Əsəd Qaraqaplan: "Rafiq Tağının sağlığına!!!"

Tarix: 25-03-2015 10:48
Baxış sayı: 816

 

2009-cu ildə Rafiq Tağı həbsdən çıxanda onun haqqında bir yazı yazmışdım: “Rafiq Tağının sağlığına”. Sonra bir neçə yazım da oldu Rafiq bəy haqqında.

Ama gün gəldi Rafiq Tağını bıçaqladılar, ilk günlər ölüm təhlükəsi görünmədi, hətta özüm də bir neçə dəfə onunla görüşüb yaşayacağına inandım. Elə həmin ərəfədə yenidən Rafiq Tağının sağlığına bir yazı yazmaq istədim. İlk qeydlərimi etməyə başlayanda birdən Rafiq Tağının qəfl ölüm xəbəri yayıldı...

Xəbəri eşidəndə komputerin qarşısında oturmuşdum. Dəhşətli bir hal içinə düşdüm. Heç öz doğma atamın vəfatında belə sarsılmamışdım. Yüz yerə zəng vurdum, bu, ola bilməzdi, Rafiq Tağı ölə bilməzdi. Axı elə dünən axşam yanına gedib əlini sıxıb, yenidən sapsağlam görüşmək inamıyla ayrılmışdım ondan.

Axırıncı dəfə haçan ağlamışdım, yadımdan çıxmışdı. Ama indi yaş gözlərimdən qəzəb qarışıq özü axmağa başlayırdı. Hər şeyi vurub dağıtmaq, hər şeyi söyüb lənətləmək istəyirdim. Əlbəttə, bu göz yaşları zəiflikdən yox, qəzəbdən idi...
Ölümündən qabaq onun bıçaqlanmasının səbəbini düşünüb-durmuşdum, çox şey gəlmişdi ağlıma, ama onun bir neçə günə öləcəyi heç ağlıma gəlməmişdi.

Bu bir neçə gündə sadəcə bütün bunların olabilmə ehtimalını və köklərini tapmağa çalışdım. Zatən bu tip şeylərin baş verməsi tarixən olan və bugünə qədər öz səbəbləriylə gələn məslələrlə bağlıdı.

Burda böyük türk filosofu Cəmil Meriçin məhşur deyimi yadıma düşür: “Hər böyük insan qucağında doğulduğu cəmiyətin ögey övladıdı”. Rafiq Tağıya da bu ögey münasibəti başa düşmək çətin deyil, ama bu qədər şərəfsizcəsinə də yox da...
Adını nə bilim, nə qoyanlar indi də yazarlara əl qaldırmağa başlayıqlar. Ama bu adamlar unudur ki, bir yazara dəyən bıçaq zərbəsi ölkənin namusuna dəyən zərbədi. Bu ölkədə day namus da qalmayıb!

Bu adamlar unudur ki, bir yazar milyonlarla dindara və siyasətçiyə bərabərdi...

Mən dəqiq bilirəm, Rafiq Tağıya qalxan əl bir türk əli deyil, bu, hansısa öz kökündən, kimliyindən xəbəri olmayan adamların əli və ya əlləridi. İran kimi şərəfsiz rejimdən başqa bunu heç kim edə bilməzdi. Elə Rafiq bəy özü də bunu deyirdi.

Əgər doğrudan da onu vuran, bu cinayəti sifariş edənlər lotudularsa, özlərindən deyənlərdisə, nə bilim, nədilərsə, çıxsınlar da ortaya, desinlər, mən vurmuşam, filan şeyə görə. Bəs niyə qaçıb indi arvadının tumanı altında cizləniblər? Evdən də çıxmağa qorxur ki, indi gəlib aparacaqlar, bu saat gəlib aparacaqlar...

Bəzi dostlar yalnış olaraq bunu Allahla, dinlə, peyğəmbərlə əlaqələndirirlər. Allah haqqı bunların nə Allaha, nə İslama, nə də peyğəmbərə dəxli var. Bunların, ümumiyyətlə, heç nəyə dəxli yoxdu.

Allah yolunda, din yolunda, nə bilim, nə yolunda nəsə edən adam qaçıb gizlənmir. Deməli, bunların inancı da arvadlarının tumanının altındadı...

Məncə, Allahı, dini söyməklə də bu məsələ həll olan deyil, əksinə biraz da bərbad olamdı. Çünki günahlandırdığımız İranın nə Allaha, nə də dinə dəxli var. O, bir bütpərəst dövlətdi.

Bu, bizi biraz daha məğlubiyyətə çəkib aparar. Bizim ən böyük məğlubiyyətimiz inancımızı itirməyimiz olar.
Yıxılmayın, dostlar!!!

P.S. Mən Rafiq Tağının heç vaxt ölməyəcəyinə inanıb bu yazının adını da onun sağlığına qoydum. Bu hələ bu yazıların başlanğıcıdı...

Digər xəbərlər

Subyektiv idealizm - təsadüfi oyun növü

Rafiq Tağının qətli niyə araşdırılmır?

Ramin Cabbarlı: "Bəlkə Rafiqi "bəlkə"lərinə görə öldürdülər?!"

Əsəd Qaraqaplan: "Sabir, yoxsa Rafiq Tağı?.."

Aqşin Yenisey: "Rafiq Tağının Hopstopnaməsi"

Şərhlər