 1966-cı ildə orta məktəbi bitirib Tibb institutunun müalicə fakultəsinə daxil oldum. I kursda ədəbiyyatı, demək olar “atdım”. Ancaq “məktəb şerləri”mi hələ saxlamışdım; onlarməndəindidəqalır. II kursunsentyabrında yenə başladım yazmağa. Şer idi. Özü də olub-keçib ilk sevgi səbəbindən yazmışdım.
- Bəs institutdan sonrakı həyatınızı necə xatırlayırsınız?
- Səhiyyə nazirliyi kadrlar şöbəsinin rəisi Kazımova (adını bilmirəm, bunu bilmək maraqlı da deyil) təyinatımı zorla Sabirabad rayonuna verdi. Rayon mərkəzi xəstəxanasında yer ola-ola, birbaşa malyariyalı bir kəndə. Yolçubəyli kənd ambulatoriyasının baş həkimi oldum. Düzdü, indi peşiman deyiləm. Sabirabad camaatını hədsiz hörmətcil və qonaqcanlı gördüm. Qınamayalar, indinin özündə qayıdıb orda işləyərəm. İki ildən sonra işimi Masallının mollayla zəngin kəndinə dəyişdim. Həsənlidə kənd xəstəxanasının guya baş həkimi işləyirdimsə də, sanki boğulurdum. İndi Avropa Şurasına soxulmağa can atan Heydər Əliyevin o vaxtkı rejimində azad nəfəs almaq mümkün deyildi. Ziyalı yalnız “oksigen balonu” ilə gəzə bilərdi. Yaman darıxır, hey bəhanə axtarırdım ki, birtəhər qurtulub Rusiyaya zada rədd olum. “Medisinskaya qazeta”ya abunə idim. Hər nömrəsində, SSRİ-nin harasında həkim tələb olunurdusa, onların elanı verilirdi. Hə, bir gün rayon mərkəzi xəstəxanasının baş həkimi məni yanına çağırmışdı. Adi bir iş üstündə mənimlə qəzəblə, əlini stola çırpmaqla danışmağa başladı. Dedim, dayan, nə vaxt insan kimi danışmağı öyrənsən, onda çağırarsan. Gedəndə qapını necə çırpdımsa, pəncərələrin şüşələri az qaldı çiliklənib yerə tökülsün. Əslində bu, mənim üçün çoxdan gəzdiyim bəhanə idi. Evdə yalandan dedim ki, Bakıya gedirəm. Anam mənə tez-tez “Bakıdan uzağa getmə”, deyərdi. Mənim “Bakıdan uzağa getmə” adlı bir hekayəm də var; hələ çap etdirməmişəm. Sonra bütün kənd danışırmış ki, “bu oğlan dəli olub; bunun tay-tuşlarının ev-eşiyi, malı-qarası, qapsının toyuq cücəsi... Bu da gör vurub hara gedir”. Onda romantik, həm də, lovğalıq olmasın, çox təmiz bir insan idim. Moskvaya kəndçimiz Ərəstunun adını tutub getdim. Atam ona dərs demişdi. Orda taksidə işləyirdi. Elə bil əlinə göydən düşmüşdüm, məni heç yerə buraxmaq istəmirdi. Ərəstunun “Ramizka” çağırdığı, 1979-cu ildə bapbalaca gördüyüm oğlu hal-hazırda Rusiyanın məşhur futbolçularındandır - Ramiz Məmmədov. Sən demə, futbol həvəskarları onu çoxdan tanıyır; mən təzəlikcə bilmişəm.
- O vaxtlar Moskvada qeydiyyatsız işə düzəlmək olurdumu?
- Olmurdu. İş çox idi, ancaq daimi qeydiyyatsız heçnə mümkün deyildi. İki ayacan fırlanıb-gəzib, soraqladım. Heç Moskva vilayətinin ucqar bir kəndinə də düzələ bilmədim. Axır Moskva vilayət Səhiyyə Şöbəsində ağıllı bir adam məsləhət gördüki, özümü oda-közə vurmayım. Əvvəl gedib kənar vilayətlərin birində işləyim. Xəritəyə baxıb, Moskva vilayətinə yaxın olan Kalinin şəhərini, indiki Tveri seçdim. Vilayətin Səhiyyə Şöbəsində, oranın Kazımovası olan Nikolayeva familiyalı cavan bir qadın, eləcə telefon danışığı əsnasında mənə “iş verdi”: “get Bejetsk rayonuna, de ki belə, mən göndərmişəm”. Burda yenə xəritə dadıma çatdı. Gördüm Bejetsk Kalinindən şimalda - bataqlıqların o tayındadır. Öyrəndim ki, oraya həftədə bir dəfə vertolyot uçur. Ürəyimdə dedim yox. Moskva vilayətinə bitişik Konakovo şəhərinə üz tutdum. Orda mehmanxananın “Ленинская комната”sında gecələyib, səhərisi kafedə nahar edərkən, təsadüfən Rəşid adında bir adamla tanış oldum.. Şimali Qafqazdan – Kaspiysk şəhərindəndi. Yüz pis adam görəsən, vallah, bir yaxşı adamla ucaldar. Dedi, burda onu hamı yaxşı tanıyır, arxayın olum, məni işə düzəldəcək. Gəldik poliklinikaya. QenriettaVsevolodovna Şişkina (əriylə Finlandiyada yaşayanda, gombulluğuna görə ona “камбала” deyirmişlər) və qonşuluqdakı yataqxananın komendantı Tamara Petrovna işlərimi bircə günə düzüb-qoşdular. Bu Rəşid çox təmənnasız və kişi bir insandı: qafqazlı ki qafqazlı. O, məni hamıya qardaşı kimi təqdim edirdi. Hə, üç aydı həmin poliklinikada işləyirdim. Bir gün axşamüstü qəbuluma orta yaşlı, üzündən nur tökülən bir adam gəldi. İstədiyi dərman üçün resepti, bürokratlıq eləmədən, yarımca dəqiqəyə yazıb, ona uzatdım. Bir aydan sonra kitab dükanında həmin adamla artıq köhnə dostlar kimi rastlaşdıq. Adı Leonid, familiyası Midler idi. Bir reseptin gücünə bax ki, məni Moskvaya düzəltdi. Sən demə Leonid Moskvalı imiş, tez-tez Konakovo su-elektrik stansiyasına ezamiyyətə gəlirmiş. Onu da deməliyəm ki, Konakovoda Nizami Məmmədovla bir otaqda qalırdıq. İndi Bakıda, 4 saylı “Kəndçi” xəstəxanasında cərrahdır. Hə, Moskvada 1979-un avqustunda ta 90-ın iyulunacanhəkimişlədim. 20 yanvaragecikənlərdənəm. “Медсантруд” adlı 23 saylı Moskva şəhərklinikxəstəxanasında, Moskva şəhərtəcilivətəxirəsalınmaztibbiyardımstansiyasındaişləmişəm. İ.M.Seçenovadına Moskva Tibb İnstitutunda daxili xəstəliklər üzrə klinik ordinaturada oxumuşam. Əlqərəz, bütün işlərimin nəticəsi bu olub ki, ömrü yelə vermişəm. “Медсантруд” məşhur “ТеатрнаТаганке”nin arxasındaydı. Bir gün təsadüfən oranın aktyoru Vladimir Vısotskinin dəfni ilə rastlaşdım. Əllərində gül dəstəsi - insanlar, yalan olmasın, 5-6 km uzunluqda vida növbəsinə durmuşdular. Mənim bir şerim var - “Kənd dəfnləri təcrübəli adam”; həmin təəsüratla yazılıb. Bu cür dəfni ilk dəfə görürdüm. Kütlənin bir adama sevgisi mənim üçün anlaşılmaz və qəribə idi.
- Rafiq müəllim, həmin vaxtlar ədəbiyyatla məşğul olurdunuzmu?
- Məşğul olurdum yox, Moskvada mən ədəbiyyatla yaşayırdım. Yoxsa aldığım 110 manat 10 qəpik maaşla çoxdan özümü asmışdım. 90-cı illərdə mənə “çox intensiv yazırsan”, deyirdilər. Ancaq 80-ci illərdə bundan da məhsuldar olmuşam. Sadəcə, çap oluna bilmirdim. O vaxt yazdıqlarımın hələ bəlkə onda birini üzə çıxarmamışam. Moskvada yaşadığım 11 il müddətində “Azərbaycan” jurnalında cəmi bir hekayəm çıxdı. “Ulduz”da heç o bir dənə də olmadı. Yazda deyirdilər qışda çıxacaq, qışda deyirdilər - yazda. Rüşvətxor şeydilər. Bu cür yəcüc-məcüc insanlarla vaxtında ədəbiyyata necə gələsən!
- “Fərqanə” adlı hekayənizi onda oxucular çox bəyənibmişlər.
- Yox, “Fərqanə” 77-də çap olunub. Bay, bir gün Moskvada eşidəsi ki, “Azərbaycan” jurnalında hekayəmi veriblər. Uçmağa qanadım yox idi. Ancaq jurnalı açıb baxanda, elə bildim başıma bir qazan qaynar su əndərdilər. Hekayəm hansısa bir yazıçının azı 150 səhifəlik romanının axırında, üç barmaq enində boş yerdən başlayır, sonrakı səhifəninsə yuxarı 2/3-də qurtarırdı. Adını da dəyişdirib “Əmi” qoymuşdular. İstədim jurnalın baş redaktorunu məhkəməyə verim. Onda baş redaktor Əkrəm Əylisli idi. Dedilər onun bu işdən xəbəri olmayıb. Mən də dedim Allah şeytana lənət eləsin. Onsuz “zülmətsevər” insanlara hüquqdan danışmaq, eşşəyə zəfərandan söz açmaq kimi bir şey olacaqdı.
- Moskvada necə, hekayələrinizi çap etdirə bilmirdinizmi?
- Çox az hallarda. Onda “kiçik xalq”lardan yalnız öz yapdıqları “klassikləri” çap edərdilər. Məram aydındı: guyaneyləyək, yazdıqları budur, biz bunları inkişaf etdirməklə məşğuluq. Bir dəfə qalın jurnalların birində hekayəmiSovet milisinə toxuntulu söz yazdığıma görə qaytarmışdılar. “Yunost”-da deyirdilər ölümdən yox, BAM-dan yazım... Allaha şükür, indi gəlib İnternet dövrünə çıxmışıq. Elə sevinirəm ki. İstəsəm kitabımı latın qrafikasına çevirib, bütün dünya oxucularına təqdim edərəm. İndi daha hər hansı ədəbiyyat dılğırından asılı deyilsən. Bax, belə. Mən xoşbəxtəm ki, Sovet dövrünü də yaşamış, köləliyin də dadını görmüşəm. Hər halda, köləliyi də görmək, onu görməməkdən yaxşıdır. Bir dəfə demişəm, ancaq yenə deyirəm ki, mənim Sovet həyatı təcrübəm varsa da, Sovet ədəbiyyatı təcrübəm yoxdur. Sovet ədəbiyyatını intiutiv oxumazdım. Öldür, duzsuz şeyi xoşlamamışam. Mən duzsuz Sovet ədəbiyyatı pəhrizində heç vaxt olmamışam.
... Ürəyimi boşaltmağa imkan yaratdınız, çox sağ olun.
- Sizsağolun.
Söhbətləşdi: ZəminəRəhimqızı